" "Zara İspaniya"dan 3 ədəd geyim sifariş olunub. Lakin "Expargo"dan bağlamada cəmi bir ədəd geyim təhvil almışam..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında İlahə adlı istifadəçi gileylənir.
Narazı vətəndaş daha sonra başına gələnləri belə nqəl edir: " "Zara"dan bildirildi ki, geyimlər hamısı bir bağlamada göndərilib. Bizim isə "əlçatan" kargomuz "nə göndərilibsə, onu da təhvil almısız" cavabı verir yalnız. Onu da qeyd edim ki, "Zara" göndərdiyi bildirişin üzərində bağlamanın çəkisi 1,5 kq olaraq yazılıb, bizim karqo isə eyni bağlamanı 0,31 kq kimi qeydiyyata salıb.
"Expargo"ya dəfələrlə müraciət edilsə də, (həm yazılı formada, həm telefon vasitəsilə, həm də fiziki olaraq filiala yaxınlaşmaqla) heç bir geridönüş olmur. Öz millətinə, öz müştərilərinə bu formada laqeyidlik göstərən karqo şirkətini hara şikayət etmək olar? Ən azından hüquqi formada araşdırılıma aparılsın ki, mənim öz vəsaitim hesabına alınmış geyimləri kim ələ keçirib..."









