Mühasib şirkətin vergi borclarının silinməsi adı ilə dələduzluq etdi, .....                     Köçəryan erməni seçiciləri AZƏRBAYCANLA təhdid edir... .....                     Hamlet Musayevin qızı azadlığa buraxıldı .....                     Seçkidən sonra Paşinyanı qələbə münasibətilə ilk Putin təbrik edəcək .....                     Burda ancaq PUL YIĞMAĞI BİLİRLƏR... .....                     Tanışının “Kontakt Home”dan aldığı telefonu başqasına satdı: .....                     Ailə sürücüsü şirkət rəhbərinin otağından oğurladığı pulları kazino oyunlarında uduzdu .....                     Karapetyanın qardaşı oğluna qarşı ikili vətəndaşlığı gizlətməsinə görə cinayət işi qaldırılıb .....                     Məmurlar işini itirir, yoxsa bazar dəyişir? .....                     "İstəsəniz, mənəvi dəstəyinizi də göstərə bilərsiniz" .....                     İcra hakimiyyətlərinə tender qadağası .....                     Naxçıvanda TAXIL İŞİ: Ceyhun Cəlilov GERİ ÇƏKİLDİ? .....                     Bakı “üçüncü İran müharibəsi” hazırlığında .....                     Günün fotosu: .....                     'Europol' SEPAH-a bağlı 14 min paylaşımı silib .....                     İcra başçısı kölgədə əyləşdi, vətəndaşları günün altında saxladı .....                     "Biz pulu əziyyətlə qazanıb sizi yedizdirməliyik?" .....                     Saleh Məmmədovun kadrları HƏLƏ DƏ İŞ BAŞINDADIR .....                     "Əslində qiymət bundan ucuz olmalıdır..." .....                     Britaniyanın ABŞ-dəkı səfirinin müavini məxfi məlumatların sızmasına görə işdən çıxarılıb .....                     Samuxda təhsil adına OYUNBAZLIQ... .....                     Azərbaycanın Avroviziyada nəticələri niyə zəifləyir? .....                     Nazir müavini Vüqar Kərimova ağır ittihamlar .....                     Məhkəmə Hicran Əyyubovaya qarşı... .....                     "Şagirdin gələcəyini məktəbdəki təhsil deyil, imtahan balı müəyyən edir" .....                     Kürdəmirdə QOÇULUQ edən məmur kimdir .....                     Rodrigez Trampı Venesuelaya qarşı sanksiyaları ləğv etməyə çağırıb .....                     Paşinyan konstitusiyadakı ərazi iddialarını ləğv etməyə hazırlaşır .....                     ABŞ Senatı İranla müharibəyə son qoymaq üçün qətnamə qəbul edib .....                     “ADY yemək seti ilə bilet qiymətlərini süni şəkildə bahalaşdırır” .....                     Oğuzun "yaşıl büdcəsi": Abadlıq adı altında ayaqqabıdan şinə, loma qədər hər şey alınır .....                     Qarabağlı “siyasətçiyə” qarşı sərt addım .....                     Moskvada rekord temperatur qeydə alındı .....                     Arvadının saçını keçəl edən ərə .....                     Rusiya Ermənistana xəbərdarlıq etdi .....                     İki universitet arasında kadr dəyişikliyi: Prorektorlar bir-birini əvəz etdi .....                     Bakıda 1,4 milyonluq dələduzluq edən şəxs yenidən məhkəmə qarşısında .....                     Ermənistan baş nazirliyinə namizəd FSB agenti çıxdı .....                     Moskvanın seçim tələbinə İrəvandan cavab: .....                     Fərəc Quliyev Prezident Administrasiyasında qəbul edilib .....                 

Bakı “üçüncü İran müharibəsi” hazırlığında - AKTUAL
Tarix: Bu gün, 09:21 | Çap et

ABŞ ilə İran arasında hərbi ritorikanın sərtləşməsi yeni savaşərəfəsi anons sayıla bilər; Tramp da son xəbərdarlığını etdi - Azərbaycan hansı strateji hazırlıq modelini seçməlidir?

ABŞ ilə İran arasında gərginliyin artması və hərbi ritorikanın sərtləşməsi 12 və 40 günlük müharibələrdən sonra yeni savaş hazırlığını anonsu sayıla bilər. Bu da təbii olaraq Cənubi Qafqaz regionu üçün yeni risklər yaradır. Ötən hərbi əməliyyatlar zamanı Naxçıvanın da hədəf seçilməsi onu deməyə əsas verir ki, mümkün eskalasiya regiona təsirsiz ötüşməyəcək. Belə bir şəraitdə əsas suallardan biri budur: Bakı hansı strateji hazırlıq modelini seçməlidir?

Mövcud reallıq göstərir ki, Azərbaycan üçün ən optimal yol yenə də balanslaşdırılmış və çoxşaxəli siyasətin davam etdirilməsidir. Bir tərəfdən ABŞ və Qərb ilə əməkdaşlıq, digər tərəfdən isə İranla qonşuluq münasibətlərinin saxlanılması incə diplomatik manevrlər tələb edir. Açıq şəkildə tərəf tutmaq əvəzinə, diplomatik kanalların açıq saxlanılması və gərginliyin azaldılmasına yönəlmiş təşəbbüslər daha məqsədəuyğun görünür.

Digər vacib istiqamət təhlükəsizlik və müdafiə sahəsidir. Regionda qeyri-müəyyənliyin artması fonunda Azərbaycan öz sərhədlərinin təhlükəsizliyini gücləndirməli, xüsusilə cənub istiqamətində nəzarəti artırmalıdır. Bununla yanaşı, hava hücumundan müdafiə sistemlərinin inkişafı və strateji obyektlərin qorunması prioritet məsələlər sırasında qalır. Bu addımlar hücum məqsədi daşımır, əksinə, mümkün risklərə qarşı preventiv tədbirlər kimi qiymətləndirilməlidir.

Enerji və iqtisadi təhlükəsizlik də diqqətdən kənarda qalmamalıdır. Azərbaycan beynəlxalq enerji bazarlarında mühüm oyunçudur və hər hansı regional münaqişə enerji marşrutlarına təsir göstərə bilər. Bu baxımdan, infrastrukturun təhlükəsizliyinin artırılması, alternativ ixrac yollarının inkişafı və bazar dəyişikliklərinə çevik reaksiya verilməsi strateji əhəmiyyət daşıyır.

Müasir dövrdə informasiya müharibəsinin rolu da danılmazdır. Dezinformasiyaların yayılması daxili sabitliyə təsir göstərə bilər. Buna görə də cəmiyyətin düzgün məlumatlandırılması, informasiya təhlükəsizliyinin gücləndirilməsi və ictimai sabitliyin qorunması dövlət siyasətinin əsas istiqamətlərindən biri olmalıdır. Regional əməkdaşlıq faktorunu da xüsusi vurğulamaq lazımdır. Rusiya, Türkiyə və Gürcüstan kimi tərəfdaşlarla koordinasiya Azərbaycanın strateji mövqeyini gücləndirir və mümkün risklərə qarşı əlavə təminat yaradır. Bütün bu amilləri nəzərə alaraq demək olar ki, Bakının hazırkı mərhələdə əsas strategiyası “soyuqqanlılıq, balans və hazırlıq” prinsiplərinə əsaslanmalıdır.

Son bəyanatlar da narahatlığa əsas yaradır ki, İranla müharibə yenidən başlaya bilər. Hərçənd rəsmi Tehran 14 maddəlik təkliflər paketini Pakistan vasitəsi ilə Vaşinqtona təqdim etdiyini açıqlayıb. Ancaq İran XİN sözçüsü İsmayıl Bəqayi son brifinqdə ölkəsinin bütün variantlara hazır olduğunu açıqlayıb və ordunun cavab zərbələri endirəcəyini anons edib.

Ən nəhayət, mayın 18-də ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb ki, Qətər əmiri Təmim bin Həməd əs-Sani, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman əs-Səud və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Məhəmməd bin Zayed ən-Nəhyan ondan İran İslam Respublikasına qarşı sabah (mayın 19-da) planlaşdırılan hərbi hücumu təxirə salmağı xahiş ediblər. O bildirib ki, hazırda ciddi danışıqlar aparılır və region liderlərinin fikrincə, saziş bağlanması məqbul variant olar: “Yuxarıda adıçəkilən liderlərə hörmətimə əsaslanaraq, hərbi nazir Pit Heqsetə, Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Daniel Keynə və Amerika Birləşmiş Ştatları Silahlı Qüvvələrinə sabah İrana planlaşdırılan hücumu təxirə salmağı, lakin məqbul bir razılaşma əldə edilmədiyi təqdirdə dərhal İrana tammiqyaslı, genişmiqyaslı hücum etməyə hazır olmalarını tapşırdım”.

Göründüyü kimi, vəziyyət kifayət qədər ciddidir və hər an proseslər savaşa çevrilə bilər.

Bu böhranı genişspektrli problem adlandıran professor Qabil Hüseynliyə görə, Azərbaycan və region üçün həssas proseslər cərəyan edir. Mütəxəssis hesab edir ki, ilk növbədə təhlükəsizliyin təmin olunması prioritetdir: “40 günlük müharibə 12 günlükdən o mənada fərqləndi ki, həm körfəz ölkələri, həm Türkiyə, həm Azərbaycan hərbi əməliyyatlardan təsirləndi. Yəni müharibə İranın cənubunda getdiyi üçün ərəb dövlətlərinə hücumların məntiqi var idi, amma Türkiyəyə 4 dəfə ballistik raket, Naxçıvan aeroportuna isə 4 PUA zərbəsi göstərdi ki, İran aqressordur, heç bir əndazə tanımır. Bu nöqteyi-nəzərdən, zənnimcə, Azərbaycan üçün ən vacib mövzu təhlükəsizlikdir, hava hücumundan müdafiə sistemlərini hər zaman ayıq-sayıq tutmaqdır”.

Q.Hüseynlinin sözlərinə görə, Naxçıvana zərbələrə dövlət başçısı haqlı olaraq sərt reaksiya verdi, lakin sonrakı dövrdə rəsmi Bakı təmkinli mövqe tutdu: “Bu hücuma rəğmən, Azərbaycan İranla münasibətlərdə qonşuluq prinsiplərini üstün tutdu, humanitar yardım göndərdi, prezidentlər və nazirlər səviyyəsində təmaslar davam etdirildi. Belə desək, hökumətlə münasibətlər başqa, SEPAH başqa. O baxımdan, Azərbaycan emosional yox, praqmatik siyasət yürütdü. Bizim ABŞ və İsraillə tərəfdaşlıq münasibətləri tərəfsiz mövqe tutmağa əngəl olmadı. Bakı Tehrana göstərdi ki, biz poliqon və ya platsdarm deyilik. Məncə, İran bəzi nəticələr çıxardı. Əgər hərbi əməliyyatlar bərpa olunarsa, Bakının hansı mövqe tutacağı indidən bəllidir”.

Analitik bu münaqişə və hərbi eskalasiyanın region üçün iqtisadi risklər doğurduğunu da müşahidə edir: “Xüsusən Hörmüz boğazında yaranmış böhran enerji bazarında qiymətləri artırır. Eyni zamanda logistikalara təhdidlər yaradır. Misal üçün "Tramp yolu"nun işə düşməsinin yubanmasına səbəb ola bilər. Çünki münaqişələr uzananda layihələrin icrasında problemlərə gətirib çıxarır. Deməzdim ki, TRİPP reallaşmayacaq, amma ABŞ-nin İranla münaqişəsi tezliklə həllini tapmasa, dəhlizin açılmasında gecikmə istisna deyil. Ona görə də İranla bağlı məsələnin Azərbaycan üçün hərbi-siyasi və iqtisadi təsirləri var".

Professor hesab etmir ki, yaxın vaxtlarda atəşkəs pozulacaq və üçüncü müharibə başlanacaq, amma risklərin qaldığını düşünür: “Bu da bizi daimi narahat edir. Nəzərə alaq ki, İran münaqişəsi Ukrayna müharibəsinə oxşamır. Rusiya qonşumuz olsa da, hərbi əməliyyatlar sərhədlərimizdən çox uzaqda gedir. İrana hücumlar isə Təbrizə qədər əhatə edib. Və dediyim kimi, İran da sağa-sola zərbələr endirərkən muxtar respublikanı da hədəf almışdı. Bunun İranla sərhəd digər bölgəmizdə təkrar olunmayacağına zəmanət yoxdur. Çünki İranda müxtəlif güc mərkəzləri var, bu gün də ölkəmizi ittiham edən, hədələyən SEPAH bağlantılı resurslar rastımıza çıxır. Bu mənada, üçüncü müharibədə növbəti təxribatlardan sığortalanmamışıq. Azərbaycan münaqişənin diplomatik həllində maraqlıdır və İrana hücumlardan da narahatlığını ifadə edib. Bu münaqişənin ölkəmiz üçün heç bir müsbət dividenti ola bilməz”.

“Yeni Müsavat”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Mühasib şirkətin vergi borclarının silinməsi adı ilə dələduzluq etdi, pulları “Topaz”da uduzdu
Bu gün, 10:34
Köçəryan erməni seçiciləri AZƏRBAYCANLA təhdid edir... - "Zəngəzurda məscid tikəcəklər..."
Bu gün, 10:25
Hamlet Musayevin qızı azadlığa buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 10:19
Seçkidən sonra Paşinyanı qələbə münasibətilə ilk Putin təbrik edəcək - Sərkisyan
Bu gün, 10:11
Burda ancaq PUL YIĞMAĞI BİLİRLƏR... - Qanunsuzluq, özbaşınalıq və əmək istismarı
Bu gün, 10:09
Tanışının “Kontakt Home”dan aldığı telefonu başqasına satdı: - “Dedi ki, uzun illər türmədə olub, “vor-zakon”dur”
Bu gün, 09:52
Ailə sürücüsü şirkət rəhbərinin otağından oğurladığı pulları kazino oyunlarında uduzdu – HÖKM
Bu gün, 09:46
Karapetyanın qardaşı oğluna qarşı ikili vətəndaşlığı gizlətməsinə görə cinayət işi qaldırılıb - Ermənistan mediası
Bu gün, 09:42
Məmurlar işini itirir, yoxsa bazar dəyişir? - Görünəni odur ki...
Bu gün, 09:37
"İstəsəniz, mənəvi dəstəyinizi də göstərə bilərsiniz" - ÇAĞIRIŞ
Bu gün, 09:35
İcra hakimiyyətlərinə tender qadağası - NƏ BAŞ VERİR?
Bu gün, 09:32
Naxçıvanda TAXIL İŞİ: Ceyhun Cəlilov GERİ ÇƏKİLDİ? - İşçilər deyir ki...
Bu gün, 09:30
Bakı “üçüncü İran müharibəsi” hazırlığında - AKTUAL
Bu gün, 09:21
Günün fotosu: - AY BƏRƏKALLAH...
Bu gün, 08:15
'Europol' SEPAH-a bağlı 14 min paylaşımı silib - KİV
Bu gün, 07:58
İcra başçısı kölgədə əyləşdi, vətəndaşları günün altında saxladı - AY MAŞALLAH...
Bu gün, 07:52
"Biz pulu əziyyətlə qazanıb sizi yedizdirməliyik?" - NARAZILIQ VAR...
Bu gün, 07:34
Saleh Məmmədovun kadrları HƏLƏ DƏ İŞ BAŞINDADIR - yarımçıq qalan yol və körpülər...
Bu gün, 07:09
"Əslində qiymət bundan ucuz olmalıdır..." - HESABLAYAQ...
Bu gün, 07:02
Britaniyanın ABŞ-dəkı səfirinin müavini məxfi məlumatların sızmasına görə işdən çıxarılıb - "Times"
Bu gün, 06:40
Samuxda təhsil adına OYUNBAZLIQ... - BU NƏDİ BELƏ?
Bu gün, 06:36
Azərbaycanın Avroviziyada nəticələri niyə zəifləyir? - ARAŞDIRMA
Bu gün, 06:25
Nazir müavini Vüqar Kərimova ağır ittihamlar – “Meşə mafiyası”nın başında kim dayanır?
Bu gün, 06:24
Məhkəmə Hicran Əyyubovaya qarşı... QƏRAR VERDİ
Bu gün, 06:16
"Şagirdin gələcəyini məktəbdəki təhsil deyil, imtahan balı müəyyən edir" - Əməkdar müəllimdən ETİRAZ
Bu gün, 06:12
Kürdəmirdə QOÇULUQ edən məmur kimdir - NARAZILIQ VAR...
Bu gün, 06:10
Rodrigez Trampı Venesuelaya qarşı sanksiyaları ləğv etməyə çağırıb
Bu gün, 06:00
Paşinyan konstitusiyadakı ərazi iddialarını ləğv etməyə hazırlaşır - GƏLİŞMƏ
Bu gün, 05:59
ABŞ Senatı İranla müharibəyə son qoymaq üçün qətnamə qəbul edib - C-SPAN kanalı
Bu gün, 05:57
“ADY yemək seti ilə bilet qiymətlərini süni şəkildə bahalaşdırır” - ETİRAZ VAR!
Bu gün, 01:41
Oğuzun "yaşıl büdcəsi": Abadlıq adı altında ayaqqabıdan şinə, loma qədər hər şey alınır - BU NƏDİ BELƏ?
Bu gün, 01:38
Qarabağlı “siyasətçiyə” qarşı sərt addım – iş ağır maddəyə keçirildi
Bu gün, 01:34
Moskvada rekord temperatur qeydə alındı
Dünən, 18:02
Arvadının saçını keçəl edən ərə - Hökm oxundu
Dünən, 17:48
Rusiya Ermənistana xəbərdarlıq etdi
Dünən, 17:44
İki universitet arasında kadr dəyişikliyi: Prorektorlar bir-birini əvəz etdi - BUNDAN SONRA...
Dünən, 17:16
Bakıda 1,4 milyonluq dələduzluq edən şəxs yenidən məhkəmə qarşısında
Dünən, 17:09
Ermənistan baş nazirliyinə namizəd FSB agenti çıxdı - FOTO
Dünən, 16:59
Moskvanın seçim tələbinə İrəvandan cavab: - Günbəgün Avropa İttifaqına yaxınlaşırıq
Dünən, 16:53
Fərəc Quliyev Prezident Administrasiyasında qəbul edilib - AÇIQLAMA
Dünən, 16:49
Azərbaycanda daha bir aqropark yaradılıb
Dünən, 16:47
Qurultayda qarşıdurma gözlənilir - İttifaq katibindən XƏBƏRDARLIQ
Dünən, 16:43
Naxçıvan televiziyasında NƏ İŞLƏR ÇEVRİLİR? - İLGİNC...
Dünən, 16:35
Qurban bayramı ərəfəsi ətin qiyməti qalxacaq
Dünən, 16:27
Bu ölkələrə ABŞ-nin 177 min hərbçisi yerləşdirilib - SİYAHI
Dünən, 16:22
`Orbita` MTK vətəndaşlarla arasına `BLOK` qoyub - NƏ BAŞ VERİR?
Dünən, 16:11
Tap.az-da saxta torpaq elanları ilə dələduzluq - TƏFƏRRÜAT
Dünən, 16:05
Yaxın perspektivdə Bakıda kanat yolu və tramvay xətlərinin yaradılması planlaşdırılır - Eldar Əzizov
Dünən, 15:59
Metronun "Həzi Aslanov" stansiyasındakı təmir BU TARİXDƏ bitəcək
Dünən, 15:47
Dünyanın ən gözəl şəhərləri açıqlandı - Cənubi Qafqazdan hansı var?
Dünən, 15:43
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru