Quba rayonu, II Nügədi kəndində Böyük Vətən Müharibəsi və I Qarabağ müharibəsi şəhidləri üçün salınmış abidə baxımsız vəziyyətdədir.
Bu barədə Sitat.info-ya yerli sakinlər məlumat veriblər.
Bildirilib ki, şəhid abidəsini ot-alaq basıb, hasarları isə bərbad vəziyyətə düşüb. Uzun müddətdir ki, əraziyə səliqə-sahman verən yoxdur. Sakinlərin sözlərinə görə, iki ildən çoxdur ki, abidəyə nəzarət edilmir.
Hasarlar uçub-sökülüb, ağaclar sınıb və əraziyə tökülüb. Hətta abidəyə gedən yol da keçilməz vəziyyətdədir.









