Ramiz Yediyarov nədən xalqın rəğbətini qazana bilmir... - Gədəbəydə narın-narın sürməyən bir başçı idarəçiliyi...
Tarix: 27-07-2015, 10:57 | Çap et
 Gədəbəyin icra başçısı Ramiz Yediyarov məhkəmədə sahibkar Oqtay Əliyevə uduzmaqla yenidən gündəmə gəlib. 3 il əvvəl hazırda tutduğu posta təyinat alan Ramiz Yediyarov bu müddətdə mətbuatın diqqətindən çox az kənarda qalıb. Səbəb də başçının neqativ fəaliyyətidir.
İşlədiyi dövr ərzində Yediyarovun bir dənə də olsun yaxşı işinə rast gəlmək mümkün deyil. Bu adamın indiyədək gördüyü iş yalnız rayonun əsas küçəsini yarıya qədər yüngülvari təmir etdirməsidir. Təəssüf ki, başçının bu işi də sahibkarlara, iş adamlarına problemlər yaratmaqla başa gəlib. Həmin küçədə fəaliyyət göstərən sahibkarlara zorla öz obyektlərini təmir etdirməsi başçı ilə sadə insanların münasibətlərini kəskinləşdirib.
Həmin küçədə yerləşən 2-3 inzibati binanı penoplast üzlüklə üzlətdirməsi və məlum hadisələrdən sonra üzlüklərin sökülməsi də başçının rayonda elə-belə də yerlə sürünən nüfuzuna zərbə vurub. Hazırda həmin binalar çox bərbad vəziyyətdədir. Bununla belə, icra başçısı törətdiyi çoxlu sayda qanunsuz əməlləri ilə yadda qalıb.
Əvvəla, onu qeyd edək ki, R.Yediyarov rayonda sahibkarlara divan tutmaqla onların əmlakını dağıtmaqla, obyektlərə giriş-çıxışı məhdudlaşdırmaqla, sahibkarlardan hər ay müxtəlif adlarla aylıq almaqla rayonda sahibkarlıq mühitini tamamilə məhv edib. Hazırda rayondan kənarda yaşayan heç bir iş adamı rayonda hansısa fəaliyyətlə məşğul olmaq üçün sərmayə qoymağa risk etmir.
R.Yediyarov Gədəbəyi azad sahibkarlıq fəaliyyəti üçün əlverişsiz duruma gətirib. Sahibkarlar qoyulan sərmayənin istənilən vaxt başçının tamahına qurban gedə biləcəyindən ehtiyat edib öz doğma torpaqlarında iş qurmaqdan çəkinirlər. Sahibkar Oqtay Əliyevin obyektinin sökülməsi ilə bağlı Ali Məhkəmənin qərarı Gədəbəydəki hazırkı biznes mühitinin durumun ağırlığının haradan qaynaqlanmasının əyani sübutudur. Bu qərar rəsmi şəkildə təsdiq etdi ki, R.Yediyarov sahibkarlığa nəinki mane olur, hətta onu məhv edir. Onun bu hərəkətləri, prezidentin məlum müşavirədə söylədiyi kimi, vətənə xəyanət etməkdir....
Rayon sakinlərindən aldığımız məlumata görə, başçının gördüyü çox az sayda olan yaxşı işlərdən biri də Şəhidlər Xiyabanının ərazisinin abadlaşdırılması olub. Lakin bu xoşniyyətli addım az sonra atılan addımın kölgəsində qalıb. Belə ki, bir qədər əvvəl rayon mərkəzində olan Böyük Vətən Müharibəsi iştirakçılarının xatirə abidəsi və “Ana heykəli” sökülüb və I Qarabağ müharibəsi zamanı həlak olmuş şəhid gədəbəylilərin dəfn edildiyi Şəhidlər Xiyabanının üst tərəfinə köçürülüb. Redaksiyamıza təqdim olunan fotolardan görünür ki, yeni köçürülən abidə şəhidlər xiyabanının daha hündür hissəsinə qoyulub və kənardan baxanlar üçün elə təəssürat yaranır ki, sanki bura yeni tikilmiş abidəyə məxsus ərazidir.
Sakinlər deyir ki, Böyük Vətən müharibəsi qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə qarşı deyillər. Amma Azərbaycan xalqı və dövləti üçün canından keçmiş şəhidlərin xatirəsindən əziz heç bir dəyər yoxdur. Respublikanın heç bir yerində Şəhidlər Xiyabanının ərazisinə hər hansı başqa abidənin yerləşdirilməsi halı yoxdur.
Sakinlər rayon ərazisində Böyük Vətən müharibəsi iştirakçılarının xatirə abidəsi və “Ana heykəli” üçün uyğun yerlər olduğu halda məhz həmin abidələrin xiyabanın ən hündür nöqtəsinə qoyulmasını şəhidlərə, şəhid ailələrinə hörmətsizlik kimi qəbul etdiklərini də gizlətmirlər. Deyirlər ki, həmin abidələr neçə illər idi ki, inşa olunduğu yerdə çox normal şəkildə qorunurdu. Sual edirlər ki, yerdəyişməyə ehtiyac var idisə, bunu bu cür mənfur qaydada etmək lazım idimi? Rayon ərazisində bu abidə üçün yer yox idimi?
Sakinlər abidələrin bu şəkildə tikilməsində başçının tamahının müstəsna rol oynadığını bildirirlər. Deyirlər ki, başçı hər qarış torpağı qənimət bilir, satışa çıxarıla bilən ərazi kimi baxır. Ona görə də abidələrə bu cür hörmətsiz münasibət göstərir.
Baş verənlərlə bağlı dövlət orqanlarına şikayətlər də nəticəsiz qalıb. Vətəndaşın qüruruna toxunan belə bır hərəkətə heç bir aidiyyəti dövlət qurumu reaksiya verməyib. “Sanki bu rayonda baş verən hadisələr Azərbaycan ərazisində yox, vergilər naziri Fazil Məmmədova məxsus feodal torpaqlarında baş verir. Görünür, həmin şəxslər hər hansı müdaxilənin F.Məmmədov tərəfdən qəzəblə qarşılanacağından və öz şəxsi bizneslərinin təhlükəyə düşəcəyindən ehtiyatlanırlar. Amma bu şəxslər unudurlar ki, hər biri dövlət başçısı qarşısında məsuliyyət daşıyırlar. Ümid edirik ki, bu yazıdan sonra respublikanın hüquq-mühafizə orqanlarının rəhbərləri, Mədəniyyət və Turizm Nazirliyi, digər qurumlar bu biabırçılığı aradan qaldıracaqlar. Vəzifəsindən asılı olmayaraq hər birimiz anlamalıyıq ki, sağ-salamat bu torpaqda yaşadığımıza görə şəhidlərimizə borcluyuq” - deyə sakinlərdən biri bildirib.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Azərbaycan-Ermənistan sərhədinin xəritəsi hazırlanır - TƏFƏRRÜAT
Bu gün, 11:38 |
|
|
|
| • “Hom Paş” – “Inter MMC” – “Khatai Residence”: bir layihənin şübhəli “rebrendinqi” - Məhkəmə aktları niyə icra olunmur?
Bu gün, 11:36 |
|
|
|
| • Köçəryan seçki sandığını terrorla əvəzləyir: - “Onun əsl mahiyyəti budur”
Bu gün, 11:28 |
|
|
|
| • “Bakcell”in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Bu gün, 11:25 |
|
|
|
| • Ermənistanda Rusiya pasportu skandalı: - Məşhur milyarderin qohumu həbs oluna bilər
Bu gün, 11:23 |
|
|
|
| • Türk dövlətləri vahid valyutaya nə vaxt keçə bilər? - AÇIQLAMA
Bu gün, 11:11 |
|
|
|
| • Putin və Si Cinpin strateji tərəfdaşlığın inkişafına dair birgə sənədlər imzalayıblar - "Xinhua" agentliyi
Bu gün, 11:09 |
|
|
|
| • Kremlin geosiyasi dalanı: Ermənistana qarşı sərt ritorika və isterika - Moskva yeni reallığı qəbul etməyə açıq şəkildə hazır deyil
Bu gün, 11:04 |
|
|
|
| • Özəl sektorda iş yerlərinin sayı 19,9 min artıb, muzdlu işçilərin sayı 28,8 min azalıb – Rəsmi
Bu gün, 11:03 |
|
|
|
| • SSRİ bayrağı, “Georgi lenti” və milyonluq ittihamlar – Saleh Səmədov işi böyüyür
Bu gün, 11:00 |
|
|
|
| • Ya imtahan Naxçıvanda da təşkil olunmalı, ya da... - ETİRAZ VAR...
Bu gün, 10:53 |
|
|
|
| • Ankaradakı bəzi “qardaşlara” səmərəli təklif: “Arabalarınıza təyyarə qanadı taxın” - BELƏ HARA GEDİRİK?
Bu gün, 10:49 |
|
|
|
| • “Bunları yığışdırın, hər şeyi bacarırlar, muğam oxumaqda niyə aciz olsunlar ki?” - xanəndədən ETİRAZ
Bu gün, 10:35 |
|
|
|
| • Mühasib şirkətin vergi borclarının silinməsi adı ilə dələduzluq etdi, pulları “Topaz”da uduzdu
Bu gün, 10:34 |
|
|
|
| • Köçəryan erməni seçiciləri AZƏRBAYCANLA təhdid edir... - "Zəngəzurda məscid tikəcəklər..."
Bu gün, 10:25 |
|
|
|
| • Hamlet Musayevin qızı azadlığa buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 10:19 |
|
|
|
| • Seçkidən sonra Paşinyanı qələbə münasibətilə ilk Putin təbrik edəcək - Sərkisyan
Bu gün, 10:11 |
|
|
|
| • Burda ancaq PUL YIĞMAĞI BİLİRLƏR... - Qanunsuzluq, özbaşınalıq və əmək istismarı
Bu gün, 10:09 |
|
|
|
| • Tanışının “Kontakt Home”dan aldığı telefonu başqasına satdı: - “Dedi ki, uzun illər türmədə olub, “vor-zakon”dur”
Bu gün, 09:52 |
|
|
|
| • Ailə sürücüsü şirkət rəhbərinin otağından oğurladığı pulları kazino oyunlarında uduzdu – HÖKM
Bu gün, 09:46 |
|
|
|
| • Karapetyanın qardaşı oğluna qarşı ikili vətəndaşlığı gizlətməsinə görə cinayət işi qaldırılıb - Ermənistan mediası
Bu gün, 09:42 |
|
|
|
| • Məmurlar işini itirir, yoxsa bazar dəyişir? - Görünəni odur ki...
Bu gün, 09:37 |
|
|
|
| • "İstəsəniz, mənəvi dəstəyinizi də göstərə bilərsiniz" - ÇAĞIRIŞ
Bu gün, 09:35 |
|
|
|
| • İcra hakimiyyətlərinə tender qadağası - NƏ BAŞ VERİR?
Bu gün, 09:32 |
|
|
|
| • Naxçıvanda TAXIL İŞİ: Ceyhun Cəlilov GERİ ÇƏKİLDİ? - İşçilər deyir ki...
Bu gün, 09:30 |
|
|
|
| • Bakı “üçüncü İran müharibəsi” hazırlığında - AKTUAL
Bu gün, 09:21 |
|
|
|
| • Günün fotosu: - AY BƏRƏKALLAH...
Bu gün, 08:15 |
|
|
|
| • 'Europol' SEPAH-a bağlı 14 min paylaşımı silib - KİV
Bu gün, 07:58 |
|
|
|
| • İcra başçısı kölgədə əyləşdi, vətəndaşları günün altında saxladı - AY MAŞALLAH...
Bu gün, 07:52 |
|
|
|
| • "Biz pulu əziyyətlə qazanıb sizi yedizdirməliyik?" - NARAZILIQ VAR...
Bu gün, 07:34 |
|
|
|
| • Saleh Məmmədovun kadrları HƏLƏ DƏ İŞ BAŞINDADIR - yarımçıq qalan yol və körpülər...
Bu gün, 07:09 |
|
|
|
| • "Əslində qiymət bundan ucuz olmalıdır..." - HESABLAYAQ...
Bu gün, 07:02 |
|
|
|
| • Britaniyanın ABŞ-dəkı səfirinin müavini məxfi məlumatların sızmasına görə işdən çıxarılıb - "Times"
Bu gün, 06:40 |
|
|
|
| • Samuxda təhsil adına OYUNBAZLIQ... - BU NƏDİ BELƏ?
Bu gün, 06:36 |
|
|
|
| • Azərbaycanın Avroviziyada nəticələri niyə zəifləyir? - ARAŞDIRMA
Bu gün, 06:25 |
|
|
|
| • Nazir müavini Vüqar Kərimova ağır ittihamlar – “Meşə mafiyası”nın başında kim dayanır?
Bu gün, 06:24 |
|
|
|
| • Məhkəmə Hicran Əyyubovaya qarşı... QƏRAR VERDİ
Bu gün, 06:16 |
|
|
|
| • "Şagirdin gələcəyini məktəbdəki təhsil deyil, imtahan balı müəyyən edir" - Əməkdar müəllimdən ETİRAZ
Bu gün, 06:12 |
|
|
|
| • Kürdəmirdə QOÇULUQ edən məmur kimdir - NARAZILIQ VAR...
Bu gün, 06:10 |
|
|
|
| • Rodrigez Trampı Venesuelaya qarşı sanksiyaları ləğv etməyə çağırıb
Bu gün, 06:00 |
|
|
|
| • Paşinyan konstitusiyadakı ərazi iddialarını ləğv etməyə hazırlaşır - GƏLİŞMƏ
Bu gün, 05:59 |
|
|
|
| • ABŞ Senatı İranla müharibəyə son qoymaq üçün qətnamə qəbul edib - C-SPAN kanalı
Bu gün, 05:57 |
|
|
|
| • “ADY yemək seti ilə bilet qiymətlərini süni şəkildə bahalaşdırır” - ETİRAZ VAR!
Bu gün, 01:41 |
|
|
|
| • Oğuzun "yaşıl büdcəsi": Abadlıq adı altında ayaqqabıdan şinə, loma qədər hər şey alınır - BU NƏDİ BELƏ?
Bu gün, 01:38 |
|
|
|
| • Qarabağlı “siyasətçiyə” qarşı sərt addım – iş ağır maddəyə keçirildi
Bu gün, 01:34 |
|
|
|
| • Moskvada rekord temperatur qeydə alındı
Dünən, 18:02 |
|
|
|
| • Arvadının saçını keçəl edən ərə - Hökm oxundu
Dünən, 17:48 |
|
|
|
| • Rusiya Ermənistana xəbərdarlıq etdi
Dünən, 17:44 |
|
|
|
| • İki universitet arasında kadr dəyişikliyi: Prorektorlar bir-birini əvəz etdi - BUNDAN SONRA...
Dünən, 17:16 |
|
|
|
| • Bakıda 1,4 milyonluq dələduzluq edən şəxs yenidən məhkəmə qarşısında
Dünən, 17:09 |
|
|
|
|