17 manatlıq şokolad 36 manat oldu .....                     Putin Ukraynada “bataqlığa” düşdü, Tramp İranda ilişib qaldı .....                     "SOCAR Polymer" 7 ayda ixracdan 154 milyon dollardan çox gəlir əldə edib .....                     Azərbaycanda insanlar ən çox hansı kompüterdən istifadə edirlər? .....                     SOCAR prezidentinə müşavir təyin edildi .....                     İki şirkət 1,5 milyon kubmetrlik qum-çınqıl ehtiyatını 172 min manata istismar edəcək .....                     Yeməyi gec hazırlayan arvadının saçlarını yoldu .....                     “Qızımla eyni balı toplayıb, amma işə onu götürüblər” .....                     Nigar Fərhad sərbəst buraxıldı .....                     Əli İsa Cabbarov AKİ sədrliyindən namizədliyini geri götürüb, .....                     Gəncədə oğul anasını QƏTLƏ YETİRDİ .....                     Bakıda 25 milyonluq obyekti 16 milyona hərraca çıxarıblar .....                     "Həkimlər deyir özünü qorumalısan" .....                     “Azəriqaz”ın işçisini döyən şəxsə elektron qolbaq taxıldı .....                     Rus bölmələrində oxuyan şagirdlər üçün .....                     Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın .....                     Rusiya Köçəryanı yenidən hakimiyyətə gətirə bilməyəcək .....                     Putinin kriminal avtoritet dostu həbsdən buraxıldı .....                     Dronlara görə Azərbaycana uçuşlar yenə təxirə salındı .....                     Deputatlığa namizəd olan müəllim faciəli şəkildə öldü .....                     Rusiyalı fərarilər Azərbaycana sığınsa... .....                     Şəhərin mərkəzində dayanacağı söküb sərnişinləri təhlükəyə atdılar .....                     Sabiq deputat tələbə oldu .....                     “Qurban Qurbanovu gözdən salanlar səhv yol tuturlar, qısqanclıq edirlər” .....                     Quru sərhədlərin açılması ilə bağlı yeni siqnal? .....                     Son 6 ildə dünyanın ən böyük şirkətləri necə dəyişib? .....                     “Tofiq Zülfüqarovun cavabı məni heyrətləndirdi” .....                     "Dövlət əmlakını taladım" .....                     Rusiya həqiqətən NATO-ya hücum edə bilər .....                     Ermənistan Avrasiya İqtisadi İttifaqının hesabına inkişaf edib .....                     Azərkosmos-un ixracı gəlirləri düşüb .....                     Röya Ayxanın sərvəti nə qədərdir? .....                     Kəngərlidə SU ÇİLƏSİ... .....                     Nigar Fərhadın ərini DTX həbs edibmiş .....                     Norveç Kralı vəfat edib .....                     200 milyard dollar böyük rəqəmdir: Hesabatı verilməlidir .....                     Tehran və Ankara arasında: Məkkə Sazişi Azərbaycan üçün niyə vacibdir? .....                     “Ulduz” filminin 95 yaşlı qəhrəmanı vəfat etdi .....                     Hərracda ucuz avtomobil almaq vədi ilə 7 nəfərin 123 min manatını ələ keçirdi .....                     ETN və MÜTDA-da bu yoxlamalar aparılsın .....                 

Elbəyi HƏSƏNLİ
Tarix: 21-04-2025, 12:44 | Çap et
Elbəyi HƏSƏNLİ
Hakan Fidan-Ərdoğanın sirr dağarcığı: "Uzun boylu kubar, casus-diplomat”


Rusiyada post-Putin, Türkiyədə isə post-Ərdoğan dönəminə hazırlıq gedir. Həm yerli, həm də beynəlxalq mediada xələflər haqqında müxtəlif məlumatlar yayır. Bu yazıda post-Ərdoğan dövründə Türkiyəni yönəldəcəyi ehtimal olunan birisində söhbət açacağıq.
Türkiyənin “duvarenglish.com” saytı hələ 2023-cü ilin sentyabrında bu məsələyə toxunmuşdu. Nuray Babacan o vaxt belə yazmışdı: “Partiya daxilində prezident Ərdoğandan sonra növbəti AKP lideri kimi əsasən üç nəfərin adı çəkilir: Ərdoğanın kürəkəni və Baykarın ortağı Səlcuq Bayraktar, xarici işlər naziri Hakan Fidan və millət vəkili, keçmiş daxili işlər naziri Süleyman Soylu”. Yazar onlardan yalnız Süleyman Soylunun xalq arasında populyar olduğunu vurğulayır. Ancaq bu da faktdır ki, Qərb və Rusiya mediasında Ərdoğanı əvəz edəcək şəxs kimi Hakan Fidanın adı sıx-sıx çəkilir.
Elə oradan başlayaq ki, Nuray xanımın sözügedən məqaləsində deyir ki, cənab Fidan hərbçi olaraq “kəşfiyyat şefi” kimi uğur qazanıb. Bu uğurun sivil siyasətə transformasiyası isə onu bu rəqabətdə xeyli irəli çıxarda bilər. Proseslərin gedişi gösrtərir ki, bu proqnoz sürətlə reallaşır. Cənab Fidan artıq Ədalət və İnkişaf Partiyasının (AKP) lideri və Türkiyə prezidenti kimi Tayyib Ərdoğanın mümkün varisi kimi görünür.
Ona görə də bu yazıda Hakan Fidan fenomeninin bəzi xüsusiyyətlərinə diqqət edəcəyik.
Hakan Fidan (1968) 2023-cü ilin iyun ayından Türkiyənin xarici işlər naziri vəzifəsini icra edir. Əslində isə o, diplomatik aləmə yad fiqur deyildi. Hakan Fidan hələ 2007-ci ildə Baş nazirin xarici siyasət və beynəlxalq təhlükəsizlik üzrə müavini vəzifəsinə təyin olunub. O, 2010-2023-cü illər arasında MillГ® İstihbarat Teşkilatının (MİT. 1965-ci ildə yaranıb) direktoru olub. O, bu vəzifəyə təyin olunmuş ən gənc (42 yaşında) məmur sayılır. ABŞ-ın nüfuzlu “Forbes” yarnalı belə yazır: “Fidanın rəhbərliyi altında və Prezident Rəcəb Tayyib Ərdoğanın dəstəyi ilə MİT kəşfiyyat məlumatı toplama və təhlil imkanlarını, eləcə də əməliyyat imkanlarını artıraraq dörd dəfədən çox böyüdü”.
O, ata tərəfdən vartolu kürddür, Həsənan tayfasındandır. Onun anası isə Dənizlidən olan türkmən qızıdır. ABŞ-nın Merilend Universitetindən İdarəetmə və Politologiya sahəsində bakalavr dərəcəsi almışdır. Bilkənt Universitetində "Xarici Siyasətdə Kəşfiyyatın Yeri" mövzusunda magistr dərəcəsi almışdır. Hacəttəpə universitetlərində də elmi fəaliyyətlə məşğul olmuşdur. Almaniyadakı NATO Çevik Reaksiya Korpusunun Qərargahında çalışan Fidan 2003-2007-ci illərdə Baş nazirlik nəzdindəki Türkiyə Əməkdaşlıq və İnkişaf İdarəsinin (TİKA) başçısı oldu. TİKA Türkiyənin yumşaq gücünün artmasında mühüm rol oynayıb. Dünyanın müxtəlif yerlərində müxtəlif inkişaf layihələri həyata keçirməklə Türkiyənin humanitar və məsuliyyətli qlobal aktor kimi imicinin təbliğinə kömək edib. Əsasən türk, Afrika, Yaxın Şərq ölkələri ilə müxtəlif layihələr həyata keçirib.
Almaniyanın məşhur “spiegel.de” saytı 2018-ci ilin sonlarında “Der Mann, der alles über Khashoggis Sterben weiГџ” (Camal Qaşıqçı haqqında hər şeyi bilən adam) adlı məqaləsində yazırdı ki, Hakan Fidan həm də Tayyib Ərdoğanın mühafizəsi ilə bağlı məsləhətçi kimi qismində çalışıb.
Fidan Türkiyənin Bəşər Əsəd rejiminə qarşı döyüşən suriyalı üsyançılara aktiv dəstək verməklə bağlı regional strategiyasının formalaşmasında mühüm rol oynayıb. O, MİT rəhbəri kimi Türkiyənin İsrail və Birləşmiş Ştatlar ilə təhlükəsizlik sahəsində əməkdaşlığına önəm verdi. Ancaq İranla da əməkdaşlıq etdi. 2016-cı ildə Türkiyədə hərbi çevriliş cəhdi zamanı Fidan etirazın yatırılmasında Ərdoğana yardımçı olmaqda mühüm rol oynayıb. 2017-ci ilin fevralında Münhen Təhlükəsizlik Konfransı zamanı o, Türkiyədə həyata keçirilən siyasi təmizləmələrdə adı keçən Gülən Hərəkatının tərəfdarı olduğu iddia edilən 300 nəfərin siyahısını Almaniya Federal Kəşfiyyat Xidmətinin (BND) prezidenti Bruno Kala təqdim etdi. O, 2022-ci ilin sentyabrında Bağdadda İraq Parlamentində sünni blokundan Hamis Hancerə ilə bir araya gəldi və İraq prezidenti Baram Salih ilə də görüşdü.
Cənab Fidan Kürdüstan Fəhlə Partiyası (PKK) ilə gizli sülh danışıqlarına cəlb edilmişdi və bu danışıqlara görə 2012-ci ildə dövlət ittihamçısı onun barəsində araşdırma aparmaq istəyirdi. Lakin Rəcəb Tayyib Ərdoğan prosesə müdaxilə etdi və istintaq araşdırmasına imkan vermədi. Daha sonra Abdullah Öcalanla danışıqların aparılması ona həvalə edildi. Qərb mənbələri onu da yazır ki, Tayyib Ərdoğan hökuməti Hakan Fidan üzərindən İranın Qərb sanksiyalarından yayınması və gizli qara bazara yol tapmasına yardım göstərib.
Türkiyə və Birləşmiş Millətlər Təşkilatının vasitəçiliyi ilə 2022-ci il iyulun 22-də Rusiya və Ukrayna arasında imzalanmış Qara Dəniz Taxıl Təşəbbüsü işində də Hakan Fidan ciddi rol oynayıb. Bu saziş Rusiyanın Ukraynaya hərbi təcavüzü ərzində Ukrayna limanlarından taxıl və ərzaq məhsullarının təhlükəsiz daşınmasını təmin edib.
2023-cü ilin sentyabrında Azərbaycan separatçı və qondarma Artsaxa qarşı anti-terror əməliyyatı həyata keçirdi. Hakan Fidan Azərbaycana diplomatik dəstək verdi və Azərbaycanın hərbi əməliyyatının “əsaslı” olduğunu və “Azərbaycanın öz suveren ərazisində lazım bildiyi tədbirləri gördüyünü” bəyan etdi.
ABŞ hökumətinin Suriya üzrə xüsusi elçisi olmuş Ceyms Cefri Hakan Fidanı “yeni Yaxın Şərqin yeni siması” adlandırıb. Prezident Ərdoğan isə onu “bütün sirlərin qoruyucusu” sayır.
O, İran İnqilabı Keşikçiləri Korpusunun elit birliyi olan Qüds Qüvvələrinin komandanı Qasim Süleymani ilə sıx əlaqələr qurub. Hətta 2010-cu ildə ABŞ Fidanı Amerika və İsrailin kəşfiyyat məlumatlarını Tehrana gizli şəkildə ötürməkdə ittiham edib.
Fidan Türkiyənin xarici siyasətinin ən kritik məsələlərinə dərindən bələddir. Və bu amil onun gücünə güc qatır, ona böyük üstünlüklər qazandırır.
Belə görünür ki, Ərdoğan Türkiyənin təhlükəsizlik, iqtisadi və enerji maraqlarını prioritet bildiyi praqmatik yanaşmanı izləyən hazırkı xarici siyasətini davam etdirmək niyyətindədir.
Türkiyə Rusiya ilə Qərb ölkələri arasında geosiyasi maraqlarını tarazlaşdırmaq strategiyasını davam etdirir. Bu kontekstdə Türkiyənin Ukrayna və Kremllə yaxşı münasibətləri var, eyni zamanda Türkiyə Rusiyanı konstruktiv şəkildə əlaqə saxlaya biləcəyi tərəf kimi görür.
Ankara və Moskva “Türk axını” təbii qaz kəməri və Türkiyənin ilk atom elektrik stansiyası kimi infrastruktur təşəbbüsləri üzərindən əməkdaşlıq edir. Türkiyə Rusiyanı Türkiyə vasitəsilə Avropaya bağlayan “Türk axını” boru kəməri ilə Avropanın qaz mərkəzinə çevrilməkdədir. Bu əməkdaşlıq həm də iki ölkə arasında iqtisadi əlaqələrin artmasına səbəb olub.
Nəzərə alsaq ki, Fidan uzun müddət MİT-in rəhbəri olub, bu o deməkdir ki, o, daxili, regional və beynəlxalq hadisələrlə bağlı kritik mövzular və məsələlərlə bağlı etibarlı məlumatlar əldə edib. Bu da onu xarici işlər naziri kimi Türkiyənin maraqlarını inkişaf etdirmək üçün unikal bir mövqe qazandırıb.
"Onun bir neçə region ölkəsi ilə yaxınlaşma və normallaşmaya nail olmaq üçün arxa qapı diplomatiyasına cəlb olunması o deməkdir ki, o, öz irsi üzərində dayanacaq və Türkiyənin regional və beynəlxalq oyunçularla əlaqələrini inkişaf etdirəcək. Bəzi regional və ya beynəlxalq məsələlərdə tələb olunan yumşaq və ya sərt diplomatiya olsun, o, bu rolu oynamaq üçün yaxşı mövqedədir".
Hakan Fidan Türkiyənin Qərb tərəfdaşları ilə yaxşı həmsöhbət ola bilər. Türkiyənin kəşfiyyat təşkilatının rəhbəri kimi o, təhlükəsizlik və xarici siyasət məsələləri ilə bağlı geniş biliyə və təcrübəyə malikdir. Elə buna görə də onu “doktor Fidan” adlandıranlar da az deyil.
Fidan siyasi vəzifəyə qədər casusluq məktəbi keçmiş ilk məmur deyil. Rusiya prezidenti Vladimir Putin KQB məktəbi keçib. Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru vəzifəsində çalışmış ABŞ-ın keçmiş prezidenti Corc Volker Buşun (2001-2009) karyera trayektoriyalarını xatırlatmaq kifayətdir. Bu mənada Hakan Fidanın da prezident olmaq şansı var.
ABŞ-ın keçmiş dövlət katibi, Mayk Pompeo da Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru idi. Yəni ABŞ tarixində də belə şeylər olub.
AKP-nin xarici siyasət komandasının mühüm üzvü olan Fidan (bəziləri onu xarici işlər naziri təyin olunmuşdan çox-çox əvvəl “kölgədəki xarici işlər naziri” kimi təqdim edirdi. Qərb mənbələri yazır ki, 2023-cü ildən əvvəl də o, xarici işlər naziri olmağa cəhd etsə də buna nail olmamışdı. O, Abdullah Gül və Əhməd Davudoğlu ilə yaxın idi. Gül 2007-ci ildə prezident olanda Fidan onun administrasiyasında vəzifə üçün nəzərdə tutulmuşdu. Əvəzində Fidan Davudoğlunun rəhbərliyi altında baş nazirlikdə yerləşdirildi və o, həssas məsələlərlə bağlı təcrübə qazandı. O, ABŞ və İran arasında kəskin gərginlik dövründə Türkiyənin Beynəlxalq Atom Enerjisi Agentliyində nümayəndəsi vəzifəsində çalışıb.
“The Financial Times” Hakan Fidanı "uzun boylu kübar, casus-diplomat” adlandırıb. Adıçəkilən qəzetə müsahibəsində o, kəşfiyyatdan qlobal diplomatiyaya keçidini obrazlı şəkildə belə ifadə etmişdi: “Əvvəl mən böyük bir təşkilatı idarə edirdim, indi isə bir təşkilat məni idarə edir”.
Hakan Fidan ailəlidir və üç övladı var.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
17 manatlıq şokolad 36 manat oldu – Qiymətlər "od tutub yanır"
Bu gün, 16:01
Putin Ukraynada “bataqlığa” düşdü, Tramp İranda ilişib qaldı - iki savaşın ŞOK fərqləri
Bu gün, 15:57
"SOCAR Polymer" 7 ayda ixracdan 154 milyon dollardan çox gəlir əldə edib
Bu gün, 15:53
Azərbaycanda insanlar ən çox hansı kompüterdən istifadə edirlər?
Bu gün, 14:52
SOCAR prezidentinə müşavir təyin edildi - ƏMR
Bu gün, 14:48
İki şirkət 1,5 milyon kubmetrlik qum-çınqıl ehtiyatını 172 min manata istismar edəcək - QALİB ŞİRKƏTLƏR
Bu gün, 14:45
Yeməyi gec hazırlayan arvadının saçlarını yoldu - Bakıda
Bu gün, 14:37
“Qızımla eyni balı toplayıb, amma işə onu götürüblər” - NARAZILIQ VAR...
Bu gün, 14:33
Nigar Fərhad sərbəst buraxıldı
Bu gün, 14:27
Əli İsa Cabbarov AKİ sədrliyindən namizədliyini geri götürüb, işdən çıxmaqla bağlı ərizə yazıb
Bu gün, 14:25
Gəncədə oğul anasını QƏTLƏ YETİRDİ - TƏFƏRRÜAT
Bu gün, 13:14
Bakıda 25 milyonluq obyekti 16 milyona hərraca çıxarıblar – Fotolar
Bu gün, 13:08
"Həkimlər deyir özünü qorumalısan" - Əsabəli Mustafayev
Bu gün, 13:05
“Azəriqaz”ın işçisini döyən şəxsə elektron qolbaq taxıldı
Bu gün, 12:53
Rus bölmələrində oxuyan şagirdlər üçün yeni DƏYİŞİKLİK
Bu gün, 12:50
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın - DİQQƏT
Bu gün, 12:45
Rusiya Köçəryanı yenidən hakimiyyətə gətirə bilməyəcək - Tumasyan
Bu gün, 12:39
Putinin kriminal avtoritet dostu həbsdən buraxıldı - "Antikvar" haqqında sensasion qərar
Bu gün, 12:31
Dronlara görə Azərbaycana uçuşlar yenə təxirə salındı - KİV
Bu gün, 12:26
Deputatlığa namizəd olan müəllim faciəli şəkildə öldü - Hadisə yerindən FOTO
Bu gün, 12:22
Rusiyalı fərarilər Azərbaycana sığınsa... – Bakıdan REAKSİYA
Bu gün, 12:21
Şəhərin mərkəzində dayanacağı söküb sərnişinləri təhlükəyə atdılar - BU NƏDİ BELƏ?
Bu gün, 12:14
Sabiq deputat tələbə oldu - DOSYE
Bu gün, 12:06
“Qurban Qurbanovu gözdən salanlar səhv yol tuturlar, qısqanclıq edirlər” - Aqil Abbas
Bu gün, 11:59
Quru sərhədlərin açılması ilə bağlı yeni siqnal? - DSX-dən diqqətçəkən açıqlama
Bu gün, 11:55
Son 6 ildə dünyanın ən böyük şirkətləri necə dəyişib? - SİYAHI
Bu gün, 11:49
“Tofiq Zülfüqarovun cavabı məni heyrətləndirdi” – Sərkisyandan ŞOK
Bu gün, 11:44
"Dövlət əmlakını taladım" - Tural Abbaslı
Bu gün, 11:42
Rusiya həqiqətən NATO-ya hücum edə bilər - “Wall Street Journal”
Bu gün, 11:38
Ermənistan Avrasiya İqtisadi İttifaqının hesabına inkişaf edib - Lavrov
Bu gün, 11:32
Azərkosmos-un ixracı gəlirləri düşüb – Müştəriləri azalıb
Bu gün, 11:30
Röya Ayxanın sərvəti nə qədərdir? - İLGİNC
Bu gün, 11:13
Kəngərlidə SU ÇİLƏSİ... - AXI NİYƏ?..
Bu gün, 11:08
Nigar Fərhadın ərini DTX həbs edibmiş - DETALLAR
Bu gün, 10:52
Norveç Kralı vəfat edib
Bu gün, 10:45
200 milyard dollar böyük rəqəmdir: Hesabatı verilməlidir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:44
Tehran və Ankara arasında: Məkkə Sazişi Azərbaycan üçün niyə vacibdir? - İNCƏLƏMƏ
Bu gün, 10:38
“Ulduz” filminin 95 yaşlı qəhrəmanı vəfat etdi - görün hansı məşhurun nənəsi imiş
Bu gün, 10:36
Hərracda ucuz avtomobil almaq vədi ilə 7 nəfərin 123 min manatını ələ keçirdi – İTTİHAM AKTI
Bu gün, 10:33
ETN və MÜTDA-da bu yoxlamalar aparılsın – TƏKLİF
Bu gün, 10:30
Ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyatı başlayır - DİQQƏT
Bu gün, 10:23
Kor-koranə yoxlama: absurd teatr - Niyə ət yalnız emal edildikdən sonra yoxlanılır?
Bu gün, 10:21
Deyirlər ki, Ermənistana 2 milyard dollar borcluyuq - Lavrov
Bu gün, 10:17
Nigar Fərhadın anası axtarışa verilib? - TƏFƏRRÜAT
Bu gün, 10:08
Tərcüməçinin MÜƏMMALI ÖLÜMÜ... - Ailəsi istəyir ki...
Bu gün, 10:02
Ali məktəblərin boş qalan plan yerlərinə və kolleclərə ixtisas seçimi başlayıb - DİQQƏT
Bu gün, 09:57
" Müstəqil ölkələrin varlığı bu şovinistləri narahat edir..." - deputat
Bu gün, 08:45
ABŞ MKİ şefinin Rusiya səfərində Kremli hədələyib? - GƏLİŞMƏ
Bu gün, 08:41
Başınızı qaldırıb, bir az da camaatı dinləyin... - NARAZILIQ VAR...
Bu gün, 08:37
Bakıda 11 saylı “zon”da kütləvi dava: “Yeraz Camal”ı ölümcül döydülər - TƏFƏRRÜAT
Bu gün, 08:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru