"Şikayətim Azercell-dəndir..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında Əsmətxanım Məcidova adlı istifadəçi yazır.
Narazı vətəndaş daha sonra bildirir: "Hansısa mənşəyi bilinməyən xidmətlərə qoşub hesabdan pul çıxırlar, telefonda iki Azercell nömrəsi var, vəsaiti hər ikisindən çıxıblar. Bir də baxıram ki, nömrələr borca görə birtərəfli bağlıdır. Azercell-ə müraciət edirəm: biz pulu əziyyətlə qazanıb sizi yedizdirməliyik?.."
Xan Bula adlı istifadəçi isə belə qeyd edir: "Azercell... Artıq ağ eləmisiz e Vallah... Kredit götürərkən götürdüyüm kredit ilə kredit borcumu silirsiniz..."










