Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) yeni prorektor təyinatı olub.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Bağırov Rauf Nəriman oğlu ADAU-nun Ümumi işlər üzrə prorektoru təyin olunub.
Rauf Bağırov bundan əvvəl Azərbaycan Texnologiya Universitetinin (ATU) Ümumi işlər üzrə prorektoru olub.
ADAU-nun Ümumi işlər üzrə prorektoru Ramin Əliyev isə ötən ay ATU-nun Ümumi işlər üzrə prorektoru vəzifəsinə təyin edilib.










