"Ağrılarım son vaxtlar daha da artıb" .....                     Ukrayna parlamenti 20-ci dəfə hərbi vəziyyətin uzadılmasına səs verib .....                     "Bütün günü suyun gəlməsini gözləyirik..." .....                     Azərbaycan-Slovakiya qarşılıqlı etimad mühiti münasibətlərin daha da inkişafına şərait yaradır .....                     Azərbaycan Slovakiya münasibətləri regional sabitliyə töhfədir .....                     Naxçıvanda iki dövlət qurumu ləğv edilir .....                     Zaur Nəbioğlu vəzifəyə təyin olundu .....                     Ukrayna Rusiyanın ən iri neft emalı zavodlarının sonuncusuna zərbə endirib .....                     Kriminal aləmin nümayəndələri Qod Nisanovun bazarına girdi: SAHİBKARLARDAN PUL TƏLƏBİ .....                     “Bu, boks rinqi deyil, milli məsələdir!..” .....                     “Məşədi İbad demişkən, pul elə bir şeydir ki, qocanı...” .....                     Sahibə Qafarovanın Parlamentlərarası İttifaqın prezidenti postuna .....                     Quba İcra Hakimiyyəti iki tenderin bir gündə icrasına başlayıb .....                     TRT-nin Azərbaycan nümayəndəliyinə yeni rəhbər təyin olunub .....                     “İstedadsız gəlir, istedadlını üstələyir” .....                     EHTİYATLI OLUN: .....                     Vardanyanın arvadının “humanitar təşəbbüsü” .....                     Tovuzda yeniyetmə xəstəxanada öldü .....                     "Söhbət 2 manatdan getmir... AMMA..." .....                     "Tik-tok"er Bəniz 11 illik həbs ediləcək? .....                     Azərbaycanda həkimlərin 70 faizi insanları öldürməklə məşğuldur .....                     İran kəşfiyyatı azərbaycanlıları bu cür “iş”ə cəlb edir .....                     Çingiz Qurbanov "Azərpoçt" MMC-dəki vəzifəsindən azad edilib .....                     İllərlə davam edən ailə gərginliyi faciə ilə bitdi, qadın ərini öldürdü: .....                     21 yaşlı oğlan bıçaqlandı .....                     Xankəndi şəhər stadionunun təmirinə əlavə 2.1 milyon manat pul ayrıldı .....                     ““Ehsan mafiyası” var, niyə fətva vermirlər?” .....                     Türkiyə-İsrail qarşıdurması hələ siyasi mərhələdədir .....                     Kılıçdaroğludan yeni partiya quracağı deyilən Özələ .....                     “Rus bölmələrinə qəbul dərhal dayandırılsın!” .....                     Yunan general canlı yayında ağzından qaçırdı: .....                     Bacısı ilə bağlı mübahisəyə görə həmyerlisini öldürdü .....                     Yevlax Su Meliorasiya İdarəsində şübhəli satınalma .....                     "3 dəfə mağazaya getmişik, dəfələrlə zəng etmişik..." .....                     Bacısının ayrılığına görə qisas almaq istədi, xalası oğluna ov tüfəngi ilə atəş açdı .....                     Brüsselin Ermənistan planı: Azərbaycan üçün risk, yoxsa fürsət? .....                     “Mən aşbaz olmaqla yanaşı, həm də aktyoram” .....                     “PAŞA Həyat Sığorta”nın səhmdarları toplanır .....                     Yeni savadlılıq: məktəblərdə media savadlılığının təqdimi .....                     Elə bil tibb ocağı deyil... restorandır... tibb bacıları da ofisiant... .....                 

“Bu, boks rinqi deyil, milli məsələdir!..” – Sabir Rüstəmxanlıdan Ayaz Salayevə sərt cavab
Tarix: Bu gün, 13:50 | Çap et

Xəbər verdiyimiz kimi Əməkdar jurnalist, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, siyasi şərhçi Azər Həsrət Azərbaycanda bu ildən etibarən rus olmayan uşaqların rus bölmələrinə qəbulunun birmənalı şəkildə dayandırılmasını təklif edib. Onun fikirləri tanınmış kinorejissor və kinoşünas Ayaz Salayevin rus məktəblərinin bağlanmasına qarşı sərt mövqeyinə cavab kimi də qiymətləndirilir.

Belə ki, Ayaz Salayev daha əvvəl "Yazılan və yozulan" verilişində rus məktəblərinin fəaliyyətinin davam etdirilməsini müdafiə edərək, onların bağlanmasına cəhd göstəriləcəyi təqdirdə buna qarşı çıxacağını deyib. Sitat: “Nə vaxtsa kimsə yenə də rus bölməsini bağlamaq məsələsini qaldırsa, mən o dəqiqə döyüşməyə hazıram, o dəqiqə! Hələ ki, mən sağam, rus məktəblərini söküb-dağıtmaq istəsələr, qabağında dayanmağa hazıram”.

Bəs Azərbaycanda rus bölmələrinin fəaliyyəti yenidən nəzərdən keçirilməlidirmi? Rus bölmələrinin dövlət hesabına maliyyələşdirilməsi nə dərəcədə məqsədəuyğundur?

"DİA-AZ" xəbər verir ki, mövzu ilə bağlı sabiq millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı Musavat.com-a danışıb.

O, öncə Ayaz Salayevin fikirlərinə sərt münasibət bildirib: “Ayaz Salayev bu məsələyə bir az səhnə, aktyor pafosu ilə yanaşır. Halbuki bu məsələyə sakit ağılla baxmaq lazımdır. Bu, boks rinqi deyil ki, “qarşıma çıxsın, görəcək, yumruqla cavab verəcəyəm” deyəsən. Bu cür danışıq tərzi bir ziyalıya yaraşmır.

Bu mövzuda Ayaz Salayevlə bizim vaxtilə Bakı TV-də mübahisəmiz olmuşdu. Onda da mətbuat buna ciddi reaksiya vermişdi və böyük əksəriyyət onu qınamışdı. Demişdilər ki, Azərbaycan artıq 30-35 ilə yaxındır müstəqildir. Sən vaxtilə Moskvada oxumusan deyə, hamını Moskva heyranına çevirə bilməzsən. Zaman dəyişib, Azərbaycan müstəqil dövlətdir, öz milli siyasəti var. Elə dünən Prezident Şuşadakı çıxışında da bir daha dedi ki, milli kimlik qorunmalıdır, dövlət dili qorunmalıdır. Bu fikri o, dəfələrlə səsləndirib. Amma qəribədir ki, prezident bir istiqaməti göstərir, bizim təhsil sistemimiz isə sanki başqa istiqamətdə inkişaf edir”.

Sabir Rüstəmxanlı qeyd edib ki, ana dilindən başqa digər dillərdə məktəb açmaq istəyənlər bunu öz vəsaitləri hesabına etməlidir: “Mən başa düşürəm, Azərbaycanda ruslar yaşayır. Ola bilər, başqa millətlərdən olan ailələr də övladlarını rus məktəbində oxutmaq istəsinlər. Onların maraqları nəzərə alınmalıdır. Amma Azərbaycan qanunlarına görə, ölkədə təhsil dövlət dili olan Azərbaycan dilində olmalıdır. Başqa dillərdə məktəb açmaq istəyənlər bunu öz vəsaitləri hesabına etməlidirlər. Qanunun iki başı yoxdur, bir mənası var. Qanun bunu açıq şəkildə deyir.

Yaxşı, Azərbaycan Rusiya ilə münasibətləri nəzərə alıb müəyyən istisnalara yol verir. Amma Rusiyada milyonlarla azərbaycanlı yaşayır. Orada bir dənə də Azərbaycan məktəbi yoxdur. Mən bu məsələdə son çıxışlarımdan birində, elə Yazıçılar Birliyində də bir az sərt danışmışdım. Demişdim ki, biz 35 ildir SSRİ-dən ayrılmışıq, müstəqil dövlətik, bəs onda niyə bu qədər rus məktəbi var? Niyə valideynlər yaxa cırırlar ki, uşağımız mütləq rus məktəbində oxumalıdır? Bu nə deməkdir?

Bunun iki izahı ola bilər. Ya hakimiyyət dairələrinin içində gizli şəkildə rus təbliğatı aparan, rus məktəblərinin sayının artmasına çalışan nüfuzlu adamlar var, ya da cəmiyyətin içində hələ də qul psixologiyası yaşayır. Mütləq deyil ki, hər şeyin arxasında Moskva dayansın. Bəzən o zəncir insanın öz içində olur. Ruhunu zəncirləyiblər, düşüncəni zəncirləyiblər, sən hələ də müstəqil nəfəs ala bilmirsən. Ana dili nədir, milli kimlik nədir, milli dövlət nədir, onu necə inkişaf etdirmək olar, gələcək nəsilləri necə yetişdirmək lazımdır, bunları dərk etmirsənsə, deməli, o psixologiyadan qurtarmamısan.

Mən bunu vaxtilə Milli Məclisdə də demişdim. Uşaqlarını rus məktəbinə verənlərin iki niyyəti ola bilər: ya uşaqlarını Moskva üçün yetişdirirlər, ya da Moskvanın yenidən bura qayıdacağına ümid edirlər. Çünki bu ölkənin dövlət dili Azərbaycan dilidir və dövlət müəssisəsində bu dili bilmədən işləmək mümkün deyil. Mən üçüncü bir variant görmürəm. Bunu başa düşməyən Ayaz Salayev kimi adamlar nə qədər rus heyranlığı ilə danışsalar da, danışsınlar”.

Sabir Rüstəmxanlı ölkədə rus məktəblərinin tamamilə bağlanmasının da tərəfdarı olmadığını deyib: “Mən Baltikyanı ölkələrdə olduğu kimi bir qanunla bütün rus məktəblərinin birdəfəlik bağlanmasının tərəfdarı deyiləm. Azərbaycanda yaşayan ruslar öz məktəblərində oxusunlar. Amma bütün məktəblərdə rus bölmələrinin, universitetlərin əksəriyyətində rus sektorlarının fəaliyyət göstərməsi doğru deyil. Azərbaycanda iki Moskva universitetinin filialı fəaliyyət göstərir, istəsək birini də aça bilərik. Amma bütün universitetlərdə rus bölmələri... Bu nə vaxta qədər davam edəcək? Azərbaycan nə vaxt özünü tam müstəqil hiss edəcək?

Dil dövlətin və millətin sifətidir. Dilə sevgi millətin öz simasını göstərir. Sən hələ də öz simanı tam müəyyənləşdirə bilmirsənsə, dünyaya özünü olduğu kimi təqdim edə bilmirsənsə, yarı-rus, yarı-azərbaycanlı düşüncəsi ilə yaşayırsansa, bu ikili vəziyyət nə vaxta qədər davam edəcək?”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Ağrılarım son vaxtlar daha da artıb" - Xalq artisti
Bu gün, 14:52
Ukrayna parlamenti 20-ci dəfə hərbi vəziyyətin uzadılmasına səs verib
Bu gün, 14:48
"Bütün günü suyun gəlməsini gözləyirik..." - NARAZILIQ VAR!
Bu gün, 14:40
Azərbaycan-Slovakiya qarşılıqlı etimad mühiti münasibətlərin daha da inkişafına şərait yaradır - MƏQALƏ
Bu gün, 14:29
Azərbaycan Slovakiya münasibətləri regional sabitliyə töhfədir - İsrafil Kərimovun yazısı
Bu gün, 14:28
Naxçıvanda iki dövlət qurumu ləğv edilir - DETALLAR
Bu gün, 14:22
Zaur Nəbioğlu vəzifəyə təyin olundu - BUNDAN SONRA...
Bu gün, 14:09
Ukrayna Rusiyanın ən iri neft emalı zavodlarının sonuncusuna zərbə endirib - KİV
Bu gün, 14:03
Kriminal aləmin nümayəndələri Qod Nisanovun bazarına girdi: SAHİBKARLARDAN PUL TƏLƏBİ - TƏFƏRRÜAT
Bu gün, 13:57
“Bu, boks rinqi deyil, milli məsələdir!..” – Sabir Rüstəmxanlıdan Ayaz Salayevə sərt cavab
Bu gün, 13:50
“Məşədi İbad demişkən, pul elə bir şeydir ki, qocanı...” - Əməkdar artist
Bu gün, 13:47
Sahibə Qafarovanın Parlamentlərarası İttifaqın prezidenti postuna namizədliyi irəli sürülüb
Bu gün, 13:43
Quba İcra Hakimiyyəti iki tenderin bir gündə icrasına başlayıb
Bu gün, 13:37
TRT-nin Azərbaycan nümayəndəliyinə yeni rəhbər təyin olunub - BUNDAN SONRA...
Bu gün, 13:25
“İstedadsız gəlir, istedadlını üstələyir” - Cavidan Novruz
Bu gün, 13:17
EHTİYATLI OLUN: -Bakıda yeni dələduzluq yayılıb
Bu gün, 13:11
Vardanyanın arvadının “humanitar təşəbbüsü” - Absurd müraciət, boş cəhd
Bu gün, 13:02
Tovuzda yeniyetmə xəstəxanada öldü
Bu gün, 12:58
"Söhbət 2 manatdan getmir... AMMA..." - AXI NİYƏ?
Bu gün, 12:55
"Tik-tok"er Bəniz 11 illik həbs ediləcək? – Gələn prosesdə hökm oxunacaq
Bu gün, 12:48
Azərbaycanda həkimlərin 70 faizi insanları öldürməklə məşğuldur – Şair Prezidentə məktub yazdı
Bu gün, 12:46
İran kəşfiyyatı azərbaycanlıları bu cür “iş”ə cəlb edir - TƏFƏRRÜAT
Bu gün, 12:01
Çingiz Qurbanov "Azərpoçt" MMC-dəki vəzifəsindən azad edilib - BUNDAN SONRA...
Bu gün, 11:55
İllərlə davam edən ailə gərginliyi faciə ilə bitdi, qadın ərini öldürdü: - "Dedi ki, bu ay heç nə görməyəcəksən..."
Bu gün, 11:42
21 yaşlı oğlan bıçaqlandı - Hərbi qulluqçu saxlanıldı
Bu gün, 11:41
Xankəndi şəhər stadionunun təmirinə əlavə 2.1 milyon manat pul ayrıldı
Bu gün, 11:32
““Ehsan mafiyası” var, niyə fətva vermirlər?” - İlahiyyatçıdan QMİ-yə sərt sözlər
Bu gün, 11:29
Türkiyə-İsrail qarşıdurması hələ siyasi mərhələdədir - ŞƏRH
Bu gün, 11:23
Kılıçdaroğludan yeni partiya quracağı deyilən Özələ REAKSİYA
Bu gün, 11:20
“Rus bölmələrinə qəbul dərhal dayandırılsın!” - ÇAĞIRIŞ
Bu gün, 11:08
Yunan general canlı yayında ağzından qaçırdı: - Afinanın “Türkiyə planı” deşifrə oldu
Bu gün, 11:06
Bacısı ilə bağlı mübahisəyə görə həmyerlisini öldürdü – 10 il HƏBS CƏZASI
Bu gün, 10:57
Yevlax Su Meliorasiya İdarəsində şübhəli satınalma – Tural Mahmudov köhnə rəisin işini görür, yoxsa…
Bu gün, 10:54
"3 dəfə mağazaya getmişik, dəfələrlə zəng etmişik..." - GİLEY
Bu gün, 10:49
Bacısının ayrılığına görə qisas almaq istədi, xalası oğluna ov tüfəngi ilə atəş açdı - TƏFƏRRÜAT
Bu gün, 10:30
Brüsselin Ermənistan planı: Azərbaycan üçün risk, yoxsa fürsət? - GƏLİŞMƏ
Bu gün, 10:23
“Mən aşbaz olmaqla yanaşı, həm də aktyoram” - EHTİRAM FƏRZƏLİBƏYOV ONU İTTİHAM EDƏNLƏRƏ CAVAB VERDİ
Bu gün, 10:18
“PAŞA Həyat Sığorta”nın səhmdarları toplanır - YIĞINCAQ
Bu gün, 10:05
Yeni savadlılıq: məktəblərdə media savadlılığının təqdimi - AKTUAL
Bu gün, 10:04
Elə bil tibb ocağı deyil... restorandır... tibb bacıları da ofisiant... - BU NƏDİ BELƏ...
Bu gün, 09:53
Ukrayna “Qazprom”a məxsus müəssisəni vurdu - NEXTA
Bu gün, 09:43
Ermənistanda pasportlarının Türkiyədə çapı iddiaları - QALMAQAL
Bu gün, 09:37
ABŞ-nin nüfuzlu nəşri İlham Əliyevdən sitat gətirdi... - "The Floridian" yazır ki...
Bu gün, 09:24
"Bağlarımız quruyur, heyvanları suvarmağa su tapa bilmirik" - SAKİNLƏR ETİRAZ EDİR!
Bu gün, 09:19
800 min erməniyə MÖHTAC qalan ölkə - İFŞA faktı
Bu gün, 08:21
Türkiyəli nazirə qarşı SENSASİON sui-qəsdin pərdəarxası – Onu nəyə məcbur etmək istəyiblər?
Bu gün, 08:18
Qiyabi olaraq 15 il iş aldı... - BUNA GÖRƏ...
Bu gün, 08:05
SOCAR-da iri məmurlar bu idarə uğrunda SAVAŞA QALXIB - NƏ BAŞ VERİR?
Bu gün, 07:52
Nahidə Babaşlı Halim Baydudla nişanlanıb - FOTO
Bu gün, 07:39
Anası ağlar qalan Gəncə təhsil sistemi - İTTİHAM VAR...
Bu gün, 07:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru