Köçəryan seçki sandığını terrorla əvəzləyir: .....                     “Bakcell”in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır .....                     Ermənistanda Rusiya pasportu skandalı: .....                     Türk dövlətləri vahid valyutaya nə vaxt keçə bilər? .....                     Putin və Si Cinpin strateji tərəfdaşlığın inkişafına dair birgə sənədlər imzalayıblar .....                     Kremlin geosiyasi dalanı: Ermənistana qarşı sərt ritorika və isterika .....                     Özəl sektorda iş yerlərinin sayı 19,9 min artıb, muzdlu işçilərin sayı 28,8 min azalıb .....                     SSRİ bayrağı, “Georgi lenti” və milyonluq ittihamlar .....                     Ya imtahan Naxçıvanda da təşkil olunmalı, ya da... .....                     Ankaradakı bəzi “qardaşlara” səmərəli təklif: “Arabalarınıza təyyarə qanadı taxın” .....                     “Bunları yığışdırın, hər şeyi bacarırlar, muğam oxumaqda niyə aciz olsunlar ki?” .....                     Mühasib şirkətin vergi borclarının silinməsi adı ilə dələduzluq etdi, .....                     Köçəryan erməni seçiciləri AZƏRBAYCANLA təhdid edir... .....                     Hamlet Musayevin qızı azadlığa buraxıldı .....                     Seçkidən sonra Paşinyanı qələbə münasibətilə ilk Putin təbrik edəcək .....                     Burda ancaq PUL YIĞMAĞI BİLİRLƏR... .....                     Tanışının “Kontakt Home”dan aldığı telefonu başqasına satdı: .....                     Ailə sürücüsü şirkət rəhbərinin otağından oğurladığı pulları kazino oyunlarında uduzdu .....                     Karapetyanın qardaşı oğluna qarşı ikili vətəndaşlığı gizlətməsinə görə cinayət işi qaldırılıb .....                     Məmurlar işini itirir, yoxsa bazar dəyişir? .....                     "İstəsəniz, mənəvi dəstəyinizi də göstərə bilərsiniz" .....                     İcra hakimiyyətlərinə tender qadağası .....                     Naxçıvanda TAXIL İŞİ: Ceyhun Cəlilov GERİ ÇƏKİLDİ? .....                     Bakı “üçüncü İran müharibəsi” hazırlığında .....                     Günün fotosu: .....                     'Europol' SEPAH-a bağlı 14 min paylaşımı silib .....                     İcra başçısı kölgədə əyləşdi, vətəndaşları günün altında saxladı .....                     "Biz pulu əziyyətlə qazanıb sizi yedizdirməliyik?" .....                     Saleh Məmmədovun kadrları HƏLƏ DƏ İŞ BAŞINDADIR .....                     "Əslində qiymət bundan ucuz olmalıdır..." .....                     Britaniyanın ABŞ-dəkı səfirinin müavini məxfi məlumatların sızmasına görə işdən çıxarılıb .....                     Samuxda təhsil adına OYUNBAZLIQ... .....                     Azərbaycanın Avroviziyada nəticələri niyə zəifləyir? .....                     Nazir müavini Vüqar Kərimova ağır ittihamlar .....                     Məhkəmə Hicran Əyyubovaya qarşı... .....                     "Şagirdin gələcəyini məktəbdəki təhsil deyil, imtahan balı müəyyən edir" .....                     Kürdəmirdə QOÇULUQ edən məmur kimdir .....                     Rodrigez Trampı Venesuelaya qarşı sanksiyaları ləğv etməyə çağırıb .....                     Paşinyan konstitusiyadakı ərazi iddialarını ləğv etməyə hazırlaşır .....                     ABŞ Senatı İranla müharibəyə son qoymaq üçün qətnamə qəbul edib .....                 

Kəmərləri sıxma vaxtıdır... - Bu qış aclıq gözlənilir... - Azərbaycanda
Tarix: 25-11-2014, 08:44 | Çap et
Kəmərləri sıxma vaxtıdır... - Bu qış aclıq gözlənilir...
Azərbaycanda sərt qışın nəfəsi duyulmaqdadır. Hökumətin və digər dövlət strukturlarının xüsusilə ölkə əhalisinin təxminən yarısının məskunlaşdığı paytaxt Bakıda qış mövsümünə hazır olmadığı barədə şikayətlər nəzərəçarpacaq həddə çoxalmaqdadır. Paytaxtın bir sıra rayonlarında qaz, işıq və su problemi var, ilk qarın yağması ilə bu problemlərin daha da artacağı gözləniləndir. Amma Azərbaycanın bu qış üzləşə biləcəyi daha ciddi problemlər də var.

Neftin qiymətinin müəyyən edilmiş 100 dollarlıq həddən aşağı düşməsi Azərbaycan iqtisadiyyatına ciddi təsir etməyə başlayıb. Dövlət Neft Şirkətindən "AzərTAc"a verilən məlumata görə, noyabrın 24-də “Azərilayt” markalı neftin bir bareli London birjasında 81,79 dollar təşkil edib. Müqayisə üçün deyək ki, bu ilin sentyabrında “Azərilayt” markalı neftin bir bareli 97,98 dollara satılırdı.

Hökumət əhalini neftin qiymətinin aşağı düşməsindən narahat olmamağa çağırır. Amma o da aydındır ki, neftin qiymətinin aşağı düşməsi Azərbaycanın həm xarici ticarət dövriyyəsinə, həm də illik daxilolmalara təsirsiz ötüşməyəcək. Neftin qiymətindəki ucuzlaşmanın siyasi səbəbləri sırasında Qərb-Rusiya münaqişəsi dayanır və “bu xəmir hələ çox su aparacaq”. Bu isə bu o deməkdir ki, Azərbaycan hökuməti ötən həftə keçirilən büdcə müzakirələrində toxtaq görünməyə çalışsa da, büdcə xərcləmələrində ciddi qənaətlər etməyə məcbur olacaq, investisiya layihələrinə və əhalinin sosial müdafiəsinə yönəldiləsi xərclər azaldılacaq.
***
Ukrayna torpaqlarını işğal edən Rusiyaya Qərbin tətbiq etdiyi sanksiyalar ölkə iqtisadiyyatına ciddi mənfi təsirini göstərməkdədir, nəticədə rus rublu da dəyərdən düşüb. Bütün bunlar Rusiyada məskunlaşmış azərbaycanlı miqrantlara problemlər yaradır. Artıq Rusiyada baş qaldırmaqda olan böhranla əlaqədar azərbaycanlıların da kütləvi şəkildə bu ölkədən Azərbaycana qayıdacağı barədə məlumatlar yayılır. Belə kütləvi dönüş olarsa, Azərbaycanda daha ciddi problemlər yaranacaq.

Problemləri qısa olaraq belə ümumiləşdirmək olar.

1) Rusiyadan qayıdanlar məyus və bir az da qəzəblidirlər;

2) Ölkədə onsuz da işsizlik ciddi problem olaraq qalır və Azərbaycan iqtisadiyyatının yeni işçi ordusunu həzm etmək gücü yoxdur;

3) Regionlarda sosial problemlərin artması ciddi fasadlar yarada və etirazlar doğura bilər.

Artıq məlumatlar var ki, Rusiyada geniş əhali kontingenti olan şimal (Quba, Qusar və Xaçmaz) və qərb rayonlarından (Tovuz, Şəmkir və Qazax), eləcə də cənub rayonlarından olan (Masallı, Lənkəran və Astara) Azərbaycan vətəndaşları geri qayıtmağa başlayıb. Üstəlik, Rusiyadan gələn pul axınını da son bir ayda kəskin şəkildə azalıb. Rəsmi məlumata görə, burada söhbət ildə 1,8 milyard dollara yaxın vəsaitdən gedir. Qeyri-rəsmi məlumata görə, bu məbləğ daha çoxdur, ən azı ikiqat artıqdır. Bu axın əsasən Azərbaycanın regionlarında sosial gərginliyin azalmasına təkan verirdi, insanların dolanışığı ilə yanaşı əmlak, avtomobil bazarına ciddi təsir göstərirdi. Son günlər əmlak və maşın bazarında durğunluğa səbəb də Rusiyadan gələn külli miqdarda vəsaitin azalmasıdır.

Rusiyadan Azərbaycan vətəndaşlarının geri qayıtması şübhəsiz ki, ölkədə onsuz da ağır olan kriminal duruma da təsir edəcək.

Belə məlumatlar da var ki, rayonlarda yerli icra və hüquq-mühafizə orqanları geri qayıdan Azərbaycan vətəndaşlarına yumşaq desək, pis üz göstərir. Məsələn, bu günlər iqtisadi krizis səbəbindən Azərbaycana qayıtmağa məcbur olan bir vətəndaşımız redaksiyamıza zəng edərək “məni rayonda incidirlər, ”niyə qayıtdın" deyib, qeydiyyata götürmürlər, hətta deyirlər ki, Rusiyada türmədə yatmadığın barədə “spravka” gətir. Bu, rayona qayıdan bütün adamların başına gəlir" deyə, şikayətçi bildirib. Bu fakt həm də onu göstərir ki, icra strukturları başları ağrımasın deyə, sosial gərginliyin artmasını və kriminogen durumun pisləşməsini önləmək üçün belə inzibati metodlara əl atırlar.
***
Azərbaycanı gözləyən daha bir problem bahalaşmadır. Sentyabr-oktyabr aylarında ərzaq məhsullarının bahalaşmasını hökumət də etiraf etməyə məcbur olub. Bu ilin təkcə oktyabr ayında ərzaq məhsullarının qiymətləri 0,6 faiz bahalaşıb. Ay ərzində buğda ununun, manna yarmasının, peçenyenin, toyuq və əlavə toyuq məhsullarının, balıq məhsullarının, quru südün, yumurtanın, günəbaxan yağının, mərcinin və şəkər tozunun qiymətində bahalaşma müşahidə olunub.

Qışda ərzaq məhsullarının bahalaşacağını şərtləndirən daha bir ciddi səbəb var. İqtisadi böhran və sanksiyalar səbəbindən Rusiya bu qışı fəlakətlə üzləşə bilər. Bu səbəbdən dünənədək Azərbaycan məhsullarına ağız büzən Rusiya hökuməti bu aydan ölkəmizdən quş əti, süd və balıq məhsulları almağı planlaşdırır.

Rusiyanın Baytar və Fitosanitar üzrə Dövlət Xidmətinin (“Rosselxoznadzor”) rəhbərliyi bəyan edib ki, əgər yoxlamalarda heç bir problem olmasa, bu ilin sonuna qədər Azərbaycandan bir sıra məhsulların idxalına icazə veriləcək.

Ona görə də Azərbaycanda meyvə-tərəvəzin dalınca ət və ət məhsullarının da qiymətinin sıçrayışlı şəkildə artacağı gözlənilir. Azərbaycanda ət istehsalında istifadə edilən yemin maya dəyəri yüksək olduğundan mal, qoyun və toyuq ətinin qiyməti onsuz da bahadır. Üstəlik, Azərbaycanda bu sahədə istehsal olduqca zəifdir, hətta bəzən idxal vasitəsilə bu ehtiyac qarşılanır. Ekspertlərin iddiasına görə, Azərbaycan il ərzində adambaşına ət ehtiyacının cəmi 40 faizini ödəyə bilir. Bu baxımdan Azərbaycan hökumətinin Rusiyaya dost yardımı ölkə daxilində həm də ət bazarının qiymətinə ciddi təsir edəcək.

Hökumət valyuta ehtiyatları hesabına neftin qiymətinin ucuzlaşması ilə yaranan kəsiri ört-basdır etməyə çalışacaq. Ancaq nəzərə almaq lazımdır ki, Azərbaycanda neft hasilatı da azalmağa doğru gedir. Yəni istənilən halda neftin ucuzlaşması və qlobal böhranın ikinci dalğasının sərhədlərini genişləndirməsi Azərbaycan üçün yaxşı perspektiv vəd etmir...
\\ musavat.com \\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Köçəryan seçki sandığını terrorla əvəzləyir: - “Onun əsl mahiyyəti budur”
Bu gün, 11:28
“Bakcell”in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Bu gün, 11:25
Ermənistanda Rusiya pasportu skandalı: - Məşhur milyarderin qohumu həbs oluna bilər
Bu gün, 11:23
Türk dövlətləri vahid valyutaya nə vaxt keçə bilər? - AÇIQLAMA
Bu gün, 11:11
Putin və Si Cinpin strateji tərəfdaşlığın inkişafına dair birgə sənədlər imzalayıblar - "Xinhua" agentliyi
Bu gün, 11:09
Kremlin geosiyasi dalanı: Ermənistana qarşı sərt ritorika və isterika - Moskva yeni reallığı qəbul etməyə açıq şəkildə hazır deyil
Bu gün, 11:04
Özəl sektorda iş yerlərinin sayı 19,9 min artıb, muzdlu işçilərin sayı 28,8 min azalıb – Rəsmi
Bu gün, 11:03
SSRİ bayrağı, “Georgi lenti” və milyonluq ittihamlar – Saleh Səmədov işi böyüyür
Bu gün, 11:00
Ya imtahan Naxçıvanda da təşkil olunmalı, ya da... - ETİRAZ VAR...
Bu gün, 10:53
Ankaradakı bəzi “qardaşlara” səmərəli təklif: “Arabalarınıza təyyarə qanadı taxın” - BELƏ HARA GEDİRİK?
Bu gün, 10:49
“Bunları yığışdırın, hər şeyi bacarırlar, muğam oxumaqda niyə aciz olsunlar ki?” - xanəndədən ETİRAZ
Bu gün, 10:35
Mühasib şirkətin vergi borclarının silinməsi adı ilə dələduzluq etdi, pulları “Topaz”da uduzdu
Bu gün, 10:34
Köçəryan erməni seçiciləri AZƏRBAYCANLA təhdid edir... - "Zəngəzurda məscid tikəcəklər..."
Bu gün, 10:25
Hamlet Musayevin qızı azadlığa buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 10:19
Seçkidən sonra Paşinyanı qələbə münasibətilə ilk Putin təbrik edəcək - Sərkisyan
Bu gün, 10:11
Burda ancaq PUL YIĞMAĞI BİLİRLƏR... - Qanunsuzluq, özbaşınalıq və əmək istismarı
Bu gün, 10:09
Tanışının “Kontakt Home”dan aldığı telefonu başqasına satdı: - “Dedi ki, uzun illər türmədə olub, “vor-zakon”dur”
Bu gün, 09:52
Ailə sürücüsü şirkət rəhbərinin otağından oğurladığı pulları kazino oyunlarında uduzdu – HÖKM
Bu gün, 09:46
Karapetyanın qardaşı oğluna qarşı ikili vətəndaşlığı gizlətməsinə görə cinayət işi qaldırılıb - Ermənistan mediası
Bu gün, 09:42
Məmurlar işini itirir, yoxsa bazar dəyişir? - Görünəni odur ki...
Bu gün, 09:37
"İstəsəniz, mənəvi dəstəyinizi də göstərə bilərsiniz" - ÇAĞIRIŞ
Bu gün, 09:35
İcra hakimiyyətlərinə tender qadağası - NƏ BAŞ VERİR?
Bu gün, 09:32
Naxçıvanda TAXIL İŞİ: Ceyhun Cəlilov GERİ ÇƏKİLDİ? - İşçilər deyir ki...
Bu gün, 09:30
Bakı “üçüncü İran müharibəsi” hazırlığında - AKTUAL
Bu gün, 09:21
Günün fotosu: - AY BƏRƏKALLAH...
Bu gün, 08:15
'Europol' SEPAH-a bağlı 14 min paylaşımı silib - KİV
Bu gün, 07:58
İcra başçısı kölgədə əyləşdi, vətəndaşları günün altında saxladı - AY MAŞALLAH...
Bu gün, 07:52
"Biz pulu əziyyətlə qazanıb sizi yedizdirməliyik?" - NARAZILIQ VAR...
Bu gün, 07:34
Saleh Məmmədovun kadrları HƏLƏ DƏ İŞ BAŞINDADIR - yarımçıq qalan yol və körpülər...
Bu gün, 07:09
"Əslində qiymət bundan ucuz olmalıdır..." - HESABLAYAQ...
Bu gün, 07:02
Britaniyanın ABŞ-dəkı səfirinin müavini məxfi məlumatların sızmasına görə işdən çıxarılıb - "Times"
Bu gün, 06:40
Samuxda təhsil adına OYUNBAZLIQ... - BU NƏDİ BELƏ?
Bu gün, 06:36
Azərbaycanın Avroviziyada nəticələri niyə zəifləyir? - ARAŞDIRMA
Bu gün, 06:25
Nazir müavini Vüqar Kərimova ağır ittihamlar – “Meşə mafiyası”nın başında kim dayanır?
Bu gün, 06:24
Məhkəmə Hicran Əyyubovaya qarşı... QƏRAR VERDİ
Bu gün, 06:16
"Şagirdin gələcəyini məktəbdəki təhsil deyil, imtahan balı müəyyən edir" - Əməkdar müəllimdən ETİRAZ
Bu gün, 06:12
Kürdəmirdə QOÇULUQ edən məmur kimdir - NARAZILIQ VAR...
Bu gün, 06:10
Rodrigez Trampı Venesuelaya qarşı sanksiyaları ləğv etməyə çağırıb
Bu gün, 06:00
Paşinyan konstitusiyadakı ərazi iddialarını ləğv etməyə hazırlaşır - GƏLİŞMƏ
Bu gün, 05:59
ABŞ Senatı İranla müharibəyə son qoymaq üçün qətnamə qəbul edib - C-SPAN kanalı
Bu gün, 05:57
“ADY yemək seti ilə bilet qiymətlərini süni şəkildə bahalaşdırır” - ETİRAZ VAR!
Bu gün, 01:41
Oğuzun "yaşıl büdcəsi": Abadlıq adı altında ayaqqabıdan şinə, loma qədər hər şey alınır - BU NƏDİ BELƏ?
Bu gün, 01:38
Qarabağlı “siyasətçiyə” qarşı sərt addım – iş ağır maddəyə keçirildi
Bu gün, 01:34
Moskvada rekord temperatur qeydə alındı
Dünən, 18:02
Arvadının saçını keçəl edən ərə - Hökm oxundu
Dünən, 17:48
Rusiya Ermənistana xəbərdarlıq etdi
Dünən, 17:44
İki universitet arasında kadr dəyişikliyi: Prorektorlar bir-birini əvəz etdi - BUNDAN SONRA...
Dünən, 17:16
Bakıda 1,4 milyonluq dələduzluq edən şəxs yenidən məhkəmə qarşısında
Dünən, 17:09
Ermənistan baş nazirliyinə namizəd FSB agenti çıxdı - FOTO
Dünən, 16:59
Moskvanın seçim tələbinə İrəvandan cavab: - Günbəgün Avropa İttifaqına yaxınlaşırıq
Dünən, 16:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru