Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) yeni sədri məlum olub.
“Yeni Sabah” xəbər verir ki, səsvermənin nəticələrinə əsasən, rejissor Əli İsa Cabbarov AKİ-nin sədri seçilib.
Bununla da təşkilatın qurultayı başa çatıb.
Qeyd edək ki, sədr postu uğrunda Xalq artisti Şəfiqə Məmmədova və ittifaqın katibi, rejissor Əli İsa Cabbarov mübarizə aparırdı.









