Türkiyənin dövlət yayımçısı TRT-nin Azərbaycan nümayəndəliyinə yeni rəhbər təyin edilib.
Modern.az-ın əldə etdiyi məlumata görə, bu vəzifəyə Sefa Burak Bozyel gətirilib.
Sefa Burak Bozyel bu təyinata qədər TRT Xəbər kanalında koordinator müavini vəzifəsində çalışıb. O, yeni vəzifəsində fəaliyyətini Bakıda davam etdirəcək.
Qeyd edək ki, indiyədək TRT-nin Azərbaycan nümayəndəliyinə Murat Akkoç rəhbərlik edib.
Xatırladaq ki, TRT-nin Azərbaycan nümayəndəliyi 2000-ci ildən fəaliyyət göstərir. Nümayəndəlik Azərbaycan və Türkiyə arasında media əməkdaşlığının inkişafına, eləcə də Azərbaycanda baş verən ictimai-siyasi hadisələrin Türkiyə auditoriyasına operativ çatdırılmasına mühüm töhfə verir.








