"ZAL GROUP" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlətə külli miqdarda vergi borcu yaranıb.
Qaynarinfo-nun məlumatına görə, şirkətin Naxçıvan Muxtar respublikasının 3 saylı Ərazi Vergilər İdarəsinə 144.132,55 vergi borcu var.
Qeyd edək ki, nizamnamə kapitalı 10 manat olan "ZAL GROUP" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi Tural Zalov Zal oğludur.









