Son günlər diqqətçəkən məlumatları ilə böyük marağa səbəb olan SOCAR işçisi Teymur Ağayev yeni faktlarla yenidən gündəmdədir. "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı qeyd edib.
NHMT sədrinə istinadən bu dəfə vəzifədən alındığı deyilən, amma hələ də iş başında tutulan SOCAR-da vitse-prezident görevi daşıyan Babək Hüseynovun müəmmalı aqibətindən, habelə SOCAR-da gözlənilən digər dəyişikliklərdən xəbər verəcəyik. Beləliklə, Teymur Ağayev yazır:
"Amerika vətəndaşı olan "Cənab Finansist" (Babək Hüseynov nəzərdə tutulur -red.) aylardır Amerikada olmasına baxmayaraq hələ də ölkəmizə, dövlətimizə ziyan vurmağa davam edir. SOCAR -da hələ də ştatdadır və əməkhaqqısını heç nə olmamış kimi alır. Təkcə guya istehsalata görə lisenziyaların alınması üçün təqribən 20 milyon dollara yaxın ziyan vurub dövlətə. Heç biri də işləmir.
Sentyabrda neftçilər günü ərəfəsində işdən qovulması ilə bağlı dövlət başçısı tərəfindən rəsmi əmrinin verilməsi gözlənilir. Təəssüf ki cəzasız, heç nə olmamış kimi tərk edir ölkəni, sözün əsl mənasında vurduğu ziyan və yeyintilərə görə vətən xaini elan edilib, xirtdəyindən tutub içəri basılası adamdır.
Bundan əlavə heç nə ilə yadda qalmayan başqa bir vitse-prezident də yola salınır sentyabrda (Kənan Nəcəfov).
Ən əsas dəyişiklərdən biri də prezidentin müşaviri olan Elçin Ağakişiyevin də yola salınmasıdır. Artıq yerinə Fərhad adında bir yoldaşın təyinatı var. Elçin Ağakişiyev tikinti və qazma kurasiyasına nəzarət edirdi və özü də özünü Caspian Drilling Company-nin CEO su etmişdi. Qazma Tresti, Tikinti Tresti, Azfen, Bos Shelf, CDC, SOCAR Cape, Caspian Pipe Coatings və s. Vəzifəyə paraşütlə tullanan SOCAR Neft Servizləri Departamentinin rəisi Rüfət Rzayevi Elçin Ağakişiyev təyin etdirmişdi, Azfen serverlərini bitkoin emalına yönləndirib şəxsi ciblərinə pul qazanırdılar. Rüfət Rzayev iş zənciri qırılıb rəisi işdən çıxdığına və bütün yeyintilərinin üstü açılacağı qorxusuna görə girməyə deşik axtarır indi.
Finansist Babək necə Amerikaya qaçan kimi, Rüfət Rzayev də gəldiyi Qazaxıstana qaçmaq istəyir.
Bundan əlavə, SOCAR-da çox yüksək vəzifəli başqa bir yoldaşın da Böyük Britaniya vətəndaşlığı var. Bu yaxınlarda onun da Londona qaçacağı gözlənilir..."
















