Tikinti sənayəsində fəaliyyət göstərən “Core Construction” MMC tərəfindən Azərbaycana 1400 ədəd saxta “Lacoste” brendinə məxsus səyahət çantaları gətirilib.
Xitab24.az-ın əldə etdiyi məlumata görə, həmin məhsulların üzərinə həbs qoyulması üçün “Cargo.az” MMC məhkəməyə müraicət edib.
Ərizədə qeyd olunub ki, “Lacoste” əmtəə nişanlarından qeyri-qanuni yolla istifadə etməklə və həmin əmtəə nişanları altında istehsal olunmuş saxta və kontrafakt məhsulların Azərbaycan ərazisində idxalı, yayımı və satışı ilə məşğul olmaqla, “Core Construction” MMC “Cargo.az”ın əqli mülkiyyət hüquqlarını pozub, onları nüfuzdan salır.
Buna görə də müvəqqəti təminat tədbiri olaraq məhkəmə tərəfindən həmin malların üzərinə həbs qoyulması istənilib.
Məhkəmə ərizəni təmin edib.
Qeyd edək ki, saxta “Lacoste” məhsulları “Core Construction” MMC tərəfindən Çindən 500RAH05/50ALO05 dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş mallara gömrük nəzarəti altında baxış keçirilərkən aşkarlanıb.









