İrəvanın mərkəzində "Artsax": .....                     SOCAR-ın idarəsinin dövlətə 40 MİLYON VERGİ BORCU YARANDI .....                     Müəllimlə valideynin birləşib şagirdə öyrətdiyi .....                     Əminəm ki, Rusiyanın təxribat xarakterli addımları davam edəcək .....                     Abşeronda qəribə qəza .....                     “Mismarla gözünü çıxarmaq istəyirdim...” .....                     Azərbaycan səfirliyinə qarşı təxribatın arxasında nə dayanır? .....                     Bu şirkətin 150 min vergi borcu üzə çıxdı .....                     Kəmaləddin Heydərov komandiri vəzifəsindən azad etdi .....                     Tarix və sərt reallıq istisnasız olaraq hər kəsi mühakimə edəcək: .....                     100 min dollarlıq duet QALMAQALI .....                     24 ton qızılın arxasında nə var? .....                     “Okean” restoranında qardaşları bıçaqlayan gənc: “Onunla çiyin-çiyinə dəydik və...” .....                     Sahib Süleymanovun başı dərddə .....                     ETN “köhnə dostla” yenidən anlaşdı: Bu dəfə 3.7 milyona .....                     Ölkənin ən böyük ixracatçıları kimdir? .....                     Köçəryanla Sərkisyana Azərbaycandan pis xəbər: .....                     İranın nüvə silahı əldə etməsi yəhudilərin sonu deməkdir .....                     “GoldenPay”in rəhbəri vəzifəsini tərk etdi .....                     17 manatlıq şokolad 36 manat oldu .....                     Putin Ukraynada “bataqlığa” düşdü, Tramp İranda ilişib qaldı .....                     "SOCAR Polymer" 7 ayda ixracdan 154 milyon dollardan çox gəlir əldə edib .....                     Azərbaycanda insanlar ən çox hansı kompüterdən istifadə edirlər? .....                     SOCAR prezidentinə müşavir təyin edildi .....                     İki şirkət 1,5 milyon kubmetrlik qum-çınqıl ehtiyatını 172 min manata istismar edəcək .....                     Yeməyi gec hazırlayan arvadının saçlarını yoldu .....                     “Qızımla eyni balı toplayıb, amma işə onu götürüblər” .....                     Nigar Fərhad sərbəst buraxıldı .....                     Əli İsa Cabbarov AKİ sədrliyindən namizədliyini geri götürüb, .....                     Gəncədə oğul anasını QƏTLƏ YETİRDİ .....                     Bakıda 25 milyonluq obyekti 16 milyona hərraca çıxarıblar .....                     "Həkimlər deyir özünü qorumalısan" .....                     “Azəriqaz”ın işçisini döyən şəxsə elektron qolbaq taxıldı .....                     Rus bölmələrində oxuyan şagirdlər üçün .....                     Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın .....                     Rusiya Köçəryanı yenidən hakimiyyətə gətirə bilməyəcək .....                     Putinin kriminal avtoritet dostu həbsdən buraxıldı .....                     Dronlara görə Azərbaycana uçuşlar yenə təxirə salındı .....                     Deputatlığa namizəd olan müəllim faciəli şəkildə öldü .....                     Rusiyalı fərarilər Azərbaycana sığınsa... .....                 

24 ton qızılın arxasında nə var? - Şiryayevin iddialarının rəqəmlərlə təkzibi
Tarix: Bu gün, 17:00 | Çap et

Rusiyalı iqtisadi şərhçi Vyaçeslav Şiryayev “DW на русском” platformasında Azərbaycanın sanksiyaya məruz qalmış Rusiya qızılının Qərbə çıxarılmasında vasitəçi rol oynadığını iddia edib. Onun arqumenti ilk baxışda diqqətçəkəndir: Azərbaycan ildə təxminən 3 ton qızıl hasil etdiyi halda, 2026-cı ilin ilk yarısında 24,2 ton qızıl ixrac edib.

Lakin iki rəqəmi yanaşı qoymaq hələ onların arasında səbəb-nəticə əlaqəsi yaratmır. Xüsusilə də söhbət illər ərzində formalaşdırılmış dövlət qızıl ehtiyatlarından gedirsə.

Hasilat 3 tondur, bəs 24 ton haradan gəlib?

Şiryayevin müqayisəsində əsas boşluq budur ki, Azərbaycanın qızıl imkanları yalnız cari hasilatla məhdudlaşdırılır. Halbuki Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2012-ci ildən fiziki qızıla investisiya edir. Həmin vaxt Fondun investisiya portfelində qızıl üzrə limit 5%-dək müəyyən edilmişdi. Sonrakı illərdə bu hədd mərhələli şəkildə artırılıb: 2019-cu ildə 10%-ə, 2022-ci ildə 15%-ə, 2025-ci ildə 25%-ə, 2026-cı ildə isə 35%-ə çatdırılıb.

ARDNF xüsusilə son iki ildə qızıl alışını sürətləndirib. Fond 2024-cü ildə 44,8 ton, 2025-ci ildə isə əlavə 53,4 ton qızıl alıb. Nəticədə 2026-cı ilin əvvəlinə ARDNF-nin qızıl ehtiyatı 200 tona, həmin aktivlərin bazar dəyəri isə 28 milyard dollardan yuxarı səviyyəyə çatıb.

Bu rəqəm bir məqamı aydın göstərir: Azərbaycanın 24 ton qızıl ixrac etmək imkanını qiymətləndirərkən yalnız həmin il mədəndən çıxarılan 3 tona baxmaq doğru metod deyil. Ölkənin əvvəlki illərdə topladığı yüzlərlə ton qızıl ehtiyatı da balansın bir hissəsidir.

Qızıl bahalaşdı, portfelin çəkisi dəyişdi

ARDNF-nin qızıl ehtiyatlarını artırdığı dövr dünya bazarında qiymətlərin sürətli yüksəlişi ilə üst-üstə düşüb.

2022-ci ildə qızılın orta illik qiyməti təxminən 1800 dollar/unsiya olduğu halda, 2023-cü ildə 1940 dollara, 2024-cü ildə 2388 dollara, 2025-ci ildə isə 3400 dollardan yuxarı səviyyəyə qalxıb. 2026-cı il yanvarın 29-da qızıl 5594,82 dollar/unsiya ilə tarixi maksimuma çatıb.

Qiymət artımı ARDNF-nin əlində olan qızılın yalnız dəyərini artırmayıb, onun ümumi investisiya portfelindəki çəkisini də yüksəldib. Nəticədə qızılın payı investisiya siyasətində müəyyən edilən həddi keçib.

Fond bu səbəbdən 2026-cı ilin I rübündə 21,9 ton qızıl satıb. Ehtiyat 200 tondan 178,1 tona düşüb. ARDNF bunu portfelin yenidən balanslaşdırılması ilə izah edib. “Fitch Ratings” də yanvar-aprel aylarında qızıl ehtiyatlarının bir hissəsinin məhz portfel balansının bərpası məqsədilə satıldığını qeyd edib.

Yəni söhbət fövqəladə və ya izahı olmayan əməliyyatdan yox, aktivlərin payını müəyyən edilmiş hədlərdə saxlamaq üçün tətbiq olunan adi investisiya mexanizmindən gedir.

Üst-üstə düşən satış və ixrac rəqəmləri - 21,9 ton

Məsələnin ən diqqətçəkən hissəsi isə rəqəmlərin üst-üstə düşməsidir.

2026-cı ilin ilk yarısında Azərbaycanın ixrac etdiyi 24,2 ton qızılın 21,902 tonu Böyük Britaniyaya göndərilib. ARDNF-nin I rübdə satdığı qızılın həcmi isə 21,9 ton olub. Açıq gömrük statistikası da Böyük Britaniyaya göndərilən həmin 21,902 tonun məhz ARDNF-nin satdığı qızıl olduğunu deməyə əsas verir. Rəqəmlərin bu qədər yaxın olması 24 tonluq ixrac sıçrayışının böyük hissəsi üçün açıq, məntiqli və sənədləşdirilmiş alternativ izah ortaya qoyur.

Şiryayev isə bu faktı nəzərə almadan “3 ton hasilat – 24 ton ixrac” müqayisəsindən birbaşa Rusiya qızılı nəticəsinə gəlir.

Rusiyadan qızıl idxalının izi haradadır?

Əgər iddia doğrudan da Rusiyadan gətirilmiş qızılın Azərbaycandan Qərbə re-eksport edilməsidirsə, normal halda bu zəncirin ən azı bir hissəsi xarici ticarət statistikasında görünməlidir. 2026-cı ilin ilk yarısında Azərbaycanın qızıl idxalı cəmi 91,5 kiloqram olub. Bunun 72,4 kq-ı Türkiyədən, 19 kq-ı İsveçrədən, 0,1 kq-ı BƏƏ-dən gətirilib. Göründüyü kimi, açıq statistikada Rusiyadan Azərbaycana onlarla ton qızıl gətirilməsini göstərən məlumat yoxdur.

Bu, nəzəri olaraq qeyri-rəsmi və ya başqa sxemlərin mövcudluğunu avtomatik istisna etmir. Amma belə bir iddianı irəli sürən şəxs artıq bunu sübut etməlidir: qızılın mənşəyi, Azərbaycana daxilolma marşrutu, gömrük sənədləri, satıcı və alıcılar, affinaj və tranzit zənciri göstərilməlidir.

Bunların əvəzinə sadəcə hasilatla ixracı müqayisə etmək ciddi ittiham üçün yetərli deyil.

Re-eksportun Ermənistan nümunəsi

Bunun ən aydın nümunələrindən biri Ermənistandır. 2024-cü ildə Ermənistan Rusiyadan təxminən 84,5 ton, 5,9 milyard dollarlıq emal olunmamış qeyri-monetar qızıl idxal edib və həmin il 77,5 ton qızıl ixrac edib.

Burada mənşə ölkəsi, idxal həcmi və sonrakı ixrac istiqamətləri statistikada aydın görünür. Dünya Bankı da Ermənistanın sanksiyalar fonunda Rusiya mallarının re-eksport və tranzit mərkəzlərindən birinə çevrildiyini ayrıca qeyd edib. Azərbaycanla bağlı Şiryayevin iddiasında isə bu cür zəncir təqdim olunmur.

“Deutsche Welle” hansı faktları yoxlamalı idi?

Məsələnin digər tərəfi iddianın yayımlandığı platformadır.

“Deutsche Welle” kimi beynəlxalq media qurumu Azərbaycanın Rusiya qızılını sanksiyalardan yayındıraraq Qərbə çıxarması kimi ciddi ittihamı yayımlayarkən qarşı tərəfin açıq məlumatlarını da yoxlamalı idi.

ARDNF-nin 200 tonluq qızıl ehtiyatı, 2026-cı ilin I rübündə 21,9 ton qızıl satması, həmin dövrdə Böyük Britaniyaya 21,902 ton qızıl ixrac edilməsi və Rusiyadan böyük həcmdə qızıl idxalının statistikada görünməməsi araşdırılması çətin faktlar deyil.

Jurnalistikanın əsas prinsiplərindən biri ittihamın yoxlanılması, qarşı tərəfin mövqeyinin öyrənilməsi və oxucuya bütün mühüm faktların təqdim edilməsidir. Əgər bunlar edilmədən bir ekspertin ehtimalı fakt təsiri ilə auditoriyaya təqdim olunursa, artıq balans və faktların yoxlanılması prinsipləri ilə bağlı ciddi suallar yaranır.

Şiryayevin iddiasını sübut etmək öhdəliyi də onun öz üzərindədir. Mövcud açıq məlumatlar 24 tonluq ixrac üçün Rusiya qızılı versiyasından fərqli və sənədləşdirilmiş izah ortaya qoyur. Bunun əksini iddia edən tərəf konkret sübut təqdim etməlidir.

Vyaçeslav Şiryayev bu sübutları ortaya qoya bilmirsə, irəli sürdüyü ittihamı geri götürməlidir. “Deutsche Welle” isə faktların yoxlanılmadan və qarşı tərəfin mövqeyi araşdırılmadan yayımlandığı müəyyən edilərsə, materiala düzəliş etməli və balansı bərpa etməlidir. Əsassız ittiham böhtan xarakteri daşıyırsa, həm Şiryayevin, həm də “Deutsche Welle”nin üzr istəməsi jurnalist məsuliyyətinin tələbidir.

APA.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İrəvanın mərkəzində "Artsax": - NİYƏ QALMALIDIR?
Bu gün, 18:03
SOCAR-ın idarəsinin dövlətə 40 MİLYON VERGİ BORCU YARANDI - TƏFƏRRÜAT
Bu gün, 18:02
Müəllimlə valideynin birləşib şagirdə öyrətdiyi DƏRS
Bu gün, 17:58
Əminəm ki, Rusiyanın təxribat xarakterli addımları davam edəcək - Tofiq Zülfüqarov
Bu gün, 17:50
Abşeronda qəribə qəza - Qadın öldü, yeniyetmə sürücü qaçdı
Bu gün, 17:38
“Mismarla gözünü çıxarmaq istəyirdim...” - Evli ola-ola elçi göndəribmiş
Bu gün, 17:36
Azərbaycan səfirliyinə qarşı təxribatın arxasında nə dayanır? - Moskvanın təhlükəli oyunu...
Bu gün, 17:19
Bu şirkətin 150 min vergi borcu üzə çıxdı - DETALLAR
Bu gün, 17:14
Kəmaləddin Heydərov komandiri vəzifəsindən azad etdi - ƏMR
Bu gün, 17:13
Tarix və sərt reallıq istisnasız olaraq hər kəsi mühakimə edəcək: - hər bir Xocalı cəlladı layiq olduğu cəzanı alacaq
Bu gün, 17:09
100 min dollarlıq duet QALMAQALI - Yıldız Tilbe Vəfa Şərifovanı məhkəməyə verib?
Bu gün, 17:07
24 ton qızılın arxasında nə var? - Şiryayevin iddialarının rəqəmlərlə təkzibi
Bu gün, 17:00
“Okean” restoranında qardaşları bıçaqlayan gənc: “Onunla çiyin-çiyinə dəydik və...” - TƏFƏRRÜAT
Bu gün, 16:56
Sahib Süleymanovun başı dərddə - “Best Energy Group“ MMC-nin tenderləri yoxlanılır
Bu gün, 16:52
ETN “köhnə dostla” yenidən anlaşdı: Bu dəfə 3.7 milyona - ARAŞDIRMA
Bu gün, 16:29
Ölkənin ən böyük ixracatçıları kimdir? – Milyonlarla dövriyyə, milyonlarla borc müəmması...
Bu gün, 16:25
Köçəryanla Sərkisyana Azərbaycandan pis xəbər: - Bu, sübut olunsa, təhvil veriləcəklər
Bu gün, 16:18
İranın nüvə silahı əldə etməsi yəhudilərin sonu deməkdir - Netanyahu
Bu gün, 16:13
“GoldenPay”in rəhbəri vəzifəsini tərk etdi – Yeni təyinat
Bu gün, 16:10
17 manatlıq şokolad 36 manat oldu – Qiymətlər "od tutub yanır"
Bu gün, 16:01
Putin Ukraynada “bataqlığa” düşdü, Tramp İranda ilişib qaldı - iki savaşın ŞOK fərqləri
Bu gün, 15:57
"SOCAR Polymer" 7 ayda ixracdan 154 milyon dollardan çox gəlir əldə edib
Bu gün, 15:53
Azərbaycanda insanlar ən çox hansı kompüterdən istifadə edirlər?
Bu gün, 14:52
SOCAR prezidentinə müşavir təyin edildi - ƏMR
Bu gün, 14:48
İki şirkət 1,5 milyon kubmetrlik qum-çınqıl ehtiyatını 172 min manata istismar edəcək - QALİB ŞİRKƏTLƏR
Bu gün, 14:45
Yeməyi gec hazırlayan arvadının saçlarını yoldu - Bakıda
Bu gün, 14:37
“Qızımla eyni balı toplayıb, amma işə onu götürüblər” - NARAZILIQ VAR...
Bu gün, 14:33
Nigar Fərhad sərbəst buraxıldı
Bu gün, 14:27
Əli İsa Cabbarov AKİ sədrliyindən namizədliyini geri götürüb, işdən çıxmaqla bağlı ərizə yazıb
Bu gün, 14:25
Gəncədə oğul anasını QƏTLƏ YETİRDİ - TƏFƏRRÜAT
Bu gün, 13:14
Bakıda 25 milyonluq obyekti 16 milyona hərraca çıxarıblar – Fotolar
Bu gün, 13:08
"Həkimlər deyir özünü qorumalısan" - Əsabəli Mustafayev
Bu gün, 13:05
“Azəriqaz”ın işçisini döyən şəxsə elektron qolbaq taxıldı
Bu gün, 12:53
Rus bölmələrində oxuyan şagirdlər üçün yeni DƏYİŞİKLİK
Bu gün, 12:50
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın - DİQQƏT
Bu gün, 12:45
Rusiya Köçəryanı yenidən hakimiyyətə gətirə bilməyəcək - Tumasyan
Bu gün, 12:39
Putinin kriminal avtoritet dostu həbsdən buraxıldı - "Antikvar" haqqında sensasion qərar
Bu gün, 12:31
Dronlara görə Azərbaycana uçuşlar yenə təxirə salındı - KİV
Bu gün, 12:26
Deputatlığa namizəd olan müəllim faciəli şəkildə öldü - Hadisə yerindən FOTO
Bu gün, 12:22
Rusiyalı fərarilər Azərbaycana sığınsa... – Bakıdan REAKSİYA
Bu gün, 12:21
Şəhərin mərkəzində dayanacağı söküb sərnişinləri təhlükəyə atdılar - BU NƏDİ BELƏ?
Bu gün, 12:14
Sabiq deputat tələbə oldu - DOSYE
Bu gün, 12:06
“Qurban Qurbanovu gözdən salanlar səhv yol tuturlar, qısqanclıq edirlər” - Aqil Abbas
Bu gün, 11:59
Quru sərhədlərin açılması ilə bağlı yeni siqnal? - DSX-dən diqqətçəkən açıqlama
Bu gün, 11:55
Son 6 ildə dünyanın ən böyük şirkətləri necə dəyişib? - SİYAHI
Bu gün, 11:49
“Tofiq Zülfüqarovun cavabı məni heyrətləndirdi” – Sərkisyandan ŞOK
Bu gün, 11:44
"Dövlət əmlakını taladım" - Tural Abbaslı
Bu gün, 11:42
Rusiya həqiqətən NATO-ya hücum edə bilər - “Wall Street Journal”
Bu gün, 11:38
Ermənistan Avrasiya İqtisadi İttifaqının hesabına inkişaf edib - Lavrov
Bu gün, 11:32
Azərkosmos-un ixracı gəlirləri düşüb – Müştəriləri azalıb
Bu gün, 11:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru