Paşinyan Astanada keçiriləcək Aİİ sammitinə qatılmayacaq .....                     Azərbaycan və Latviya qiymətləndiriciləri arasında əməkdaşlıq müqaviləsi imzalanıb .....                     Təhsilimiz Bağırovlardan qurtula bilmir .....                     “Kontakt Home” camaatla MƏZƏLƏNİR .....                     "Suraxanı bazarı”nın qanunsuz genişlənməsi təsdiqləndi .....                     Qubada ŞƏHİD RUHUNA sayğısızlıq! .....                     AFFA PFL-in prezidenti postuna onu gətirmək istəyir .....                     "Kim 100-200 manat üçün işləməkdən imtina edər?" .....                     Xaricdə təhsil alan nazir Məcnun Məmmədovun diplomu təsdiq olunacaq? .....                     Bu pulları dəyişsəz, itirə bilərsiniz .....                     "Arvad" sözünü dilimizdən çıxaraq? .....                     "Diplomatın bu cür tənqidi çıxışını həm də bir siqnal kimi yozmaq mümkündür" .....                     Masada 3 ssenari var: Hansı ağır gələcək? .....                     Moskva Ermənistan xalqının Rusiyayönlü mövqedə olduğunu göstərməyə çalışır .....                     Öz pulumuzu özümüzə satan banklar: Komissiya haqqı niyə yüksəkdir? .....                     Rusiyadan qaçan bankir: .....                     MİDA-nın 250 min manatlıq müqaviləsi 20 manatlıq şirkətə verildi .....                     Kinematoqrafçılar İttifaqının iclasında dava düşdü .....                     Bu gün QURBAN BAYRAMIDIR... .....                     “MTN işi” ilə bağlı üzücü XƏBƏR: Zərərçəkənlərdən daha biri... .....                     Azərbaycan XİN başçısının Moskvaya, Rusiya müdafiə nazirinin isə Bakıya səfərinə hazırlıq gedir .....                     “Vaşinqton sənədini cırıb atmayacağıq” .....                     “Yüksəliş” müsabiqəsinin qalibinə bankda yüksək vəzifə verildi .....                     Ermənilər seçim qarşısında .....                     GDU-nun samovar və çaynik almaq planı baş tutmadı: .....                     Rusiyasız Ermənistan istəyənləri ağıllandıracağıq .....                     PREZİDENT “YERİNDƏ SAYIRIQ, İDXALI AZALTMALIYIQ” DEDİ... .....                     Hafiz Hacıyev cərimələnib .....                     Azərbaycanda 14 il əvvəlki cinayətin üstü açıldı .....                     Ermənistan və ABŞ TRIPP-lə bağlı saziş imzaladı .....                     “Diadem” şirkəti mənfəətini bölüşdürəcək .....                     Özümüzü buğda ilə necə təmin edək? .....                     “Baku Steel Company”dəki 2 milyonluq ƏDV İŞİ: ziyanı ödəmir .....                     "TDT-nin müdafiə qanadının nüvəsi Türkiyə-Azərbaycan-Özbəkistan üçbucağı olacaq" .....                     Uşaqpulu, yoxsa sosial yardımlar?.. .....                     "Abşeron Tekstil"in külli miqdarda borcu var .....                     "Arzum 9999" ləqəbli blogerin məhkəməsi oldu .....                     MDB ölkələrinə şok mesaj: .....                     Merdən Xankəndidən köçmüş ermənilərə: .....                     ABŞ atəşkəsi pozdu, cavab verəcəyik .....                 

"Arvad" sözünü dilimizdən çıxaraq? - Dilçi və psixoloqdan deputata reaksiya
Tarix: Bu gün, 06:00 | Çap et

Cəmiyyətdə istifadə olunan sözlər və ifadələr zaman keçdikcə dəyişir, bəzi anlayışlara münasibət də fərqli formada formalaşır.

Xüsusilə gündəlik danışıq dili ilə yanaşı, qanunvericilikdə işlədilən terminlərin də müasir dövrün yanaşmalarına uyğunlaşdırılması məsələsi tez-tez müzakirə olunur.

Milli Məclisdə keçirilən müzakirələr zamanı deputat Bəhruz Məhərrəmov bu məsələyə toxunaraq bildirib:

“Biz qanunvericilikdə qadını hələ də “arvad” adlandırırıq. Ola bilsin ki, nə zamansa bu, qəbulolunan ifadə olub, amma dil inkişafdadır, münasibətlərin inkişafı, təbii ki, semantikanın da transformasiyası deməkdir.

Amma açıq deyək, bu gün heç bir xanım ona qeyd etdiyim bu ifadə ilə müraciət edilməsini arzulamaz. Ona görə də, Ailə Məcəlləsi başda olmaqla, bütövlükdə qanunvericilikdə, o cümlədən gələcəkdə Konstitusiyada aidiyyəti dəyişikliyin aparılması yaxşı olar.

İkinci vacib məqam - dəfələrlə qeyd etmişik, bir daha vurğulamaq istəyirəm - gender məsələlərindən danışarkən xüsusi ehtiyatlı davranmalıyıq. Azərbaycan cəmiyyətində kişi və qadın institutları tam mənada oturuşub, “həyat yoldaşı” anlayışı formatında həm kişinin, həm qadının ailədə rolu çox aydın formada müəyyən edilib”.

"Arvad’ sözünün Azərbaycan dilində işlənməsi bu gün dil norması və müasir üslub baxımından nə dərəcədə doğru və ya yanlışdır?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin dosenti, dilçi alim Elşad Abışov bildirib ki, bu sözün xalq danışıq dilində işlənməsi təbii sayılsa da, ədəbi dildə və rəsmi ünsiyyətdə daha uyğun ifadələrə üstünlük verilməsi dil mədəniyyətinin inkişafı kimi qiymətləndirilir:

“Arvad sözü xalq danışıq dilində istifadə olunur. Bu söz daha çox dialekt və şivələrdə işlənir. Təbii ki, ədəbi dildə “arvad” sözünə rast gəlinmir. Milli Məclisdə bu məsələnin müzakirə olunması və bunun normadankənar ifadə kimi qəbul edilməsi tam təbii və qanunauyğundur.

Ümumiyyətlə, heç kimin ixtiyarı yoxdur ki, hər hansı sözü qanunla qadağan etsin. Nə belə bir qanun qəbul oluna bilər, nə də inanmıram ki, Milli Məclis belə bir addım atsın. Burada söhbət ondan gedir ki, bu cür loru və xalq danışıq dilinə aid ifadələrin ədəbi dildə işlədilməsi məqsədəuyğun hesab edilmir.

Yəni ziyalı təbəqənin və ictimai şəxslərin bacardığı qədər bu ifadələrdən istifadə etməməsi tövsiyə olunur. Burada qadağadan söhbət getmir. Yəni kimsə bu ifadəni işlətdiyinə görə cərimələnməyəcək və ya ona cinayət işi açılmayacaq. Sadəcə məqsəd odur ki, normadan kənar hesab olunan bu tip ifadələrdən mümkün qədər az istifadə olunsun”.

O qeyd edib ki, “arvad” sözündən bir çox qadın narahat olur və bu müraciət formasını kobud hesab edir:

“Halbuki əvvəlki dövrlərdə bu ifadə adi və geniş yayılmış müraciət forması idi. Xüsusilə XX əsrin əvvəllərində və sovet dövrünün ilk illərində kişilər gündəlik danışıqda həyat yoldaşlarına “bizim arvad” deyə müraciət edirdilər.

Hətta 50-60-cı illərin bədii əsərlərində də kişilərin həyat yoldaşlarının adını çəkmədiyi, “bizim qarı”, “bizim qadın” kimi ifadələr işlətdiyi açıq şəkildə görünür. Bu, həmin dövrün ictimai düşüncəsi və ailə münasibətləri ilə bağlı idi.

Amma zaman keçdikcə cəmiyyət dəyişir, insanların dünyagörüşü yenilənir, təhsil səviyyəsi artır və dilə münasibət də fərqli olur. Bu gün insanlar münasibətlərdə daha nəzakətli və etik ifadələrə üstünlük verməyə çalışırlar. Buna görə də “həyat yoldaşı”, “xanım”, qadın” kimi ifadələrin istifadəsi daha uyğun hesab edilir.

Dil canlı bir orqanizmdir, zamanla dəyişir və yenilənir. Necə ki, əvvəllər normal qəbul edilən bəzi sözlər bu gün köhnəlmiş və ya uyğun olmayan ifadə kimi qəbul olunur, eyni şəkildə bəzi müraciət formalarının da dəyişməsi təbii prosesdir. Bu baxımdan, məqsəd hansısa sözü qadağan etmək deyil, ədəbi dilin normalarını qorumaq və daha uyğun ifadələrin istifadəsini təşviq etməkdir.”

“Arvad” sözünün qadınların psixologiyasına necə təsir etməsi iə bağlı psixoloq Gülnar Ağayeva bildirib ki, gündəlik danışıqda və ya rəsmi müstəvidə qadın yerinə “arvad” ifadəsinin işlədilməsi bəzi hallarda qadınlarda dəyərsizləşdirilmə hissi yarada bilər:

“Xüsusilə bu söz aşağılayıcı tonla səsləndirildikdə, qadının özünəinamına, sosial qəbul hissinə və emosional vəziyyətinə mənfi təsir göstərə bilir. Yəni dil təkcə ünsiyyət vasitəsi deyil, həm də cəmiyyətdə insanlara münasibətin göstəricisidir.

Uzun illər müəyyən sözlərin kobud və ya stereotip mənada işlədilməsi qadınların özlərini ikinci planda hiss etməsinə səbəb ola bilər. Bu isə xüsusilə yeniyetmə qızlarda və həssas psixoloji dövrdə olan insanlarda özünüqiymətləndirməyə təsir edir.

Hörmət və bərabərlik hissini gücləndirən ifadələrin seçilməsi ailədaxili münasibətlərə və cəmiyyətin psixoloji sağlamlığına da müsbət təsir göstərir”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyan Astanada keçiriləcək Aİİ sammitinə qatılmayacaq - Rusiya mediası
Bu gün, 06:52
Azərbaycan və Latviya qiymətləndiriciləri arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Bu gün, 06:45
Təhsilimiz Bağırovlardan qurtula bilmir - MALƏSƏF...
Bu gün, 06:33
“Kontakt Home” camaatla MƏZƏLƏNİR - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 06:28
"Suraxanı bazarı”nın qanunsuz genişlənməsi təsdiqləndi - Araşdırma aparılır
Bu gün, 06:25
Qubada ŞƏHİD RUHUNA sayğısızlıq! - BU NƏDİ BELƏ?
Bu gün, 06:19
AFFA PFL-in prezidenti postuna onu gətirmək istəyir -İDDİA
Bu gün, 06:17
"Kim 100-200 manat üçün işləməkdən imtina edər?" - ETİRAZ
Bu gün, 06:13
Xaricdə təhsil alan nazir Məcnun Məmmədovun diplomu təsdiq olunacaq? - İLGİNC
Bu gün, 06:09
Bu pulları dəyişsəz, itirə bilərsiniz – Gözlənilməz problem yarandı
Bu gün, 06:02
"Arvad" sözünü dilimizdən çıxaraq? - Dilçi və psixoloqdan deputata reaksiya
Bu gün, 06:00
"Diplomatın bu cür tənqidi çıxışını həm də bir siqnal kimi yozmaq mümkündür" - GƏLİŞMƏ
Bu gün, 05:58
Masada 3 ssenari var: Hansı ağır gələcək? - İNCƏLƏMƏ
Bu gün, 05:55
Moskva Ermənistan xalqının Rusiyayönlü mövqedə olduğunu göstərməyə çalışır - AMMA...
Bu gün, 05:53
Öz pulumuzu özümüzə satan banklar: Komissiya haqqı niyə yüksəkdir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:51
Rusiyadan qaçan bankir: - “Hamı onun ölümünü gözləyir”
Bu gün, 05:48
MİDA-nın 250 min manatlıq müqaviləsi 20 manatlıq şirkətə verildi - TƏFƏRRÜAT
Bu gün, 05:44
Kinematoqrafçılar İttifaqının iclasında dava düşdü - VİDEO
Bu gün, 05:38
Bu gün QURBAN BAYRAMIDIR... - QUTLU OLSUN!
Bu gün, 05:32
“MTN işi” ilə bağlı üzücü XƏBƏR: Zərərçəkənlərdən daha biri... - FOTO
Dünən, 21:00
Azərbaycan XİN başçısının Moskvaya, Rusiya müdafiə nazirinin isə Bakıya səfərinə hazırlıq gedir
Dünən, 20:56
“Vaşinqton sənədini cırıb atmayacağıq” - Köçəryan
Dünən, 17:42
“Yüksəliş” müsabiqəsinin qalibinə bankda yüksək vəzifə verildi - FOTO
Dünən, 17:37
Ermənilər seçim qarşısında - İki yol var, ya Paşinyan, ya da...
Dünən, 17:26
GDU-nun samovar və çaynik almaq planı baş tutmadı: - 289 minlik tenderi niyə ləğv edilib?
Dünən, 17:12
Rusiyasız Ermənistan istəyənləri ağıllandıracağıq - HƏDƏ
Dünən, 17:10
PREZİDENT “YERİNDƏ SAYIRIQ, İDXALI AZALTMALIYIQ” DEDİ... - Ekspert əsas problemləri AÇIQLADI
Dünən, 17:08
Hafiz Hacıyev cərimələnib - SƏBƏB
Dünən, 17:05
Azərbaycanda 14 il əvvəlki cinayətin üstü açıldı - Qadın həbs edildi
Dünən, 17:04
Ermənistan və ABŞ TRIPP-lə bağlı saziş imzaladı - KİV
Dünən, 17:00
“Diadem” şirkəti mənfəətini bölüşdürəcək
Dünən, 16:57
Özümüzü buğda ilə necə təmin edək? - Professordan təklif
Dünən, 16:52
“Baku Steel Company”dəki 2 milyonluq ƏDV İŞİ: ziyanı ödəmir - TƏFƏRRÜAT
Dünən, 16:47
"TDT-nin müdafiə qanadının nüvəsi Türkiyə-Azərbaycan-Özbəkistan üçbucağı olacaq" - Yücel Karauz
Dünən, 16:46
Uşaqpulu, yoxsa sosial yardımlar?.. - Azərbaycanın strateji seçimi və iqtisadi reallıqlar
Dünən, 16:32
"Abşeron Tekstil"in külli miqdarda borcu var
Dünən, 16:30
"Arzum 9999" ləqəbli blogerin məhkəməsi oldu
Dünən, 16:22
MDB ölkələrinə şok mesaj: - Rusiya haradan başlayacaq?
Dünən, 16:19
Merdən Xankəndidən köçmüş ermənilərə: - “Sizi Rusiyaya köçürəcəyik”
Dünən, 16:18
ABŞ atəşkəsi pozdu, cavab verəcəyik - İran
Dünən, 16:15
“PAŞA Bank”ın rəhbərliyinə yeni təyinat - BUNDAN SONRA...
Dünən, 16:12
200 dollarlıq neft: Dünya üçün fəlakət ssenarisi - ARAŞDIRMA
Dünən, 16:07
Hərraca çıxarılan “Zəngəzur Harmony” oteli bir ildir alan yoxdur – Qiyməti 7,8 milyondan 5,9 milyona düşüb
Dünən, 16:00
Kinematoqrafçılar İttifaqının yeni sədri MƏLUM OLDU - BUNDAN SONRA...
Dünən, 15:57
ABŞ dövlət katibi Marko Rubio Ermənistanda səfərdədir - FOTO
Dünən, 15:54
FHN amfibiyanın “ömrünü uzatmaq” üçün bu dəfə Ukrayna şirkəti ilə müqavilə bağladı - TƏFƏRRÜAT
Dünən, 15:50
Azərbaycan BOKT-unun təsisçisi dəyişib
Dünən, 15:41
“OBA”dan Qurban bayramı münasibətilə “Qonşu payı” təşəbbüsü
Dünən, 15:37
Deputatlıq mandat deyil, sözün məsuliyyətidir - REPLİKA
Dünən, 15:33
"Gazelli Group" yenidən təşkil olunur
Dünən, 15:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru