Azərbaycanda həkimlərin 70 faizi insanları öldürməklə məşğuldur .....                     İran kəşfiyyatı azərbaycanlıları bu cür “iş”ə cəlb edir .....                     Çingiz Qurbanov "Azərpoçt" MMC-dəki vəzifəsindən azad edilib .....                     İllərlə davam edən ailə gərginliyi faciə ilə bitdi, qadın ərini öldürdü: .....                     21 yaşlı oğlan bıçaqlandı .....                     Xankəndi şəhər stadionunun təmirinə əlavə 2.1 milyon manat pul ayrıldı .....                     ““Ehsan mafiyası” var, niyə fətva vermirlər?” .....                     Türkiyə-İsrail qarşıdurması hələ siyasi mərhələdədir .....                     Kılıçdaroğludan yeni partiya quracağı deyilən Özələ .....                     “Rus bölmələrinə qəbul dərhal dayandırılsın!” .....                     Yunan general canlı yayında ağzından qaçırdı: .....                     Bacısı ilə bağlı mübahisəyə görə həmyerlisini öldürdü .....                     Yevlax Su Meliorasiya İdarəsində şübhəli satınalma .....                     "3 dəfə mağazaya getmişik, dəfələrlə zəng etmişik..." .....                     Bacısının ayrılığına görə qisas almaq istədi, xalası oğluna ov tüfəngi ilə atəş açdı .....                     Brüsselin Ermənistan planı: Azərbaycan üçün risk, yoxsa fürsət? .....                     “Mən aşbaz olmaqla yanaşı, həm də aktyoram” .....                     “PAŞA Həyat Sığorta”nın səhmdarları toplanır .....                     Yeni savadlılıq: məktəblərdə media savadlılığının təqdimi .....                     Elə bil tibb ocağı deyil... restorandır... tibb bacıları da ofisiant... .....                     Ukrayna “Qazprom”a məxsus müəssisəni vurdu .....                     Ermənistanda pasportlarının Türkiyədə çapı iddiaları .....                     ABŞ-nin nüfuzlu nəşri İlham Əliyevdən sitat gətirdi... .....                     "Bağlarımız quruyur, heyvanları suvarmağa su tapa bilmirik" .....                     800 min erməniyə MÖHTAC qalan ölkə .....                     Türkiyəli nazirə qarşı SENSASİON sui-qəsdin pərdəarxası .....                     Qiyabi olaraq 15 il iş aldı... .....                     SOCAR-da iri məmurlar bu idarə uğrunda SAVAŞA QALXIB .....                     Nahidə Babaşlı Halim Baydudla nişanlanıb .....                     Anası ağlar qalan Gəncə təhsil sistemi .....                     "Azərbaycan” Nəşriyyatının müəmmalı taleyi .....                     “Cənub” Yük Terminalında yeni “cərimə” metodu .....                     Qlobal çağırışlara qarşı konsolidasiya: milli ideya beynəlxalq təşəbbüs kimi .....                     Razılaşmaya yaxın idik, Qərb pozdu .....                     Deputatdan İctimai TV-nin futbol şərhçilərinə İRAD: .....                     Bir sahədə oxu, başqa sahədə alim ol: Azərbaycan modeli... .....                     ABŞ ordusu İran limanlarını bloklamaqda çətinliklərlə üzləşib .....                     Xəzərdə gizli təhlükə: Peşəkar üzgüçülər belə xilas ola bilmir .....                     İran Küveytdə ABŞ hərbi bazasına və hərbi gəmisinə zərbə endirdiyini açıqlayıb .....                     Bu məhkəmə sədrinin təyinatı QANUN POZUNTUSU İMİŞ... .....                 

İllərlə davam edən ailə gərginliyi faciə ilə bitdi, qadın ərini öldürdü: - "Dedi ki, bu ay heç nə görməyəcəksən..."
Tarix: Bu gün, 11:42 | Çap et

Lənkəran Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Kəsirə Cəfərovanın cinayət işinin bəzi detalları məlum olub.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Neymət Məmmədovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.


İttihama görə, hadisə 2025-ci il noyabrın 30-da Cəlilabad rayonunun Günəşli kəndində qeydə alınıb.


Belə ki, Kəsirə Cəfərova fərdi yaşayış evində gündəlik məişət işləri ilə məşğul olub. Bu zaman mətbəxin yaxınlığındakı otaqda üç azyaşlı uşağının səs-küy saldığını eşidərək həmin otağa keçib.


Otaqda əri, zərərçəkmiş Vüsal Cəfərov və uşaqları döşəməyə sərilmiş süfrə arxasında səhər yeməyi yeyirmişlər. Təqsirləndirilən şəxs uşaqların nadinclik etdiyini, lakin həyat yoldaşının buna laqeyd yanaşdığını görərək ona irad bildirib.


Qadının məhkəmədə ifadəsində görə, bütün ev işlərinin, uşaqların tərbiyəsinin və qayğısının yalnız öz üzərində qalması, üstəlik fiziki qüsurlu olan iki övladının müalicəsi ilə təkbaşına məşğul olması uzun müddətdir ailədə gərginlik yaradıb.


Kəsirə Cəfərova ərinin ailəyə maddi dəstək vermədiyini, mütəmadi spirtli içki qəbul etdiyini, evə sərxoş qayıdaraq onunla mübahisə etdiyini və zorakılıq göstərdiyini bildirib. Hadisə günü də uşaqların dərmanlarının alınması üçün pul lazım olduğunu desə də, həyat yoldaşı buna etinasız yanaşıb və "bu ay heç nə görməyəcəksən", "get nə bilirsən elə" ifadələrini işlədib.


Məhkəmənin hökmündə qeyd olunub ki, həmin sözlər və uzun müddət davam edən ailədaxili gərginlik nəticəsində təqsirləndirilən şəxs kəskin psixi-emosional gərginlik keçirib. O, əvvəlcə özünə xəsarət yetirmək məqsədilə süfrənin üzərində olan mətbəx bıçağını götürərək özünü öldürəcəyini bildirib.


İstintaqın qənaətinə görə, həmin an ayağa qalxaraq onun üzərinə gələn ərinin özünə hücum edəcəyini düşünən qadın əlindəki bıçaqla ona bir dəfə sinə nahiyəsindən zərbə endirib. Zərbə nəticəsində döş boşluğuna keçən, ürək kisəsini, ürəyi və diafraqmanı zədələyən ağır deşilmiş-kəsilmiş yara əmələ gəlib. Yaradan yaranan güclü daxili qanaxma nəticəsində zərərçəkmiş həyatını itirib.


Məhkəmə iclasında Kəsirə Cəfərova elan olunmuş ittiham üzrə özünü təqsirli bildiyini deyib. O ifadəsində deyib ki, 2014-cü ildə ailə qurub və nikahlarından üç azyaşlı övladları dünyaya gəlib. Son üç il ərzində ailədə mübahisələrin intensivləşdiyini, ərinin tez-tez spirtli içki qəbul etdiyini və ailəyə maddi dəstək vermədiyini söyləyib.


Qadının sözlərinə görə, hadisə baş verən gün qayınatasının xahişi ilə ərini həyət işləri üçün iki dəfə yuxudan oyatmalı olub və bu səbəbdən də aralarında mübahisə yaranıb. Daha sonra səhər yeməyi hazırlayarkən uşaqların dava etdiyini görüb və ərinə övladları ilə maraqlanmadığını deyərək irad bildirib. Bu da növbəti mübahisəyə səbəb olub.


Təqsirləndirilən şəxs bildirib ki, uşaqların dərmanlarının pulu ilə bağlı söhbət zamanı artıq psixoloji gərginliyə tab gətirə bilməyib və bıçağı özünə xəsarət yetirmək üçün götürüb. Vüsal üzərinə gəldiyi anda onu özündən uzaqlaşdırmaq istəyərkən bıçağın sinəsinə batdığını hiss etməyib.


O, hadisədən dərhal sonra bıçağı yerə atdığını, parçanı yaraya sıxaraq qanaxmanı dayandırmağa çalışdığını, qayınatasını çağırdığını və zərərçəkmişin xəstəxanaya çatdırılmasına kömək etdiyini deyib.


Kəsirə Cəfərova həmçinin deyib ki, əvvəlcə polis əməkdaşlarına hadisənin yıxılma nəticəsində baş verdiyini desə də, sonradan ərinin vəziyyətinin ağırlaşdığını və həkimlərin bıçaq yarası aşkar etdiklərini öyrənəndən sonra həqiqəti etiraf edib.


Məhkəmədə verdiyi ifadəsində o, həyat yoldaşını öldürmək niyyətinin olmadığını, törətdiyi əməldən peşman olduğunu və himayəsində üç azyaşlı uşağın qalmasını nəzərə alaraq məhkəmədən yüngül cəza təyin edilməsini xahiş edib.


Mərhumun atası məhkəmədə hüquqi varis qismində ifadə verərək bildirib ki, hadisədən sonra oğlunun bıçaqlandığını öyrənib. Onun sözlərinə görə, gəlini uzun illər ailənin bütün yükünü çəkib, təkcə öz uşaqlarına deyil, vaxtilə vəfat etmiş qızının iki övladına da baxıb.


Hüquqi varis məhkəmədə Kəsirə Cəfərovaya qarşı heç bir maddi və mənəvi tələbinin olmadığını deyib. O qeyd edib ki, oğlu son illərdə həyat yoldaşına qarşı zorakılıq edirdi və hazırda nəvələrinin taleyini nəzərə alaraq gəlini ilə barışıb.


Məhkəməyə təqdim etdiyi yazılı ərizədə də hüquqi varis təqsirləndirilən şəxsdən şikayətçi olmadığını, onunla barışdığını və azadlığa buraxılmasını xahiş etdiyini bildirib.


İş üzrə toplanmış sübutlar, tərəflərin ifadələri və digər materiallar araşdırıldıqdan sonra məhkəmə yekun qərarını elan edib.


Məhkəmənin hökmü ilə Kəsirə Cəfərova 9 il müddətinə azadlıqdan məhrum edilib.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda həkimlərin 70 faizi insanları öldürməklə məşğuldur – Şair Prezidentə məktub yazdı
Bu gün, 12:46
İran kəşfiyyatı azərbaycanlıları bu cür “iş”ə cəlb edir - TƏFƏRRÜAT
Bu gün, 12:01
Çingiz Qurbanov "Azərpoçt" MMC-dəki vəzifəsindən azad edilib - BUNDAN SONRA...
Bu gün, 11:55
İllərlə davam edən ailə gərginliyi faciə ilə bitdi, qadın ərini öldürdü: - "Dedi ki, bu ay heç nə görməyəcəksən..."
Bu gün, 11:42
21 yaşlı oğlan bıçaqlandı - Hərbi qulluqçu saxlanıldı
Bu gün, 11:41
Xankəndi şəhər stadionunun təmirinə əlavə 2.1 milyon manat pul ayrıldı
Bu gün, 11:32
““Ehsan mafiyası” var, niyə fətva vermirlər?” - İlahiyyatçıdan QMİ-yə sərt sözlər
Bu gün, 11:29
Türkiyə-İsrail qarşıdurması hələ siyasi mərhələdədir - ŞƏRH
Bu gün, 11:23
Kılıçdaroğludan yeni partiya quracağı deyilən Özələ REAKSİYA
Bu gün, 11:20
“Rus bölmələrinə qəbul dərhal dayandırılsın!” - ÇAĞIRIŞ
Bu gün, 11:08
Yunan general canlı yayında ağzından qaçırdı: - Afinanın “Türkiyə planı” deşifrə oldu
Bu gün, 11:06
Bacısı ilə bağlı mübahisəyə görə həmyerlisini öldürdü – 10 il HƏBS CƏZASI
Bu gün, 10:57
Yevlax Su Meliorasiya İdarəsində şübhəli satınalma – Tural Mahmudov köhnə rəisin işini görür, yoxsa…
Bu gün, 10:54
"3 dəfə mağazaya getmişik, dəfələrlə zəng etmişik..." - GİLEY
Bu gün, 10:49
Bacısının ayrılığına görə qisas almaq istədi, xalası oğluna ov tüfəngi ilə atəş açdı - TƏFƏRRÜAT
Bu gün, 10:30
Brüsselin Ermənistan planı: Azərbaycan üçün risk, yoxsa fürsət? - GƏLİŞMƏ
Bu gün, 10:23
“Mən aşbaz olmaqla yanaşı, həm də aktyoram” - EHTİRAM FƏRZƏLİBƏYOV ONU İTTİHAM EDƏNLƏRƏ CAVAB VERDİ
Bu gün, 10:18
“PAŞA Həyat Sığorta”nın səhmdarları toplanır - YIĞINCAQ
Bu gün, 10:05
Yeni savadlılıq: məktəblərdə media savadlılığının təqdimi - AKTUAL
Bu gün, 10:04
Elə bil tibb ocağı deyil... restorandır... tibb bacıları da ofisiant... - BU NƏDİ BELƏ...
Bu gün, 09:53
Ukrayna “Qazprom”a məxsus müəssisəni vurdu - NEXTA
Bu gün, 09:43
Ermənistanda pasportlarının Türkiyədə çapı iddiaları - QALMAQAL
Bu gün, 09:37
ABŞ-nin nüfuzlu nəşri İlham Əliyevdən sitat gətirdi... - "The Floridian" yazır ki...
Bu gün, 09:24
"Bağlarımız quruyur, heyvanları suvarmağa su tapa bilmirik" - SAKİNLƏR ETİRAZ EDİR!
Bu gün, 09:19
800 min erməniyə MÖHTAC qalan ölkə - İFŞA faktı
Bu gün, 08:21
Türkiyəli nazirə qarşı SENSASİON sui-qəsdin pərdəarxası – Onu nəyə məcbur etmək istəyiblər?
Bu gün, 08:18
Qiyabi olaraq 15 il iş aldı... - BUNA GÖRƏ...
Bu gün, 08:05
SOCAR-da iri məmurlar bu idarə uğrunda SAVAŞA QALXIB - NƏ BAŞ VERİR?
Bu gün, 07:52
Nahidə Babaşlı Halim Baydudla nişanlanıb - FOTO
Bu gün, 07:39
Anası ağlar qalan Gəncə təhsil sistemi - İTTİHAM VAR...
Bu gün, 07:31
"Azərbaycan” Nəşriyyatının müəmmalı taleyi - “əsaslı təmir” vədi niyə bir ildən sonra da reallaşmayıb?
Bu gün, 07:25
“Cənub” Yük Terminalında yeni “cərimə” metodu - Sahibkarlar çıxılmaz vəziyyətdə
Bu gün, 07:19
Qlobal çağırışlara qarşı konsolidasiya: milli ideya beynəlxalq təşəbbüs kimi - İNCƏLƏMƏ
Bu gün, 07:14
Razılaşmaya yaxın idik, Qərb pozdu - Blanar
Bu gün, 07:09
Deputatdan İctimai TV-nin futbol şərhçilərinə İRAD: - Futbolçu qol vurur, ifa etmir
Bu gün, 07:00
Bir sahədə oxu, başqa sahədə alim ol: Azərbaycan modeli... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:55
ABŞ ordusu İran limanlarını bloklamaqda çətinliklərlə üzləşib - CNN
Bu gün, 06:51
Xəzərdə gizli təhlükə: Peşəkar üzgüçülər belə xilas ola bilmir - AKTUAL
Bu gün, 06:44
İran Küveytdə ABŞ hərbi bazasına və hərbi gəmisinə zərbə endirdiyini açıqlayıb
Bu gün, 06:38
Bu məhkəmə sədrinin təyinatı QANUN POZUNTUSU İMİŞ... - İLGİNC İDDİA
Bu gün, 06:29
DSMF Qarabağ qazisinə dəstək olmur? - MÜRACİƏT
Bu gün, 05:38
"Azərbaycanın Rusiya ilə münasibətlərinin inkişafı heç bir halda Ağ Ev əleyhinə deyil" - deputat
Bu gün, 05:31
“Agro Norm”un təsisçiləri 4,4 milyon manatı geri götürüb – ŞİRKƏTDƏN AYRILDI
Bu gün, 05:29
Azərbaycanlının "FETÖ-də adın hallanır" deyərək, qızıllarını və pulunu aldılar - TƏFƏRRÜAT
Bu gün, 05:26
Firəngiz Mütəllimova Şuşaya köçür? - “Evimiz mərkəzdə olduğu üçün...”
Bu gün, 05:22
Neft, qaz və boru kəmərləri dövrü bitmir, amma artıq qalibləri başqa resurs müəyyənləşdirir - ARAŞDIRMA
Bu gün, 05:20
ABŞ və İran hələ də razılığa gələ bilərlər - Tramp belə deyir...
Bu gün, 05:18
"Azerbaijan Integrated Steel Mill Complex" MMC fəaliyyətini dayandırdı - Dövlətə 210 min manatdan çox borcu qaldı
Bu gün, 05:16
Ədliyyə Nazirliyinin tenderlərinə maraq yoxdur, YOXSA?.. – QURUMUN 3 TENDERİ LƏĞV EDİLDİ
Bu gün, 05:14
Paşinyan 3 min metr yüksəklikdə - Video
Bu gün, 05:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru