“Bəzən istedadsız gəlir, istedadlını üstələyir”.
Aktyor “o dövrün aktyorları kimi aktyorlar indi yoxdur” düşüncəsinə qarşı çıxıb:
“Bizi məhv edən də elə bu düşüncədir. Niyə biz düşünürük ki, o cür sənətkarlar elə o illərdə olub? Yəni Allah bu dönəmə elə aktyorlar verməyib? Ola bilər keçmiş dövr fərqli olub, aktyora dəyərlər fərqli olub, onda yalnız bir televiziya olub. İndi sosial şəbəkə dövrüdür. Çox adamın istedadı var, ola bilsin, nəyisə tam ortaya çıxara bilmir, istedadsız gəlir, istedadlını üstələyir. Dərinə getsək, bu gün də Azərbaycanda Məlik Dadaşovlar, Səyavuş Aslanlar, Yaşar Nurilər, Rasim Balayevlər, Ceyhun Mirzəyevlər, Ramiz Novruzlar yetişir.
‘O dövrün aktyorları kimi aktyorlar indi yoxdur’ düşüncəsi səhvdir və heç bir məntiqə sığışmır”.








