"Həyat yoldaşım Nigar Köçərli Liv Bona Dea xəstəxanasında əməliyyat olunandan sonra biz oradakı təəssüratlarımızı, gördüklərimizi və yaşadıqlarımızı sosial mediada paylaşdıq. Bu paylaşımlardan sonra isə o məhkəməyə verildi..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış naşir Şahbaz Xuduoğlu qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Əslində biz hara getsək, orayla bağlı fikirlərimizi bölüşməyi sevirik. Bu həm də gördüyümüz işin — maarifçiliyin, kitabçılığın və ictimai düşüncənin bir hissəsidir.
Liv Bona Dea isə buna dözümsüz yanaşdı və məhkəməyə müraciət etdi.
Bu gün saat 11:30-da məhkəmə olacaq. Gedəcəyik, görək necə keçir. Yəqin ki, məhkəmə ilə bağlı təəssüratlarımızı da sizinlə paylaşacağıq.
Bir daha xatırladıram ki, məhkəmə açıq keçirilir. Kimə maraqlıdırsa, buyurub iştirak edə bilər. İstəsəniz, mənəvi dəstəyinizi də göstərə bilərsiniz..."









