İran vətəndaşlarının Almaniyaya viza müraciətlərinə İrəvanda baxılır .....                     Dövlətin yol getdiyi Adam... .....                     Azərbaycan-Ermənistan sərhədinin xəritəsi hazırlanır .....                     “Hom Paş” – “Inter MMC” – “Khatai Residence”: bir layihənin şübhəli “rebrendinqi” .....                     Köçəryan seçki sandığını terrorla əvəzləyir: .....                     “Bakcell”in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır .....                     Ermənistanda Rusiya pasportu skandalı: .....                     Türk dövlətləri vahid valyutaya nə vaxt keçə bilər? .....                     Putin və Si Cinpin strateji tərəfdaşlığın inkişafına dair birgə sənədlər imzalayıblar .....                     Kremlin geosiyasi dalanı: Ermənistana qarşı sərt ritorika və isterika .....                     Özəl sektorda iş yerlərinin sayı 19,9 min artıb, muzdlu işçilərin sayı 28,8 min azalıb .....                     SSRİ bayrağı, “Georgi lenti” və milyonluq ittihamlar .....                     Ya imtahan Naxçıvanda da təşkil olunmalı, ya da... .....                     Ankaradakı bəzi “qardaşlara” səmərəli təklif: “Arabalarınıza təyyarə qanadı taxın” .....                     “Bunları yığışdırın, hər şeyi bacarırlar, muğam oxumaqda niyə aciz olsunlar ki?” .....                     Mühasib şirkətin vergi borclarının silinməsi adı ilə dələduzluq etdi, .....                     Köçəryan erməni seçiciləri AZƏRBAYCANLA təhdid edir... .....                     Hamlet Musayevin qızı azadlığa buraxıldı .....                     Seçkidən sonra Paşinyanı qələbə münasibətilə ilk Putin təbrik edəcək .....                     Burda ancaq PUL YIĞMAĞI BİLİRLƏR... .....                     Tanışının “Kontakt Home”dan aldığı telefonu başqasına satdı: .....                     Ailə sürücüsü şirkət rəhbərinin otağından oğurladığı pulları kazino oyunlarında uduzdu .....                     Karapetyanın qardaşı oğluna qarşı ikili vətəndaşlığı gizlətməsinə görə cinayət işi qaldırılıb .....                     Məmurlar işini itirir, yoxsa bazar dəyişir? .....                     "İstəsəniz, mənəvi dəstəyinizi də göstərə bilərsiniz" .....                     İcra hakimiyyətlərinə tender qadağası .....                     Naxçıvanda TAXIL İŞİ: Ceyhun Cəlilov GERİ ÇƏKİLDİ? .....                     Bakı “üçüncü İran müharibəsi” hazırlığında .....                     Günün fotosu: .....                     'Europol' SEPAH-a bağlı 14 min paylaşımı silib .....                     İcra başçısı kölgədə əyləşdi, vətəndaşları günün altında saxladı .....                     "Biz pulu əziyyətlə qazanıb sizi yedizdirməliyik?" .....                     Saleh Məmmədovun kadrları HƏLƏ DƏ İŞ BAŞINDADIR .....                     "Əslində qiymət bundan ucuz olmalıdır..." .....                     Britaniyanın ABŞ-dəkı səfirinin müavini məxfi məlumatların sızmasına görə işdən çıxarılıb .....                     Samuxda təhsil adına OYUNBAZLIQ... .....                     Azərbaycanın Avroviziyada nəticələri niyə zəifləyir? .....                     Nazir müavini Vüqar Kərimova ağır ittihamlar .....                     Məhkəmə Hicran Əyyubovaya qarşı... .....                     "Şagirdin gələcəyini məktəbdəki təhsil deyil, imtahan balı müəyyən edir" .....                 

Ankaradakı bəzi “qardaşlara” səmərəli təklif: “Arabalarınıza təyyarə qanadı taxın” - BELƏ HARA GEDİRİK?
Tarix: Bu gün, 10:49 | Çap et

Həm Azərbaycanda, həm də Türkiyədə iki qardaş ölkə arasında “qaşınmayan yerdən qan çıxmağa çalışan” qruplar fəallaşıblar. Ən xırda hadisəni böyüdüb bir qaşıq suda fırtına qoparmaq üçün əlləşən bu qruplar rəsmən bizi parçalamaq və bir-birimizə düşürmək üçün əllərindən gələni edirlər. Dərd burasındadır ki, bu təxribatçı mövqeyi sərgiləyənlər arasında etnik azlıqlara mənsub şəxslər mühüm yer tuturlar. Erməni əsilli Türk jurnalisti Alin Ozinian da bu təxribatçı zümrənin önündə gələnlərdəndir. Onun Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədovun Türkiyənin “Cümhuriyət” qəzetinə verdiyi açıqlamanın ucundan tutub ucuzluğa varması, Azərbaycanla Türkiyənin xarici siyasət sahəsində birgə məsləhətləşmələrdən sonra ortaq addımlar atdığını söyləməsini başqa istiqamətlərə çəkməsi anlaşılır kimi deyil. Ozinyanın və qonağının fikrincə, bu ifadə Azərbaycanın Türkiyəyə xarici siyasət sahəsində təzyiqinin, Ankaranın isə bu təzyiqə boyun əyməsinin etirafından başqa bir şey deyil.
Açığı, Ozinyanın bu sözlərindən sonra açıb səfir Rəşad Məmmədovun “Cümhuriyət”ə verdiyi açıqlamasına baxdım. Fikrimcə, səfirin açıqlamasında hər hansə qəbahət görmədim. Rəşad Məmmədov müsahibəsində Ankaraya hər hansı ideyasını təlqin etmir, əksinə “Azərbaycanın Türkiyə ilə kompromis siyasəti yürüdüyünü və Türkiyə Xarici İşlər Nazirliyi ilə daim əlaqə saxladığını”, bir növ, xarici siyasətini qardaş ölkə ilə sinxronlaşdırdığını bildirir. Burada anlaşılmayan və ya pis olan nədir ki? Axı biz – həm Azərbaycan, həm də Türkiyə illərlə erməni lobbilərinin və dəstəkçilərinin basqılarına məruz qalan dövlətlərik. İstəsək də, istəməsək də bu basqılara bir yerdə əl-ələ verərək sinə gərə bilərik.
Ozinyanın və qonağının fikrincə, Bakının İrəvandan “Konstitusiyandakı ölkəmizin ərazi bütövlüyünü heçə sayan maddələri və qeydləri çıxart, sonra kommunikasiya əlaqələrini açaq” deməsi və Ankaranın bu məsələdə bizimlə eyni mövqedə olduğunu bildirməsi Türkiyəyə təzyiqdir. Halbuki, bunu bizim səfirimizdən əvvəl Türkiyə yetkiləri açıq şəkildə bəyan ediblər və Rəşad Məmmədov da görünür, bu açıqlamalara istinadən həmin fikirləri dilə gətirib. Məsələn, Türkiyənin Xarici işlər naziri Hakan Fidan ötən ilin noyabr ayında "Azərbaycan və Ermənistan yekun sülh müqaviləsi imzaladıqdan sonra Ermənistanla münasibətləri normallaşdırmağa hazırıq" demişdi. Və bunu Azərbaycanın qara qaşına, ala gözünə aşiq olduğu üçün bildirməmişdi. Hakan Fidan və digər Türkiyə rəsmiləri bundan 17 il əvvəl İrəvanla imzaladıqları Sürix protokollarının aqibətini yaxşı xatırlayırlar. Onlar bilirlər ki, ermənilər Azərbaycan və Türkiyə ilə bağlanmış müqavilələri uzun illər süründürə-süründürə vaxt qazanmağa, sonunda isə Konstitusiya Məhkəməsi tərəfindən imzalanan sənədlərini “Konstitusiyamıza ziddir” deyib ləğv etməyə meyllidirlər. Odur ki, Ankara da ermənilərin öz sözlərini tutmasının Konstitusiya ilə təminat altına almasında ən azı bizim qədər maraqlıdır və ya maraqlı olmalıdır. Əks halda, ermənilərlə əldə olunan bütün razılaşmaların Sürix protokolu aqibətini yaşamayacağına heç kim zəmanət verə bilməz.
Şəxsən bir Azərbaycan türkü kimi mənə ən ağır təsir edən söz Ozinyanın fikirləri deyildi. Onun qonağı olan Aydın Sezer adlı ekspertin erməniləri Osmanlı varisləri sayması, bizi isə özlərindən ayırması oldu. İnsafən qeyd edim ki, Aydın Sezer əfəndi haqsız deyil. Azərbaycan türklərinin böyük əksəriyyəti özünü Osmanlı imperiyasının varisi saymır və saymamalıdır da. Amma biz Türkiyə dövlətini də Osmanlının varisi kimi yox, Böyük Atatürkün strateji ağlı ilə demokratik və hüquqi dövlət prinsipləri üzərində qurulmuş dövlət kimi tanıyırıq, bu səbəbdən də ona böyük sayqı duyuruq. Fəqət bu o demək deyil ki, Osmanlı imperiyasına barmaq arası baxırıq. Biz Osmanlını da, Səvəfini də, Qacariyəni də, Teymuriləri də, Qızıl Ordanı da və s. kimi tarixi dövlətləri də vahid Türk tarixinin tərkib hissəsi kimi qəbul edir və ortaq tariximizə eyni həssasiyyətlə yanaşırıq. Təbii ki, digər qardaşlarımızdan da eyni həssasiyyəti gözləyirik.
O ki qaldı ermənilərin Osmanlı varisi olduğu barədə iddialara, açığı, mən bu barədə nəsə demək istəmirəm. İnanıram ki, bu fikirləri dəyərləndirməyi Türkiyəli qardaşlarımızın ixtiyarına buraxmaq daha ədalətli olar. Amma tarixdən onu bilirəm ki, ermənilər əgər həqiqətən də Osmanlı varisləridirlərsə, təəssüf ki, onları fərasətli övlad saymaq mümkün deyil. Ən azı 1915-ci ildən indiyədək onun-bunun qucağına sığınıb Türk xalqına köpək dişlərini göstərdiklərinə görə. Fərasətsiz övladın isə təəssübü çəkilməz.
Soyadındakı yan tərkibindən erməni olduğu aydınlaşan Ozinyanın tənqid atəşinə tutduğu, qurddalaya-qurddalaya içərisindən qurd çıxarmağa çalışdığı açıqlamanı da olduğu kimi diqqətinizə çatdırıram. Və Sizi vicdanınızla baş-başa buraxıram. Diqqətlə baxın, görün, Azərbaycanın Ankaradakı səfir Rəşad Məmmədov nəyi səhv deyib və hansı diplomatik qəbahətə yol verib:
“Kamuoyunda bir süredir, Türkiye’nin Ermenistan ile kara sınırlarını açmak istediği ancak Azerbaycan’ın ‘vetosuyla’ karşılaştığı öne sürülüyordu. Memmedov, “Normalleşme sürecinde olan Türkiye ile Ermenistan’ın sınırlarının açılmasını Azerbaycan mı istemiyor” sorusunu, “Biz Türkiye ile uzlaşmış bir siyaset yürütüyoruz, Türk Dışişleri ile sürekli irtibattayız. Ermenistan-Türkiye normalleşmesiyle Ermenistan-Azerbaycan normalleşmesi süreçlerini paralel yürütüyoruz. Birbirimizle uzlaşıyoruz, adım adım gidiyoruz. Ermenistan anayasasında Azerbaycan'a yönelik toprak iddiası var. 7 Haziran’daki seçimden sonra anayasayı değiştirecekler, bir referandum yapacaklar. Toprak iddiası ortadan kalktıktan sonra, ABD’de paraf edilen Azerbaycan-Ermenistan barış anlaşması imzalanacak. Ondan sonra Ermenistan-Türkiye ve Ermenistan-Azerbaycan sınırları açılacak” şeklinde yanıtladı.
‘KÜÇÜK ADIMLAR ATILIYOR’
Memmedov, geçtiğimiz hafta Türkiye ile Ermenistan’ın doğrudan ticarete başlamasını nasıl değerlendirdiğine yönelik soruya ise, “Küçük adımlar atıyoruz, Azerbaycan da atıyor. Azerbaycan da ticarete başladı. Artık Ermenistan’ın enerji güvenliğinde bir rol oynuyoruz. Petrollerini, akaryakıtlarını veriyoruz. Onların buğday vesaire ürünlerini Azerbaycan üzerinden, Kazakistan'dan, Rusya'dan taşınmasını sağlıyoruz. Ve onlara diyoruz ki, barış olursa sizin güvenliğiniz de daha iyi olur. Türkiye de küçücük adımlar atıyor” yanıtını verdi”.
Sonda onu vurğulamaq istərdim ki, Ozinyan və Aydın Sezer kimi insanlardan fərqli olaraq, Türkiyə yetkililəri Azərbaycanın Ermənistanla bağlı siyasətinə hörmətlə yanaşır və yeri gələndə onu təqdir edir. Əsas olan da budur. Ozinyanlar, Aydın Sezerler həmişə olub və olacaq. Amma onlar Türkiyə kimi böyük dövlətin xarici siyasətini dəyişə bilməyəcəklər.
Üstəlik, Azərbaycan səfiri Rəşad Məmmədovun təbirincə desək, rəsmi Bakı Türkiyənin Ermənistanla ticari əlaqələri genişləndirməsinə qarşı deyil. Belə olsaydı, ilk növbədə özü İrəvana neft məhsulları göndərməz, taxıl kimi strateji qida məhsullarının tranzitinə icazə verməzdi. Bizim tələbimiz olduqca sadə və anlaşılandır: Ermənistan öz Konstitusiyasındakı ərazi bütövlüyümüzü təhdid edən maddələri çıxarmayacaqsa, biz onunla hər hansı ciddi sövdələşmələrə getməyəcəyik. Hər halda bizim orta koridoru Gürcüstan üzərindən də açmaq və ya davam etdirmək şansımız var. Dəyərli bəzi Türk qardaşlarımız illah da bu yolun Ermənistan üzərindən açılmasını istəyirsə, biz onların da fikirlərinə hörmətlə yanaşacağıq. Amma onlar da gərək günü bu gündən arabalarına və TIR-larına təyyarə qanadı taxıb Azərbaycanın böyründən Türküstana uçmaq məşqlərinə başlasınlar.
Müəllif: Heydər Oğuz - "DİA-AZ"










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İran vətəndaşlarının Almaniyaya viza müraciətlərinə İrəvanda baxılır
Bu gün, 11:51
Dövlətin yol getdiyi Adam... - Aydın CAN yazır...
Bu gün, 11:48
Azərbaycan-Ermənistan sərhədinin xəritəsi hazırlanır - TƏFƏRRÜAT
Bu gün, 11:38
“Hom Paş” – “Inter MMC” – “Khatai Residence”: bir layihənin şübhəli “rebrendinqi” - Məhkəmə aktları niyə icra olunmur?
Bu gün, 11:36
Köçəryan seçki sandığını terrorla əvəzləyir: - “Onun əsl mahiyyəti budur”
Bu gün, 11:28
“Bakcell”in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Bu gün, 11:25
Ermənistanda Rusiya pasportu skandalı: - Məşhur milyarderin qohumu həbs oluna bilər
Bu gün, 11:23
Türk dövlətləri vahid valyutaya nə vaxt keçə bilər? - AÇIQLAMA
Bu gün, 11:11
Putin və Si Cinpin strateji tərəfdaşlığın inkişafına dair birgə sənədlər imzalayıblar - "Xinhua" agentliyi
Bu gün, 11:09
Kremlin geosiyasi dalanı: Ermənistana qarşı sərt ritorika və isterika - Moskva yeni reallığı qəbul etməyə açıq şəkildə hazır deyil
Bu gün, 11:04
Özəl sektorda iş yerlərinin sayı 19,9 min artıb, muzdlu işçilərin sayı 28,8 min azalıb – Rəsmi
Bu gün, 11:03
SSRİ bayrağı, “Georgi lenti” və milyonluq ittihamlar – Saleh Səmədov işi böyüyür
Bu gün, 11:00
Ya imtahan Naxçıvanda da təşkil olunmalı, ya da... - ETİRAZ VAR...
Bu gün, 10:53
Ankaradakı bəzi “qardaşlara” səmərəli təklif: “Arabalarınıza təyyarə qanadı taxın” - BELƏ HARA GEDİRİK?
Bu gün, 10:49
“Bunları yığışdırın, hər şeyi bacarırlar, muğam oxumaqda niyə aciz olsunlar ki?” - xanəndədən ETİRAZ
Bu gün, 10:35
Mühasib şirkətin vergi borclarının silinməsi adı ilə dələduzluq etdi, pulları “Topaz”da uduzdu
Bu gün, 10:34
Köçəryan erməni seçiciləri AZƏRBAYCANLA təhdid edir... - "Zəngəzurda məscid tikəcəklər..."
Bu gün, 10:25
Hamlet Musayevin qızı azadlığa buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 10:19
Seçkidən sonra Paşinyanı qələbə münasibətilə ilk Putin təbrik edəcək - Sərkisyan
Bu gün, 10:11
Burda ancaq PUL YIĞMAĞI BİLİRLƏR... - Qanunsuzluq, özbaşınalıq və əmək istismarı
Bu gün, 10:09
Tanışının “Kontakt Home”dan aldığı telefonu başqasına satdı: - “Dedi ki, uzun illər türmədə olub, “vor-zakon”dur”
Bu gün, 09:52
Ailə sürücüsü şirkət rəhbərinin otağından oğurladığı pulları kazino oyunlarında uduzdu – HÖKM
Bu gün, 09:46
Karapetyanın qardaşı oğluna qarşı ikili vətəndaşlığı gizlətməsinə görə cinayət işi qaldırılıb - Ermənistan mediası
Bu gün, 09:42
Məmurlar işini itirir, yoxsa bazar dəyişir? - Görünəni odur ki...
Bu gün, 09:37
"İstəsəniz, mənəvi dəstəyinizi də göstərə bilərsiniz" - ÇAĞIRIŞ
Bu gün, 09:35
İcra hakimiyyətlərinə tender qadağası - NƏ BAŞ VERİR?
Bu gün, 09:32
Naxçıvanda TAXIL İŞİ: Ceyhun Cəlilov GERİ ÇƏKİLDİ? - İşçilər deyir ki...
Bu gün, 09:30
Bakı “üçüncü İran müharibəsi” hazırlığında - AKTUAL
Bu gün, 09:21
Günün fotosu: - AY BƏRƏKALLAH...
Bu gün, 08:15
'Europol' SEPAH-a bağlı 14 min paylaşımı silib - KİV
Bu gün, 07:58
İcra başçısı kölgədə əyləşdi, vətəndaşları günün altında saxladı - AY MAŞALLAH...
Bu gün, 07:52
"Biz pulu əziyyətlə qazanıb sizi yedizdirməliyik?" - NARAZILIQ VAR...
Bu gün, 07:34
Saleh Məmmədovun kadrları HƏLƏ DƏ İŞ BAŞINDADIR - yarımçıq qalan yol və körpülər...
Bu gün, 07:09
"Əslində qiymət bundan ucuz olmalıdır..." - HESABLAYAQ...
Bu gün, 07:02
Britaniyanın ABŞ-dəkı səfirinin müavini məxfi məlumatların sızmasına görə işdən çıxarılıb - "Times"
Bu gün, 06:40
Samuxda təhsil adına OYUNBAZLIQ... - BU NƏDİ BELƏ?
Bu gün, 06:36
Azərbaycanın Avroviziyada nəticələri niyə zəifləyir? - ARAŞDIRMA
Bu gün, 06:25
Nazir müavini Vüqar Kərimova ağır ittihamlar – “Meşə mafiyası”nın başında kim dayanır?
Bu gün, 06:24
Məhkəmə Hicran Əyyubovaya qarşı... QƏRAR VERDİ
Bu gün, 06:16
"Şagirdin gələcəyini məktəbdəki təhsil deyil, imtahan balı müəyyən edir" - Əməkdar müəllimdən ETİRAZ
Bu gün, 06:12
Kürdəmirdə QOÇULUQ edən məmur kimdir - NARAZILIQ VAR...
Bu gün, 06:10
Rodrigez Trampı Venesuelaya qarşı sanksiyaları ləğv etməyə çağırıb
Bu gün, 06:00
Paşinyan konstitusiyadakı ərazi iddialarını ləğv etməyə hazırlaşır - GƏLİŞMƏ
Bu gün, 05:59
ABŞ Senatı İranla müharibəyə son qoymaq üçün qətnamə qəbul edib - C-SPAN kanalı
Bu gün, 05:57
“ADY yemək seti ilə bilet qiymətlərini süni şəkildə bahalaşdırır” - ETİRAZ VAR!
Bu gün, 01:41
Oğuzun "yaşıl büdcəsi": Abadlıq adı altında ayaqqabıdan şinə, loma qədər hər şey alınır - BU NƏDİ BELƏ?
Bu gün, 01:38
Qarabağlı “siyasətçiyə” qarşı sərt addım – iş ağır maddəyə keçirildi
Bu gün, 01:34
Moskvada rekord temperatur qeydə alındı
Dünən, 18:02
Arvadının saçını keçəl edən ərə - Hökm oxundu
Dünən, 17:48
Rusiya Ermənistana xəbərdarlıq etdi
Dünən, 17:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru