“Bu, boks rinqi deyil, milli məsələdir!..” .....                     “Məşədi İbad demişkən, pul elə bir şeydir ki, qocanı...” .....                     Sahibə Qafarovanın Parlamentlərarası İttifaqın prezidenti postuna .....                     Quba İcra Hakimiyyəti iki tenderin bir gündə icrasına başlayıb .....                     TRT-nin Azərbaycan nümayəndəliyinə yeni rəhbər təyin olunub .....                     “İstedadsız gəlir, istedadlını üstələyir” .....                     EHTİYATLI OLUN: .....                     Vardanyanın arvadının “humanitar təşəbbüsü” .....                     Tovuzda yeniyetmə xəstəxanada öldü .....                     "Söhbət 2 manatdan getmir... AMMA..." .....                     "Tik-tok"er Bəniz 11 illik həbs ediləcək? .....                     Azərbaycanda həkimlərin 70 faizi insanları öldürməklə məşğuldur .....                     İran kəşfiyyatı azərbaycanlıları bu cür “iş”ə cəlb edir .....                     Çingiz Qurbanov "Azərpoçt" MMC-dəki vəzifəsindən azad edilib .....                     İllərlə davam edən ailə gərginliyi faciə ilə bitdi, qadın ərini öldürdü: .....                     21 yaşlı oğlan bıçaqlandı .....                     Xankəndi şəhər stadionunun təmirinə əlavə 2.1 milyon manat pul ayrıldı .....                     ““Ehsan mafiyası” var, niyə fətva vermirlər?” .....                     Türkiyə-İsrail qarşıdurması hələ siyasi mərhələdədir .....                     Kılıçdaroğludan yeni partiya quracağı deyilən Özələ .....                     “Rus bölmələrinə qəbul dərhal dayandırılsın!” .....                     Yunan general canlı yayında ağzından qaçırdı: .....                     Bacısı ilə bağlı mübahisəyə görə həmyerlisini öldürdü .....                     Yevlax Su Meliorasiya İdarəsində şübhəli satınalma .....                     "3 dəfə mağazaya getmişik, dəfələrlə zəng etmişik..." .....                     Bacısının ayrılığına görə qisas almaq istədi, xalası oğluna ov tüfəngi ilə atəş açdı .....                     Brüsselin Ermənistan planı: Azərbaycan üçün risk, yoxsa fürsət? .....                     “Mən aşbaz olmaqla yanaşı, həm də aktyoram” .....                     “PAŞA Həyat Sığorta”nın səhmdarları toplanır .....                     Yeni savadlılıq: məktəblərdə media savadlılığının təqdimi .....                     Elə bil tibb ocağı deyil... restorandır... tibb bacıları da ofisiant... .....                     Ukrayna “Qazprom”a məxsus müəssisəni vurdu .....                     Ermənistanda pasportlarının Türkiyədə çapı iddiaları .....                     ABŞ-nin nüfuzlu nəşri İlham Əliyevdən sitat gətirdi... .....                     "Bağlarımız quruyur, heyvanları suvarmağa su tapa bilmirik" .....                     800 min erməniyə MÖHTAC qalan ölkə .....                     Türkiyəli nazirə qarşı SENSASİON sui-qəsdin pərdəarxası .....                     Qiyabi olaraq 15 il iş aldı... .....                     SOCAR-da iri məmurlar bu idarə uğrunda SAVAŞA QALXIB .....                     Nahidə Babaşlı Halim Baydudla nişanlanıb .....                 

Azərbaycanda həkimlərin 70 faizi insanları öldürməklə məşğuldur – Şair Prezidentə məktub yazdı
Tarix: Bu gün, 12:46 | Çap et

Səhhətində ciddi problemlər yaşadığını bildirən tanınmış şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü Aləmzar Sadıqqızı ölkə başçısına məktub yazıb.
Bakupost.az xəbər verir ki, şair məktubunda aylardır həkim səhlənkarlığı ucbatından ağır vəziyyətə düşdüyünü iddia edir.
O yazır:
“Bəzəksiz-düzəksiz, sadə el dilində... Mən sizi çox sevirəm! Siz bizim mərd, vətənpərvər oğullarımızı başınıza yığıb Vətənimizi azğın düşmənlərdən xilas elədiniz! Sizi sevməmək nankorluq olar! Ancaq təəssüf ki, ən pis düşmən içimizdəkilərdir... Siz təksiz! Onlar isə yüzlərlədir!
Allaha and olsun ki, mən bu məktubu ağrılardan qıvrıla-qıvrıla yazıram... Həkimlərin bəlkə də 70 faizi insanları öldürməklə məşğuldur. Öz başıma gələnləri cəmiyyətimizin başına gəlmiş hesab edirəm. Aylardır həkimlərin səhvi ucbatından mən nələri yaşadım, bunu bir Allah, bir də mən bilirəm...
Sentyabr ayında ayaqlarımda baş verən kəskin ağrılara görə “Topçubaşov” xəstəxanasına sığorta göndərişi ilə getdim. Məni Ruslan həkimə yazdılar. Məni təkrar doppler edib sol ayağıma stend qoyulacağını, sağ ayağıma isə sadə anju ediləcəyini dedi. Ancaq “Topçubaşov”da yox, ikinci iş yeri olan “Kəpəz” xəstəxanasında... Getdim, ancaq qarşıma tələb qoydular. Analizlər sığortaya daxil deyil, 800 manat verməlisən! İmtina etmək istədim. Ancaq gözəl dostlarım mane oldu, iki saat içində o pulu topladılar...
Öncə sol ayağımda cəmi 20 dəqiqəlik bir əməliyyat etdilər və stendə ehtiyac görmədiklərini dedilər. Onu da deyim ki, mən orada Ruslan həkimi görmədim. Bir həftə sonra sağ ayağımı anju etdilər. Mən 26 ildir işlədiyim doğma evim - Azərbaycan Yazıçılar Birliyindən xahiş etdim ki, həkimə zəng vursunlar. Düzü, şahidi olduğum hadisələr məni qorxudurdu... Onlar isə düşündülər ki, bunun arxasında böyük təşkilat dayanıb. Beləliklə, ikinci əməliyyat mənə baha başa gəldi.
Damarlarımı açıq qoyduqları üçün iki gün sonra reanimasiyaya yerləşdirdilər. Mən orada ölümün əlindən qurtardım. Və bazarlıq başladı... Öncə 600 manat olmalıdır, yapışqan bahadır, o da alınmasa 3-4 min lazım olacaq. Mən cəmi 342 manat maaş alıram və heç cür imkanım yoxdur. Həyatımı təhlükəyə atıb xəstəxananı tərk etdim...
AYB-nin mənim kimi yüzlərlə üzvü var, onlar bu qədər köməyi mənə edə bilməzdilər. Sonra Yeni Klinikaya getdim. Orada da təkrar doppler edib dedilər ki, ayağınızda böyük bir qan kisəsi var, hər an partlayıb həyatınızı təhlükəyə ata bilər. Ancaq yenə pula görə əməliyyat etmədilər...
İki ay ayağımdakı yaraları güclə sağaltdım. Sentyabr ayından qızım məcbur qalıb işini atıb, evini atıb, körpə uşağı ilə mənə baxır. Ancaq bitmədi... Kəskin ağrılar başladı və mən “Topçubaşov”a yenidən müraciət etdim. Ayağımı dizdən kəsmək istədilər. Başqa həkimə üz tutdum. Anju oldum və ayağımın baş barmağı ilə daban amputasiya olundu...
Bütün bunlar mənə iki dəfə kredit götürməklə 6 mindən çox başa gəldi. Son dörd ayda isə qohum-əqrəba, dost-tanış köməklik edir. Bunlar da yetmədi, sosial şəbəkədə də paylaşımlar edildi. Çünki mənim maaşım mənim kommunal xərclərimə güclə yetir. Maaşımla müalicə xərclərim arasında dəvə ilə qarışqa qədər fərq var...
Ayağım təkrar ağırlaşıb, çünki həkimin yazdıqlarını edə bilmirəm. Vətənimi, yaşamağı nə qədər sevsəm də, artıq həyatıma son vermək qərarına gəlmişəm. Bu ömürdə tək onu anladım ki, əxlaqın, insanlığın heç bir qiyməti yoxdur...
Sizdən çox xahiş edirəm, bu insan yırtıcılarının diplomları əllərindən alınsın, qoy gedib fəhləlik edib insanların əzabını onlar da yaşasın...
Qanımda yaranan azlığa görə həkimim məsləhət gördü ki, Hematologiya və Transfuziologiya İnstitutuna gedim. Mən bundan öncə də, göydə Allah, yerdə sizi bilib məktub yazdım. Məktub oradan TƏBİB-ə göndərilmişdi. TƏBİB-in məktubunu götürüb getdik. Dedim ki, qanı qohumlar verəcək, siz sadəcə köçürmə edin. Baş həkimə müraciət etdim. Ancaq təəssüf ki, Zöhrə xanım min cür bəhanələr gətirdi, məcbur qalıb özəl klinikaya müraciət etdim... Bir dəfə qan köçürülüb, ancaq iki dəfə də köçürülməlidir. Mənim isə heç cür imkanım yoxdur. Günlərdir ağrıdan göz yaşı tökürəm. Gündüzlər də həm ağrılar, həm də qayğılar... Mən artıq nə edəcəyimi bilmirəm.
Sizə sığınıram...Təbii ki, ən gözəl həkim də, hakim də Allahdır! Mənə çox haqsızlıq olub. Burada sadəcə səhhətimi yazdım...
Mənə bir şey olarsa, sizə yazdığım əsl məktub evimdədir. Sizə bir yazar, bir ana, bir Azərbaycan qadını kimi minlərlə kəs xahiş edirəm, mənim itirilən haqlarıma sahib çıxın... istəyirəm ki, xəstələri ancaq pul gözündə görən həkimləri səhiyyəmizdən uzaqlaşdırasınız. Əgər dərin yoxlama getsə, görərsiniz ki, mən deyən həkimləri dönə-dönə məhkəməyə versələr də, heç kim onlara bata bilmir... Onlara tək sizin o düşmən başına enən yumruğunuz batar!!!! Mən sizə inanır və bütün qəlbimlə güvənirəm!”.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Bu, boks rinqi deyil, milli məsələdir!..” – Sabir Rüstəmxanlıdan Ayaz Salayevə sərt cavab
Bu gün, 13:50
“Məşədi İbad demişkən, pul elə bir şeydir ki, qocanı...” - Əməkdar artist
Bu gün, 13:47
Sahibə Qafarovanın Parlamentlərarası İttifaqın prezidenti postuna namizədliyi irəli sürülüb
Bu gün, 13:43
Quba İcra Hakimiyyəti iki tenderin bir gündə icrasına başlayıb
Bu gün, 13:37
TRT-nin Azərbaycan nümayəndəliyinə yeni rəhbər təyin olunub - BUNDAN SONRA...
Bu gün, 13:25
“İstedadsız gəlir, istedadlını üstələyir” - Cavidan Novruz
Bu gün, 13:17
EHTİYATLI OLUN: -Bakıda yeni dələduzluq yayılıb
Bu gün, 13:11
Vardanyanın arvadının “humanitar təşəbbüsü” - Absurd müraciət, boş cəhd
Bu gün, 13:02
Tovuzda yeniyetmə xəstəxanada öldü
Bu gün, 12:58
"Söhbət 2 manatdan getmir... AMMA..." - AXI NİYƏ?
Bu gün, 12:55
"Tik-tok"er Bəniz 11 illik həbs ediləcək? – Gələn prosesdə hökm oxunacaq
Bu gün, 12:48
Azərbaycanda həkimlərin 70 faizi insanları öldürməklə məşğuldur – Şair Prezidentə məktub yazdı
Bu gün, 12:46
İran kəşfiyyatı azərbaycanlıları bu cür “iş”ə cəlb edir - TƏFƏRRÜAT
Bu gün, 12:01
Çingiz Qurbanov "Azərpoçt" MMC-dəki vəzifəsindən azad edilib - BUNDAN SONRA...
Bu gün, 11:55
İllərlə davam edən ailə gərginliyi faciə ilə bitdi, qadın ərini öldürdü: - "Dedi ki, bu ay heç nə görməyəcəksən..."
Bu gün, 11:42
21 yaşlı oğlan bıçaqlandı - Hərbi qulluqçu saxlanıldı
Bu gün, 11:41
Xankəndi şəhər stadionunun təmirinə əlavə 2.1 milyon manat pul ayrıldı
Bu gün, 11:32
““Ehsan mafiyası” var, niyə fətva vermirlər?” - İlahiyyatçıdan QMİ-yə sərt sözlər
Bu gün, 11:29
Türkiyə-İsrail qarşıdurması hələ siyasi mərhələdədir - ŞƏRH
Bu gün, 11:23
Kılıçdaroğludan yeni partiya quracağı deyilən Özələ REAKSİYA
Bu gün, 11:20
“Rus bölmələrinə qəbul dərhal dayandırılsın!” - ÇAĞIRIŞ
Bu gün, 11:08
Yunan general canlı yayında ağzından qaçırdı: - Afinanın “Türkiyə planı” deşifrə oldu
Bu gün, 11:06
Bacısı ilə bağlı mübahisəyə görə həmyerlisini öldürdü – 10 il HƏBS CƏZASI
Bu gün, 10:57
Yevlax Su Meliorasiya İdarəsində şübhəli satınalma – Tural Mahmudov köhnə rəisin işini görür, yoxsa…
Bu gün, 10:54
"3 dəfə mağazaya getmişik, dəfələrlə zəng etmişik..." - GİLEY
Bu gün, 10:49
Bacısının ayrılığına görə qisas almaq istədi, xalası oğluna ov tüfəngi ilə atəş açdı - TƏFƏRRÜAT
Bu gün, 10:30
Brüsselin Ermənistan planı: Azərbaycan üçün risk, yoxsa fürsət? - GƏLİŞMƏ
Bu gün, 10:23
“Mən aşbaz olmaqla yanaşı, həm də aktyoram” - EHTİRAM FƏRZƏLİBƏYOV ONU İTTİHAM EDƏNLƏRƏ CAVAB VERDİ
Bu gün, 10:18
“PAŞA Həyat Sığorta”nın səhmdarları toplanır - YIĞINCAQ
Bu gün, 10:05
Yeni savadlılıq: məktəblərdə media savadlılığının təqdimi - AKTUAL
Bu gün, 10:04
Elə bil tibb ocağı deyil... restorandır... tibb bacıları da ofisiant... - BU NƏDİ BELƏ...
Bu gün, 09:53
Ukrayna “Qazprom”a məxsus müəssisəni vurdu - NEXTA
Bu gün, 09:43
Ermənistanda pasportlarının Türkiyədə çapı iddiaları - QALMAQAL
Bu gün, 09:37
ABŞ-nin nüfuzlu nəşri İlham Əliyevdən sitat gətirdi... - "The Floridian" yazır ki...
Bu gün, 09:24
"Bağlarımız quruyur, heyvanları suvarmağa su tapa bilmirik" - SAKİNLƏR ETİRAZ EDİR!
Bu gün, 09:19
800 min erməniyə MÖHTAC qalan ölkə - İFŞA faktı
Bu gün, 08:21
Türkiyəli nazirə qarşı SENSASİON sui-qəsdin pərdəarxası – Onu nəyə məcbur etmək istəyiblər?
Bu gün, 08:18
Qiyabi olaraq 15 il iş aldı... - BUNA GÖRƏ...
Bu gün, 08:05
SOCAR-da iri məmurlar bu idarə uğrunda SAVAŞA QALXIB - NƏ BAŞ VERİR?
Bu gün, 07:52
Nahidə Babaşlı Halim Baydudla nişanlanıb - FOTO
Bu gün, 07:39
Anası ağlar qalan Gəncə təhsil sistemi - İTTİHAM VAR...
Bu gün, 07:31
"Azərbaycan” Nəşriyyatının müəmmalı taleyi - “əsaslı təmir” vədi niyə bir ildən sonra da reallaşmayıb?
Bu gün, 07:25
“Cənub” Yük Terminalında yeni “cərimə” metodu - Sahibkarlar çıxılmaz vəziyyətdə
Bu gün, 07:19
Qlobal çağırışlara qarşı konsolidasiya: milli ideya beynəlxalq təşəbbüs kimi - İNCƏLƏMƏ
Bu gün, 07:14
Razılaşmaya yaxın idik, Qərb pozdu - Blanar
Bu gün, 07:09
Deputatdan İctimai TV-nin futbol şərhçilərinə İRAD: - Futbolçu qol vurur, ifa etmir
Bu gün, 07:00
Bir sahədə oxu, başqa sahədə alim ol: Azərbaycan modeli... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:55
ABŞ ordusu İran limanlarını bloklamaqda çətinliklərlə üzləşib - CNN
Bu gün, 06:51
Xəzərdə gizli təhlükə: Peşəkar üzgüçülər belə xilas ola bilmir - AKTUAL
Bu gün, 06:44
İran Küveytdə ABŞ hərbi bazasına və hərbi gəmisinə zərbə endirdiyini açıqlayıb
Bu gün, 06:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru