Ya imtahan Naxçıvanda da təşkil olunmalı, ya da... .....                     Ankaradakı bəzi “qardaşlara” səmərəli təklif: “Arabalarınıza təyyarə qanadı taxın” .....                     “Bunları yığışdırın, hər şeyi bacarırlar, muğam oxumaqda niyə aciz olsunlar ki?” .....                     Mühasib şirkətin vergi borclarının silinməsi adı ilə dələduzluq etdi, .....                     Köçəryan erməni seçiciləri AZƏRBAYCANLA təhdid edir... .....                     Hamlet Musayevin qızı azadlığa buraxıldı .....                     Seçkidən sonra Paşinyanı qələbə münasibətilə ilk Putin təbrik edəcək .....                     Burda ancaq PUL YIĞMAĞI BİLİRLƏR... .....                     Tanışının “Kontakt Home”dan aldığı telefonu başqasına satdı: .....                     Ailə sürücüsü şirkət rəhbərinin otağından oğurladığı pulları kazino oyunlarında uduzdu .....                     Karapetyanın qardaşı oğluna qarşı ikili vətəndaşlığı gizlətməsinə görə cinayət işi qaldırılıb .....                     Məmurlar işini itirir, yoxsa bazar dəyişir? .....                     "İstəsəniz, mənəvi dəstəyinizi də göstərə bilərsiniz" .....                     İcra hakimiyyətlərinə tender qadağası .....                     Naxçıvanda TAXIL İŞİ: Ceyhun Cəlilov GERİ ÇƏKİLDİ? .....                     Bakı “üçüncü İran müharibəsi” hazırlığında .....                     Günün fotosu: .....                     'Europol' SEPAH-a bağlı 14 min paylaşımı silib .....                     İcra başçısı kölgədə əyləşdi, vətəndaşları günün altında saxladı .....                     "Biz pulu əziyyətlə qazanıb sizi yedizdirməliyik?" .....                     Saleh Məmmədovun kadrları HƏLƏ DƏ İŞ BAŞINDADIR .....                     "Əslində qiymət bundan ucuz olmalıdır..." .....                     Britaniyanın ABŞ-dəkı səfirinin müavini məxfi məlumatların sızmasına görə işdən çıxarılıb .....                     Samuxda təhsil adına OYUNBAZLIQ... .....                     Azərbaycanın Avroviziyada nəticələri niyə zəifləyir? .....                     Nazir müavini Vüqar Kərimova ağır ittihamlar .....                     Məhkəmə Hicran Əyyubovaya qarşı... .....                     "Şagirdin gələcəyini məktəbdəki təhsil deyil, imtahan balı müəyyən edir" .....                     Kürdəmirdə QOÇULUQ edən məmur kimdir .....                     Rodrigez Trampı Venesuelaya qarşı sanksiyaları ləğv etməyə çağırıb .....                     Paşinyan konstitusiyadakı ərazi iddialarını ləğv etməyə hazırlaşır .....                     ABŞ Senatı İranla müharibəyə son qoymaq üçün qətnamə qəbul edib .....                     “ADY yemək seti ilə bilet qiymətlərini süni şəkildə bahalaşdırır” .....                     Oğuzun "yaşıl büdcəsi": Abadlıq adı altında ayaqqabıdan şinə, loma qədər hər şey alınır .....                     Qarabağlı “siyasətçiyə” qarşı sərt addım .....                     Moskvada rekord temperatur qeydə alındı .....                     Arvadının saçını keçəl edən ərə .....                     Rusiya Ermənistana xəbərdarlıq etdi .....                     İki universitet arasında kadr dəyişikliyi: Prorektorlar bir-birini əvəz etdi .....                     Bakıda 1,4 milyonluq dələduzluq edən şəxs yenidən məhkəmə qarşısında .....                 

Tanışının “Kontakt Home”dan aldığı telefonu başqasına satdı: - “Dedi ki, uzun illər türmədə olub, “vor-zakon”dur”
Tarix: Bu gün, 09:52 | Çap et

Binəqədi Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən Sabir Nəbiyevin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

"DİA-AZ" pravda.az-a istinadən xəbər verir ki, hakim Aytəkin İbrahimovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona 1 il 11 ay 22 gün müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.

Qeyd: Sabir Nəbiyevə qarşı irəli sürülmüş ittihama əsasən, o, etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə təkrarən dələduzluq əməli törətməkdə təqsirləndirilir.

Məlumata görə, təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə onunla eyni ünvanda kirayədə yaşayan tanışı, zərərçəkmiş S.S. (adı, soyadı şərtidir) ilə etibarlı münasibətlərdən istifadə edib.

Belə ki, Sabir mobil telefonunun kamerasının işləmədiyini və qısa müddətlik telefona ehtiyacı olduğunu bildirərək, bir neçə saat ərzində geri qaytaracağına dair vəd verib zərərçəkmiş şəxsi aldadıb.

Hadisə 2025-ci ildə tərəflərin paytaxtın Binəqədi rayonu ərazisində birgə yaşadığı ünvanda baş verib.

Təqsirləndirilən şəxs S.S.-ə məxsus, “Kontakt Home” mağazalar şəbəkəsindən nisyə alqı-satqı müqaviləsi əsasında aldığı “İphone 13” markalı mobil telefonu, üzərində olan mobil nömrə ilə birlikdə götürərək ələ keçirib.

Müəyyən edilib ki, həmin telefonun ümumi dəyəri 1811,39 manat təşkil edib. Zərərçəkmiş şəxs hadisə vaxtına qədər cihaz üzrə 908 manat ödəniş etsə də, 903,39 manat məbləğində kredit borcu qalıb. Sabir mobil telefonu aldıqdan sonra onu istintaqa məlum olmayan şəxsə sataraq əldə etdiyi pul vəsaitini şəxsi ehtiyaclarına sərf edib. Nəticədə S.S.-ə 912 manat, mobil telefonun kredit borcu ilə bağlı isə hüquqi şəxsə 903,39 manat məbləğində maddi ziyan vurulduğu göstərilib.

İttihamda qeyd olunub ki, Sabir bununla kifayətlənməyərək təkrarən oxşar üsulla daha bir dələduzluq əməli törədib.

Belə ki, o, “TikTok” sosial şəbəkəsində fəaliyyət göstərən dekorla bağlı səhifənin sahibi ilə əlaqə yaradıb. İstintaq materiallarına görə, təqsirləndirilən şəxs həmin şəxsin tanışı olan digər istifadəçinin profil şəklini götürərək “Whatsapp” tətbiqində öz profilində istifadə edib və özünü zərərçəkmiş T.T.-nin (adı, soyadı şərtidir) tanışı kimi təqdim edib. Daha sonra Sabir guya yol-nəqliyyat hadisəsi törətdiyini və yaranmış vəziyyətlə əlaqədar təcili pula ehtiyacı olduğunu bildirərək zərərçəkmişi aldadıb.

Məlumata əsasən, hadisə vaxtı T.T. Bakı şəhəri, Binəqədi rayonu, Novxanı–Sumqayıt yolunda yerləşən “My Beach” istirahət məkanında olub. Təqsirləndirilən şəxs onun etibarını qazanaraq zərərçəkmişə məxsus “M10” elektron pulqabısından öz istifadəsində olan hesaba iki ayrı əməliyyatla pul köçürülməsinə nail olub. Ümumilikdə 800 manat məbləğində pul vəsaitini ələ keçirən Sabirin bu əməllə zərərçəkmişə maddi ziyan vurduğu bildirilib.

Məhkəmə baxışı zamanı o, Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq) maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilib.

İş üzrə məhkəmədə dindirilən şahid Aminə İsayeva (adı, soyadı şərtidir) təqsirləndirilən şəxslə bağlı əlavə hallar barədə ifadə verib.

Şahid bildirib ki, əvvəllər bir iş yoldaşı onun adına bankdan kredit götürsə də, sonradan kredit ödənişlərini etməyib və əlaqəni kəsib. Bank əməkdaşlarının ona və yaxınlarına zəng etməsindən sonra həmin şəxsi sosial şəbəkələr vasitəsilə axtarmağa başlayıb.

Qadının sözlərinə görə, bu zaman taksi sürücüsü kimi çalışan Tahir (şərti) adlı şəxslə tanış olub. Həmin şəxs ona başqa bir nəfərin borclunun pulu ödəməsinə təsir göstərə biləcəyini deyib.

Şahidin ifadəsinə əsasən, sonradan Sabir özünü “Ağdamlı Əliyev Nurlan” kimi təqdim edib, guya 9 ildir ki, türmədə olub, “vor-zakon”dur və kriminal aləmlə əlaqələrinin olduğunu bildirib. Məqsəd iş yoldaşını qorxudaraq kredit borcunu ödətmək olub.

Aminə İsayeva qeyd edib ki, bundan sonra həmin şəxsə etibarı artıb və aralarında əlaqələr davam edib. Təqsirləndirilən şəxs ona Mərdəkanda villası olduğunu, valideynlərinin Rusiyada yaşadığını, imkanlı şəxs olduğunu bildirərək kart nömrəsini istəyib və ailəsi gələndən sonra pul göndərəcəyini vəd edib. Şahid onun sözlərinə inanaraq bank kartının məlumatlarını təqdim etdiyini, lakin karta daxil olan vəsaitlərin qısa müddət sonra təqsirləndirilən şəxsin göstərişi ilə “M10” hesabına köçürüldüyünü deyib.

Bundan əlavə, şahid qeyd edib ki, Sabir ona məxsus təxminən 220 manat dəyərində qulaqcığı və 150 manat pulu da götürüb. O, qulaqcığı sataraq pulunu qaytaracağını desə də, sonradan nə əşyanı geri verib, nə də vəsaiti ödəyib.

Aminə İsayeva bu faktlarla bağlı ayrıca qaydada Binəqədi Rayon Prokurorluğuna müraciət etdiyini, hətta kirayə yaşadığı evin ödənişində çətinliklərlə üzləşdiyini bildirib.

Beləliklə, məhkəmə araşdırmaları zamanı təqsirləndirilən şəxsin müxtəlif şəxslərin etibarından istifadə etməklə, özünü fərqli şəxslər kimi təqdim etməsi, sosial şəbəkələr və elektron ödəniş vasitələrindən yararlanmaqla əmlak və pul vəsaitlərini ələ keçirməsi ilə bağlı hallar araşdırılıb.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ya imtahan Naxçıvanda da təşkil olunmalı, ya da... - ETİRAZ VAR...
Bu gün, 10:53
Ankaradakı bəzi “qardaşlara” səmərəli təklif: “Arabalarınıza təyyarə qanadı taxın” - BELƏ HARA GEDİRİK?
Bu gün, 10:49
“Bunları yığışdırın, hər şeyi bacarırlar, muğam oxumaqda niyə aciz olsunlar ki?” - xanəndədən ETİRAZ
Bu gün, 10:35
Mühasib şirkətin vergi borclarının silinməsi adı ilə dələduzluq etdi, pulları “Topaz”da uduzdu
Bu gün, 10:34
Köçəryan erməni seçiciləri AZƏRBAYCANLA təhdid edir... - "Zəngəzurda məscid tikəcəklər..."
Bu gün, 10:25
Hamlet Musayevin qızı azadlığa buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 10:19
Seçkidən sonra Paşinyanı qələbə münasibətilə ilk Putin təbrik edəcək - Sərkisyan
Bu gün, 10:11
Burda ancaq PUL YIĞMAĞI BİLİRLƏR... - Qanunsuzluq, özbaşınalıq və əmək istismarı
Bu gün, 10:09
Tanışının “Kontakt Home”dan aldığı telefonu başqasına satdı: - “Dedi ki, uzun illər türmədə olub, “vor-zakon”dur”
Bu gün, 09:52
Ailə sürücüsü şirkət rəhbərinin otağından oğurladığı pulları kazino oyunlarında uduzdu – HÖKM
Bu gün, 09:46
Karapetyanın qardaşı oğluna qarşı ikili vətəndaşlığı gizlətməsinə görə cinayət işi qaldırılıb - Ermənistan mediası
Bu gün, 09:42
Məmurlar işini itirir, yoxsa bazar dəyişir? - Görünəni odur ki...
Bu gün, 09:37
"İstəsəniz, mənəvi dəstəyinizi də göstərə bilərsiniz" - ÇAĞIRIŞ
Bu gün, 09:35
İcra hakimiyyətlərinə tender qadağası - NƏ BAŞ VERİR?
Bu gün, 09:32
Naxçıvanda TAXIL İŞİ: Ceyhun Cəlilov GERİ ÇƏKİLDİ? - İşçilər deyir ki...
Bu gün, 09:30
Bakı “üçüncü İran müharibəsi” hazırlığında - AKTUAL
Bu gün, 09:21
Günün fotosu: - AY BƏRƏKALLAH...
Bu gün, 08:15
'Europol' SEPAH-a bağlı 14 min paylaşımı silib - KİV
Bu gün, 07:58
İcra başçısı kölgədə əyləşdi, vətəndaşları günün altında saxladı - AY MAŞALLAH...
Bu gün, 07:52
"Biz pulu əziyyətlə qazanıb sizi yedizdirməliyik?" - NARAZILIQ VAR...
Bu gün, 07:34
Saleh Məmmədovun kadrları HƏLƏ DƏ İŞ BAŞINDADIR - yarımçıq qalan yol və körpülər...
Bu gün, 07:09
"Əslində qiymət bundan ucuz olmalıdır..." - HESABLAYAQ...
Bu gün, 07:02
Britaniyanın ABŞ-dəkı səfirinin müavini məxfi məlumatların sızmasına görə işdən çıxarılıb - "Times"
Bu gün, 06:40
Samuxda təhsil adına OYUNBAZLIQ... - BU NƏDİ BELƏ?
Bu gün, 06:36
Azərbaycanın Avroviziyada nəticələri niyə zəifləyir? - ARAŞDIRMA
Bu gün, 06:25
Nazir müavini Vüqar Kərimova ağır ittihamlar – “Meşə mafiyası”nın başında kim dayanır?
Bu gün, 06:24
Məhkəmə Hicran Əyyubovaya qarşı... QƏRAR VERDİ
Bu gün, 06:16
"Şagirdin gələcəyini məktəbdəki təhsil deyil, imtahan balı müəyyən edir" - Əməkdar müəllimdən ETİRAZ
Bu gün, 06:12
Kürdəmirdə QOÇULUQ edən məmur kimdir - NARAZILIQ VAR...
Bu gün, 06:10
Rodrigez Trampı Venesuelaya qarşı sanksiyaları ləğv etməyə çağırıb
Bu gün, 06:00
Paşinyan konstitusiyadakı ərazi iddialarını ləğv etməyə hazırlaşır - GƏLİŞMƏ
Bu gün, 05:59
ABŞ Senatı İranla müharibəyə son qoymaq üçün qətnamə qəbul edib - C-SPAN kanalı
Bu gün, 05:57
“ADY yemək seti ilə bilet qiymətlərini süni şəkildə bahalaşdırır” - ETİRAZ VAR!
Bu gün, 01:41
Oğuzun "yaşıl büdcəsi": Abadlıq adı altında ayaqqabıdan şinə, loma qədər hər şey alınır - BU NƏDİ BELƏ?
Bu gün, 01:38
Qarabağlı “siyasətçiyə” qarşı sərt addım – iş ağır maddəyə keçirildi
Bu gün, 01:34
Moskvada rekord temperatur qeydə alındı
Dünən, 18:02
Arvadının saçını keçəl edən ərə - Hökm oxundu
Dünən, 17:48
Rusiya Ermənistana xəbərdarlıq etdi
Dünən, 17:44
İki universitet arasında kadr dəyişikliyi: Prorektorlar bir-birini əvəz etdi - BUNDAN SONRA...
Dünən, 17:16
Bakıda 1,4 milyonluq dələduzluq edən şəxs yenidən məhkəmə qarşısında
Dünən, 17:09
Ermənistan baş nazirliyinə namizəd FSB agenti çıxdı - FOTO
Dünən, 16:59
Moskvanın seçim tələbinə İrəvandan cavab: - Günbəgün Avropa İttifaqına yaxınlaşırıq
Dünən, 16:53
Fərəc Quliyev Prezident Administrasiyasında qəbul edilib - AÇIQLAMA
Dünən, 16:49
Azərbaycanda daha bir aqropark yaradılıb
Dünən, 16:47
Qurultayda qarşıdurma gözlənilir - İttifaq katibindən XƏBƏRDARLIQ
Dünən, 16:43
Naxçıvan televiziyasında NƏ İŞLƏR ÇEVRİLİR? - İLGİNC...
Dünən, 16:35
Qurban bayramı ərəfəsi ətin qiyməti qalxacaq
Dünən, 16:27
Bu ölkələrə ABŞ-nin 177 min hərbçisi yerləşdirilib - SİYAHI
Dünən, 16:22
`Orbita` MTK vətəndaşlarla arasına `BLOK` qoyub - NƏ BAŞ VERİR?
Dünən, 16:11
Tap.az-da saxta torpaq elanları ilə dələduzluq - TƏFƏRRÜAT
Dünən, 16:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru