“Məşədi İbad deyir, pul elə bir şeydir ki, qocanı cavan edər”.
Bunu Yenicag.az-a açıqlamasında tanınmış aktyor, Əməkdar artist Rəhman Rəhmanoğlu deyib.
Aktyor “Bəziləri deyir pul əl çirkidir, bəs sizin üçün pul hansı anlamı daşıyır?” sualını cavablandırıb:
“Pul barədə hərənin öz fikri var. Bəziləri deyir, pul əl çirkidir. Amma mənə pul barədə söz düşəndə dahi bəstəkar Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” tamaşası yadıma düşür. Özüm də o tamaşada oynamışam. Tamaşada Məşədi İbadın günümüzdə aforizmə çevrilən məşhur cümləsi var. Deyir, pul elə bir şeydir ki, qocanı cavan edər. Pulsuzluq isə cavanı qoca edər”.








