"Kredaqro" MMC bank olmayan kredit təşkilatının (BOKT) yeganə təsisçisi Rusiyaya məxsus "Aqromostfinans" MMC payını satıb.
"Report" BOKT-a istinadən xəbər verir ki, onun payını Rusiya vətəndaşı Nikolay Smirnov alıb.
Yeni təsisçi kredit təşkilatının nizamnamə kapitalını kəskin artıraraq 1 milyon manatdan 23,79 milyon manata çatdırıb.
Xatırladaq ki, "Kredaqro" 2000-ci ildə yaradılıb.









