“Xalq Sığorta” ASC-də Korporativ satış departamentinin rəhbəri vəzifəsinə təyinat olub.
Banker.az xəbər verir ki, bu vəzifə Nəcəfzadə Araz Fuad oğluna həvalə edilib.
O, 2024-cü ilin oktyabr ayından 2026-cı ilin may ayına kimi Azərbaycan Dövlət Reklam Agentliyində Kommersiya departamentinin rəhbəri kimi çalışıb.
Araz Nəcəfzadə 2009–2013-cü illərdə Xəzər Universitetində Maliyyə ixtisası üzrə bakalavr təhsili alıb.






