“Hom Paş” – “Inter MMC” – “Khatai Residence”: bir layihənin şübhəli “rebrendinqi” .....                     Köçəryan seçki sandığını terrorla əvəzləyir: .....                     “Bakcell”in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır .....                     Ermənistanda Rusiya pasportu skandalı: .....                     Türk dövlətləri vahid valyutaya nə vaxt keçə bilər? .....                     Putin və Si Cinpin strateji tərəfdaşlığın inkişafına dair birgə sənədlər imzalayıblar .....                     Kremlin geosiyasi dalanı: Ermənistana qarşı sərt ritorika və isterika .....                     Özəl sektorda iş yerlərinin sayı 19,9 min artıb, muzdlu işçilərin sayı 28,8 min azalıb .....                     SSRİ bayrağı, “Georgi lenti” və milyonluq ittihamlar .....                     Ya imtahan Naxçıvanda da təşkil olunmalı, ya da... .....                     Ankaradakı bəzi “qardaşlara” səmərəli təklif: “Arabalarınıza təyyarə qanadı taxın” .....                     “Bunları yığışdırın, hər şeyi bacarırlar, muğam oxumaqda niyə aciz olsunlar ki?” .....                     Mühasib şirkətin vergi borclarının silinməsi adı ilə dələduzluq etdi, .....                     Köçəryan erməni seçiciləri AZƏRBAYCANLA təhdid edir... .....                     Hamlet Musayevin qızı azadlığa buraxıldı .....                     Seçkidən sonra Paşinyanı qələbə münasibətilə ilk Putin təbrik edəcək .....                     Burda ancaq PUL YIĞMAĞI BİLİRLƏR... .....                     Tanışının “Kontakt Home”dan aldığı telefonu başqasına satdı: .....                     Ailə sürücüsü şirkət rəhbərinin otağından oğurladığı pulları kazino oyunlarında uduzdu .....                     Karapetyanın qardaşı oğluna qarşı ikili vətəndaşlığı gizlətməsinə görə cinayət işi qaldırılıb .....                     Məmurlar işini itirir, yoxsa bazar dəyişir? .....                     "İstəsəniz, mənəvi dəstəyinizi də göstərə bilərsiniz" .....                     İcra hakimiyyətlərinə tender qadağası .....                     Naxçıvanda TAXIL İŞİ: Ceyhun Cəlilov GERİ ÇƏKİLDİ? .....                     Bakı “üçüncü İran müharibəsi” hazırlığında .....                     Günün fotosu: .....                     'Europol' SEPAH-a bağlı 14 min paylaşımı silib .....                     İcra başçısı kölgədə əyləşdi, vətəndaşları günün altında saxladı .....                     "Biz pulu əziyyətlə qazanıb sizi yedizdirməliyik?" .....                     Saleh Məmmədovun kadrları HƏLƏ DƏ İŞ BAŞINDADIR .....                     "Əslində qiymət bundan ucuz olmalıdır..." .....                     Britaniyanın ABŞ-dəkı səfirinin müavini məxfi məlumatların sızmasına görə işdən çıxarılıb .....                     Samuxda təhsil adına OYUNBAZLIQ... .....                     Azərbaycanın Avroviziyada nəticələri niyə zəifləyir? .....                     Nazir müavini Vüqar Kərimova ağır ittihamlar .....                     Məhkəmə Hicran Əyyubovaya qarşı... .....                     "Şagirdin gələcəyini məktəbdəki təhsil deyil, imtahan balı müəyyən edir" .....                     Kürdəmirdə QOÇULUQ edən məmur kimdir .....                     Rodrigez Trampı Venesuelaya qarşı sanksiyaları ləğv etməyə çağırıb .....                     Paşinyan konstitusiyadakı ərazi iddialarını ləğv etməyə hazırlaşır .....                 

“ASA İsgəndər” holdinq qanunsuz şəkildə pul yığır... - Bakı Nəqliyyat Agentliyinin müfəttişləri isə cərimə yazır
Tarix: 12-09-2019, 11:06 | Çap et
“ASA İsgəndər” holdinq qanunsuz şəkildə pul yığır...
Paytaxtda sürücülərin dayanma-durma qaydalarını pozması ilə bağlı cərimələrin yazılması səlahiyyətinin Bakı Nəqliyyat Agentliyinə verilməsi böyük bir xaosa, kütləvi narazılığa gətirib çıxarıb.

Sürücülər Dövlət Yol Polisinin dövründə belə özbaşınalıq, nizam-intizamsızlıq, gizlənqaç tendensiyası olmadığını bildirirlər.

Vətəndaşlar qeyd edirlər ki, BNA-nın nəqliyyat müfəttişləri sabiq nazir Ziya Məmmədovun dövründəki “qoçular” kimi davranırlar.

Son zamanlar sosial şəbəkələrdə avtomobili olan şəxslərin şikayətlərinə daha çox rast gəlinir. Onların sözlərinə görə, BNA parklanma ilə bağlı əsaslı işlər həyata keçirmədiyinə görə şəhərdə qarmaqarışıqlıq yaranıb, sürücülər avtopark kimi göstərilən yerlərdə maşın saxlayanda belə əlində planşet gəzən nəqliyyat müfəttişləri gizlincə gəlib çəkirlər, dayanma-durmanın pozulması iddiası ilə cərimə yazırlar.

Sonra sürücü şikayət edəndə istisna hallarda cəriməni silirlər, texniki səhvlə əlaqələndirirlər. Lakin şikayətlərə baxılması halları azdır, kütləvi şəkildə sürücülər cərimələnir.

Hətta BNA tərəfindən quraşdırılan kameralar tərəfindən çəkiliş aparıldığı, dayanma-durma qaydasını pozanlarla yanaşı, pozmayan sürücülərin görüntüyə düşdüyü bildirilir.

Bugünlərdə belə halla üzləşən sürücülərdən birinin şikayətinə baxılıb və cəriməsinə xitam verilib. Beləliklə, məlum olur ki, Bakıda dayanma-durma ilə bağlı vəziyyət olduqca acınacaqlıdır.

BNA tərəfindən yeni parkinqlər təşkil edilmir, qeyri-qanuni avtoparklar pul yığmağa davam edir, qurum isə sürücülərə onlara ödəniş etməməyi xəbərdarlıq edir. Ancaq reallıq budur ki, ödəniş etməyə məcbur olursan.

Bu azmış kimi, avtoparkda saxlanan maşını xəlvətcə çəkirlər, 20 manat cərimələyirlər. Nəticədə ciddi narazılıq baş qaldırmaqdadır.

Bir neçə gün əvvəl jurnalist Elvin Hüseynov da başına gələni yazmışdı: “BNA özü-öz əməlləri ilə işinə çoxdan kölgə salıb. Mənə məxsus avtomobili gəlib çəkib qaçdılar. Əlqərəz, fotolarla birgə şikayət yolladım və elə çəkdikləri kimi də cəriməni ləğv elədilər. Amma bu gün onlarla sürücü geri şikayət göndərməyi bilmir və haqsız yerə bu quruma cərimələr ödəyirlər. BNA ancaq mərkəzi bir-iki küçədə parkinqə nəzarət edə bilir. Əminliklə deyə bilərəm ki, Bakının böyük hissəsinə BNA-nın nəzarəti sıfır dərəcəsindədir.

Sürücülər cərimə olunur, milyonlarla vəsait yığılıb, lakin şəhərdə bu vəsaitə hansı parkinq yerləri açılıb ki, sürücü gəlib maşını orada saxlasın?"

Sürücülər qeyd edirlər ki, nəqliyyat müfəttişləri öz mülahizələri əsasında dayanma-durma qaydasının pozulması cərimələrini yazırlar: “Agentliyin müfəttişləri bilmirlər ki, hansı hallarda cərimə yazıla bilər. Sadəcə, öyrəniblər ki, sürücü saxladısa, cərimə yazılmalıdır. Bəzi yerlərdə yol hərəkəti nişan yoxdur, müfəttiş sürücünü əvvəlcə xəbərdarlıq etməlidir ki, burada saxlamaq olmaz. Ancaq gizlincə gəlib oğru kimi çəkib gedirlər. Axı bu qanunsuzluqdur. Hamının imkanı da yoxdur ki, cəriməni ödəsin. Şəhərin bir çox yerlərində parkinqlər təşkil edilməyib.

Ərazidə parkinq yoxdursa, sürücü harada saxlamalıdır? Bunu planlaşdırmaq lazımdır, sonra dayanma-durma qaydasını pozan sürücüyə cərimə yazmaq olar".

İkinci ümumi şikayət budur ki, BNA-nın həmin nəzarəti həyata keçirən əməkdaşları kobudluq edirlər. Sürücü ərazidən uzaqlaşacağını bildirəndə belə onun sözünə baxmırlar, şəklini çəkib cərimə yazırlar.

Sürücülər deyirlər ki, bəzi BNA əməkdaşları qaydalara əməl etmir, sükan arxasında təhlükəsizlik kəməri taxmır, istədiyi yerdə maşın saxlayır. Sürücülərin digər şikayəti həm də ondan ibarətdir ki, parklanma xidməti olduqca bahadır. Hazırda 1 saata ən azı bir manat alırlar, mərkəzi ünvanlarda 2 manat ödəniş edilir.

Bu problemlərlə bağlı “Yeni Müsavat”a danışan nəqliyyat eksperti, avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı daha əhatəli məlumat verdi, detallarına toxundu. Onun sözlərinə görə, Bakıda dayanma-durma qaydaları ilə bağlı çaşqınlıq və qarışıqlıq var. Ekspert bildirir ki, BNA tərəfindən şəhərdəki yerüstü dayanacaqlar tam təhvil alınmayıb: “Amma vaxtilə meriyanın işçiləri olmuş bəzi şəxslər, o cümlədən ”ASA İsgəndər" holdinqin tərkibində yaradılan “ASA Parkinq” MMC dayanacaqlarda qanunsuz fəaliyyət göstərir, qanunsuz şəkildə sürücülərdən parklanma pulu yığırlar. Onlar dayanma-durma qadağan edilən yerlərdə xidmət göstərirlər, sürücüləri əraziyə dəvət edirlər, pul alırlar.

Sonra nəqliyyat müfəttişi gəlir və dayanma-durmanın pozulması ilə bağlı cərimə yazır. Bu zaman şirkətin işçisi olan uşaqlar qaçıb gizlənirlər. Ona görə də sürücülər yol nişanına yox, həmin uşaqlara inanırlar".

E.Muradlının dediyinə görə, BNA dayanma-durma ilə bağlı qaydalar müəyyən edib ki, avtomobilləri səkiyə paralel saxlamaq lazımdır:

“Amma həmin avtoparkların işçiləri sürücüləri məcbur edirlər ki, səkiyə perpendikulyar saxlasınlar. Çünki bu zaman yer tutumu çox olur, sərf edir. Sürücü də inanır və bu halda da BNA əməkdaşının haqqı çatır ki, cərimə yazsın. Amma bu, parklanma qaydasının pozulmasıdır və cərimə məbləği 10 manatdır.

Son zamanlar eşidirik ki, bəzi hallarda sürücülərə parkalanma qaydasının pozulması ilə bağlı 20 manat cərimə yazılır. Hesab edirəm ki, düzgün deyil, sürücü protokolu ləğv etdirə bilər".

Nəqliyyat mütəxəssisi əlavə etdi ki, ümumiyyətlə, Bakı yollarında müayinə aparılsa, dayanma-durma qadağan olunan bəzi yerlərdə parklanmaya icazə vermək olar: “Məsələn, Neftçilər prospektində dayanmanı qadağan etmək doğru deyildi. İnsanlar axşam saat 7-8-dən sonra bulvara gəlirlər, onlara şərait yaratmaq Kukla Teatrından dəniz vağzalına kimi icazə vermək olar.

Bundan başqa, sürücülərin evlərinin yanında dayanma-durma şəraiti yoxdur. Amma bəzi qurumlar özbaşınalıq edirlər, hərə öz bildiyini yerinə yetirir. Nəticədə anormal vəziyyət yaranır.

Misal üçün, Bəşir Səfəroğlu və ona paralel küçələrdə səkiləri, bardürləri 40 santimetr hündürlüyə qaldırıblar. Bu zaman piyadalar üçün yolun sağ sol tərəfləri genişlənib, avtomobillərə isə bir cərgəlik yer saxlanıb.

İndi təcili yardım maşınları o küçələrdə yaşayanların zənginə getmir. Bunu hansı “ağıllı” fikirləşib? Ümumiyyətlə, səkilərdə dibçəklər, dəmir barmaqlar ediblər. Bütün bunlar təfəkkürsüzlüyün nəticəsidir".

E.Muradlı qeyd etdi ki, BNA tərəfindən quraşdırılan kamera ilə elektron protokol tərtib olunması mübahisəli məsələdir və qanunvericilikdə dəyişikliyə ehtiyac var.

Yada salaq ki, Bakı Nəqliyyat Agentliyi İdarə Heyətinin rəhbəri Vüsal Kərimli parkinqlərdə yığılan pulların BNA-ya heç bir aidiyyəti olmadığını bildirmişdi.

Hazırda parkinqlər BNA-ın tabeliyinə tam keçmədiyi və təhvil-təslim aparıldığı üçün Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində qalır.

Lakin bu şirkətin Bakı Şəhər İcra Hakimiyyəti ilə hər hansı bir əlaqəsinin olub-olmadığı da məlum deyil. MMC barəsində elektron mətbuatda da məlumatlar, şikayətlər dərc olunub.

BNA isə bildirir ki, nəqliyyat vasitələri sahiblərinin dayanma, durma və parklanma qaydalarına riayət etməsinin təmin edilməsi və yol hərəkətinin təşkili sahəsində tədbirlər davam etdirilir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Hom Paş” – “Inter MMC” – “Khatai Residence”: bir layihənin şübhəli “rebrendinqi” - Məhkəmə aktları niyə icra olunmur?
Bu gün, 11:36
Köçəryan seçki sandığını terrorla əvəzləyir: - “Onun əsl mahiyyəti budur”
Bu gün, 11:28
“Bakcell”in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Bu gün, 11:25
Ermənistanda Rusiya pasportu skandalı: - Məşhur milyarderin qohumu həbs oluna bilər
Bu gün, 11:23
Türk dövlətləri vahid valyutaya nə vaxt keçə bilər? - AÇIQLAMA
Bu gün, 11:11
Putin və Si Cinpin strateji tərəfdaşlığın inkişafına dair birgə sənədlər imzalayıblar - "Xinhua" agentliyi
Bu gün, 11:09
Kremlin geosiyasi dalanı: Ermənistana qarşı sərt ritorika və isterika - Moskva yeni reallığı qəbul etməyə açıq şəkildə hazır deyil
Bu gün, 11:04
Özəl sektorda iş yerlərinin sayı 19,9 min artıb, muzdlu işçilərin sayı 28,8 min azalıb – Rəsmi
Bu gün, 11:03
SSRİ bayrağı, “Georgi lenti” və milyonluq ittihamlar – Saleh Səmədov işi böyüyür
Bu gün, 11:00
Ya imtahan Naxçıvanda da təşkil olunmalı, ya da... - ETİRAZ VAR...
Bu gün, 10:53
Ankaradakı bəzi “qardaşlara” səmərəli təklif: “Arabalarınıza təyyarə qanadı taxın” - BELƏ HARA GEDİRİK?
Bu gün, 10:49
“Bunları yığışdırın, hər şeyi bacarırlar, muğam oxumaqda niyə aciz olsunlar ki?” - xanəndədən ETİRAZ
Bu gün, 10:35
Mühasib şirkətin vergi borclarının silinməsi adı ilə dələduzluq etdi, pulları “Topaz”da uduzdu
Bu gün, 10:34
Köçəryan erməni seçiciləri AZƏRBAYCANLA təhdid edir... - "Zəngəzurda məscid tikəcəklər..."
Bu gün, 10:25
Hamlet Musayevin qızı azadlığa buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 10:19
Seçkidən sonra Paşinyanı qələbə münasibətilə ilk Putin təbrik edəcək - Sərkisyan
Bu gün, 10:11
Burda ancaq PUL YIĞMAĞI BİLİRLƏR... - Qanunsuzluq, özbaşınalıq və əmək istismarı
Bu gün, 10:09
Tanışının “Kontakt Home”dan aldığı telefonu başqasına satdı: - “Dedi ki, uzun illər türmədə olub, “vor-zakon”dur”
Bu gün, 09:52
Ailə sürücüsü şirkət rəhbərinin otağından oğurladığı pulları kazino oyunlarında uduzdu – HÖKM
Bu gün, 09:46
Karapetyanın qardaşı oğluna qarşı ikili vətəndaşlığı gizlətməsinə görə cinayət işi qaldırılıb - Ermənistan mediası
Bu gün, 09:42
Məmurlar işini itirir, yoxsa bazar dəyişir? - Görünəni odur ki...
Bu gün, 09:37
"İstəsəniz, mənəvi dəstəyinizi də göstərə bilərsiniz" - ÇAĞIRIŞ
Bu gün, 09:35
İcra hakimiyyətlərinə tender qadağası - NƏ BAŞ VERİR?
Bu gün, 09:32
Naxçıvanda TAXIL İŞİ: Ceyhun Cəlilov GERİ ÇƏKİLDİ? - İşçilər deyir ki...
Bu gün, 09:30
Bakı “üçüncü İran müharibəsi” hazırlığında - AKTUAL
Bu gün, 09:21
Günün fotosu: - AY BƏRƏKALLAH...
Bu gün, 08:15
'Europol' SEPAH-a bağlı 14 min paylaşımı silib - KİV
Bu gün, 07:58
İcra başçısı kölgədə əyləşdi, vətəndaşları günün altında saxladı - AY MAŞALLAH...
Bu gün, 07:52
"Biz pulu əziyyətlə qazanıb sizi yedizdirməliyik?" - NARAZILIQ VAR...
Bu gün, 07:34
Saleh Məmmədovun kadrları HƏLƏ DƏ İŞ BAŞINDADIR - yarımçıq qalan yol və körpülər...
Bu gün, 07:09
"Əslində qiymət bundan ucuz olmalıdır..." - HESABLAYAQ...
Bu gün, 07:02
Britaniyanın ABŞ-dəkı səfirinin müavini məxfi məlumatların sızmasına görə işdən çıxarılıb - "Times"
Bu gün, 06:40
Samuxda təhsil adına OYUNBAZLIQ... - BU NƏDİ BELƏ?
Bu gün, 06:36
Azərbaycanın Avroviziyada nəticələri niyə zəifləyir? - ARAŞDIRMA
Bu gün, 06:25
Nazir müavini Vüqar Kərimova ağır ittihamlar – “Meşə mafiyası”nın başında kim dayanır?
Bu gün, 06:24
Məhkəmə Hicran Əyyubovaya qarşı... QƏRAR VERDİ
Bu gün, 06:16
"Şagirdin gələcəyini məktəbdəki təhsil deyil, imtahan balı müəyyən edir" - Əməkdar müəllimdən ETİRAZ
Bu gün, 06:12
Kürdəmirdə QOÇULUQ edən məmur kimdir - NARAZILIQ VAR...
Bu gün, 06:10
Rodrigez Trampı Venesuelaya qarşı sanksiyaları ləğv etməyə çağırıb
Bu gün, 06:00
Paşinyan konstitusiyadakı ərazi iddialarını ləğv etməyə hazırlaşır - GƏLİŞMƏ
Bu gün, 05:59
ABŞ Senatı İranla müharibəyə son qoymaq üçün qətnamə qəbul edib - C-SPAN kanalı
Bu gün, 05:57
“ADY yemək seti ilə bilet qiymətlərini süni şəkildə bahalaşdırır” - ETİRAZ VAR!
Bu gün, 01:41
Oğuzun "yaşıl büdcəsi": Abadlıq adı altında ayaqqabıdan şinə, loma qədər hər şey alınır - BU NƏDİ BELƏ?
Bu gün, 01:38
Qarabağlı “siyasətçiyə” qarşı sərt addım – iş ağır maddəyə keçirildi
Bu gün, 01:34
Moskvada rekord temperatur qeydə alındı
Dünən, 18:02
Arvadının saçını keçəl edən ərə - Hökm oxundu
Dünən, 17:48
Rusiya Ermənistana xəbərdarlıq etdi
Dünən, 17:44
İki universitet arasında kadr dəyişikliyi: Prorektorlar bir-birini əvəz etdi - BUNDAN SONRA...
Dünən, 17:16
Bakıda 1,4 milyonluq dələduzluq edən şəxs yenidən məhkəmə qarşısında
Dünən, 17:09
Ermənistan baş nazirliyinə namizəd FSB agenti çıxdı - FOTO
Dünən, 16:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru