Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi 2026-cı il üzrə reklam qanunvericiliyinin pozulması ilə bağlı “ABC-Telecom” MMC (Kontakt Home) barəsində inzibati protokol tərtib edib.
"DİA-AZ" Agentliyin açıqladığı məlumata istinadən xəbər verir ki, 24 iyun 2026-cı il tarixində şirkət barəsində inzibati xəta haqqında protokol tərtib olunub.
Şirkətin “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 4.2-ci və 7.1.4-cü maddələrinin tələblərini pozduğu bildirilib. Pozuntu reklamı qadağan olunmuş məhsulların, texnikanın və xidmətlərin reklamına, eləcə də reklam yayımının qanunvericiliklə müəyyən edilmiş qayda və tələblərinə əməl edilməməsi ilə əlaqədardır. Fakt üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə inzibati protokol tərtib edilib.
Qeyd edək ki, İXM-nin həmin maddəsinə əsasən, reklamı qadağan olunmuş məhsulların, texnikanın və xidmətlərin reklamına, habelə reklam yayımının qanunla müəyyən edilmiş qayda və tələblərinə əməl edilməməsinə görə hüquqi şəxslər 1 000 manatdan 2 000 manatadək məbləğdə cərimə edilir.






