Əsas Səhifə > Güney Press > “Məşədi İbad demişkən, pul elə bir şeydir ki, qocanı...”

“Məşədi İbad demişkən, pul elə bir şeydir ki, qocanı...”


Bu gün, 13:47

“Məşədi İbad deyir, pul elə bir şeydir ki, qocanı cavan edər”.

Bunu Yenicag.az-a açıqlamasında tanınmış aktyor, Əməkdar artist Rəhman Rəhmanoğlu deyib.

Aktyor “Bəziləri deyir pul əl çirkidir, bəs sizin üçün pul hansı anlamı daşıyır?” sualını cavablandırıb:

“Pul barədə hərənin öz fikri var. Bəziləri deyir, pul əl çirkidir. Amma mənə pul barədə söz düşəndə dahi bəstəkar Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” tamaşası yadıma düşür. Özüm də o tamaşada oynamışam. Tamaşada Məşədi İbadın günümüzdə aforizmə çevrilən məşhur cümləsi var. Deyir, pul elə bir şeydir ki, qocanı cavan edər. Pulsuzluq isə cavanı qoca edər”.


Geri qayıt