Azərbaycanda fəaliyyət göstərən qeyri-yaşayış binalarının tikintisi fəaliyyətilə məşğul olan “Diadem” ASC- “Diadem” Açıq Səhmdar Cəmiyyətinin (ASC) səhmdarlarının növbəti Ümumi Yığıncağı çağırılır.
Banker.az xəbər verir ki, yığıncaq 30 iyun 2026-cı il saat 16:00-da Cəmiyyətin Sumqayıt şəhəri, Corat ŞTQ, 71-ci məhəllə, ev 3 ünvanında yerləşən binasında baş tutacaq.
Yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. 2025-ci ilin illik hesabatının (audit olunmuş maliyyə və idarəetmə hesabatlarının) təsdiqlənməsi;
2. 2025-ci ilin mənfəətinin bölüşdürülməsi barədə qərarın qəbulu.
Hazırda “Diadem” ASC-nin səhmdarları Nəbiyev Elbrus Ənvər oğlu (75%) və Dostumalıyeva Kamalə Qocakişi qızıdır (25%).









