Səriyya Bünyatova SOCAR prezidenti Rövşən Nəcəfə müşaviri vəzifəsinə təyin olunub.
Bankr.az xəbər veeir ki, o, bundan əvvəl 2023-cü ilin fevralından 2026-cı ilin fevralınadək SOCAR prezidentinin vitse-prezidentinin müşaviri olub.
Bunyatova 2021–2023-cü illərdə İqtisadiyyat Nazirliyində Ticarətin tənzimlənməsi şöbəsinin rəhbəri vəzifəsində çalışıb.
O, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında hüquq üzrə bakalavr, Lion Katolik Universitetində Avropa və beynəlxalq ticarət və investisiya hüququ üzrə magistr dərəcəsi alıb. 2026-cı ildə Oksford Universitetinin Saïd Biznes Məktəbində MBA Fundamentals proqramını tamamlayıb.










