"Güclü Ermənistan" blokunun ("Taşir" Şirkətlər Qrupunun rəhbəri Samvel Karapetyanın partiyası) nümayəndəsi David Kazinyan həbs edilib.
"Report" Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə vəkil Aram Vardevanyan bildirib.
"Antikorrupsiya Məhkəməsinin hakimi David Kazinyanın iki ay müddətinə həbs edilməsi barədə qərar qəbul edib. Vəkil məhkəmənin qərarından şikayət etmək niyyətindədir", - o qeyd edib.
Xatırladaq ki, daha əvvəl Ermənistan Mərkəzi Seçki Komissiyası David Kazinyanı toxunulmazlıqdan məhrum edib.
Daha əvvəl vəkil D.Kazinyana qarşı cinayət işinin "rüşvət verməyə hazırlıq"la bağlı olduğunu bildirmişdi.









