Ermənistan Azərbaycandan elektrik enerjisi ala bilərmi? .....                     Jurnalist TƏBİB şefinə müraciət etdi .....                     Azərbaycanla əlaqələri yeni səviyyəyə qaldıra bilərik .....                     “Best Energy Group“ MMC-nin tenderləri yoxlanılır .....                     Kəndlərin boşalmasının qarşısını almaq qeyri-mümkündür .....                     Təhsil haqqını artıran universitetlər: .....                     Ermənistan MN-də “cadugər ovu” .....                     Dövlət Agentliyi "Diri baba" türbəsinin bərpasını 10 manatlıq mənzil şirkətinə həvalə etdi .....                     ABŞ İranla müharibə zamanı geri çağırdığı diplomatlarını .....                     Möhtəkirlər ətin qiymətini yenidən qaldırdı .....                     Xəzərdə “15 mil” məsələsi Tehranı ayağa qaldırdı: Zəngəzur dəhlizinə təhlükə .....                     Rusiya reaktiv mühərrikli dronlarla hücum edir .....                     Azərbaycanda un bahalaşa bilər .....                     Bakı metrosunu partladan şəxsi kim azad etdirdi? .....                     Səfirliyimizə qarşı təxribatın arxasındakı qüvvə... .....                     Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər .....                     Oğlu Dilqəm Əsgərovu həbs etdirmək istəyir .....                     "5 iş günü artıq bitdi, nəticə yoxdur" .....                     FETÖ Azərbaycan futboluna "əl" qoyur! .....                     Kremlin hədəfinə çevrilən İrəvan üçün BAKI NƏFƏSLİYİ... .....                     İranda müxalif fikirlilər üçün YENİ CƏZA .....                     Ünvanlı sosial yardım alanların sayı azalırsa... .....                     "Futbola keçici əyləncə kimi baxmasanız, əsəbi olacaqsınız" .....                     "Əslində cənab Qurbanov, Etibar müəllimə təşəkkür etsə, haqqı var..." .....                     "Ortada nə pul var, nə də televizor!" .....                     "Nədən nə nazirin, nə də dövlət qurumlarının təklifləri nəzərə alınmır?" .....                     SOCAR-da YIRTICILARIN QAÇIŞ PLANI .....                     Qarabağa gedən partiya sədri hökumətə səsləndi .....                     “DƏSTƏK" Fonduna ŞÜBHƏ VAR! .....                     TƏBİB-in rəhbər sarıdan bəxti gətirmir .....                     İrəvanın mərkəzində "Artsax": .....                     SOCAR-ın idarəsinin dövlətə 40 MİLYON VERGİ BORCU YARANDI .....                     Müəllimlə valideynin birləşib şagirdə öyrətdiyi .....                     Əminəm ki, Rusiyanın təxribat xarakterli addımları davam edəcək .....                     Abşeronda qəribə qəza .....                     “Mismarla gözünü çıxarmaq istəyirdim...” .....                     Azərbaycan səfirliyinə qarşı təxribatın arxasında nə dayanır? .....                     Bu şirkətin 150 min vergi borcu üzə çıxdı .....                     Kəmaləddin Heydərov komandiri vəzifəsindən azad etdi .....                     Tarix və sərt reallıq istisnasız olaraq hər kəsi mühakimə edəcək: .....                 

Kremlin hədəfinə çevrilən İrəvan üçün BAKI NƏFƏSLİYİ... - İNCƏLƏMƏ
Tarix: Bu gün, 07:56 | Çap et

Ermənistanda keçirilən son parlament seçkilərindən sonra Paşinyan hökuməti Rusiya ilə mövcud olan bağların zəiflədilməsi, bir sıra hallarda isə tamamilə kəsilməsi istiqamətində addımlarını reallaşdırmağa başlayıb. Hökumət başçısı kimi yeni parlamentdə ilk çıxışı zamanı Paşinyan Ermənistanın 2026-2031-ci illər üçün inkişaf proqramını açıqlayarkən ölkənin qonşu dövlətlərlə, qərblə inteqrasiyasının xarici siyasətdə prioritet istiqamət olacağını açıqladı. Hökumətin 5 il üçün nəzərdə tutulan proqramında Rusiya artıq strateji partnyor kimi qeyd olunmayıb. Başqa sözlə Ermənistan Rusiyanın təsir mexanizmlərindən ağır-ağır olsa da uzaqlaşmağa çalışır və bu yöndə bəzən radikal, bəzən də uzun zamana hesablanmış addımlarını atmaqdadır. Qarabağ münaqişəsinin bitməsi ilə regionda dəyişən geosiyasi reallıqlar artıq Ermənistan cəmiyyətində də müsbət mənada getdikcə daha çox qəbullanmaqdadır. Ermənistanı Rusiyaya bağlayan tellər hansılardır və bu yöndə hansı addımlar atılmaqdadır.
Birincisi Ermənistanın Rusiya hərbi sənayesindən asılığı ortadan qalxmışdır. Qarabağ münaqişəsinin həllinə qədər Rusiya Ermənistanın əsas silah təhcizatçısı idi. Rusiya-Ukrayna müharibəsi səbəbindən Rusiyanın silah ixracatındakı çətinlikləri və Ermənistanın ölkəmizə qarşı aqressiyasının sonlandırılması səbəbindən Paşinyan hökuməti yeni silah təminatı ilə bağlı alternativ bazarlara girişi təmin edə bildi. Bununla da Rusiya silahı olmadan Ermənistan dövləti olmaz kimi təhdid ortadan qalxmış oldu.
İkincisi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında Ermənistanın iştirakı ilə bağlı mövcud olan öhdəliklərdir. Ermənistan artıq bir neçə ildir ki, bu təşkilatın işində iştirakını dondurub. Qərblə yaxınlaşmaq siyasəti aparmaqla Rusiyanın Ermənistanı bu təşkilatdan çıxarmaq barədə verəcəyi qərarı gözləyir. Paşinyan hökuməti bununla da ölkəsinin KTMT-dən çıxmaq məsuliyyətini Rusiyanın üzərinə qoymaqla dövlətinin üzləşə biləcəyi təzyiq dalğasını zəiflətməyə çalışır. Eyni zamanda sərhəd mühafizəsini öz üzərinə götürməklə Ermənistanda yerləşən Rusiya ordusuna ehtiyacının qalmadığına dair siyasi mesajını vermişdir. Düşünürəm ki, Rusiya ordusunu Ermənistandan çıxarılması artıq zaman məsələsidir.
Üçüncüsü, Ermənistanın Rusiyanın enerji daşıyıcılarından olan asılılığıdır. Artıq bu istiqamətdə də Ermənistan alternativ həll yollarını sınaqdan çıxarıb. Azərbaycandan neft məhsullarının alınması praktikası artıq formalaşıb və bu yöndə münasibətlərin şaxələndirilməsi və genişləndirilməsi nəzərdə tutulur. Azərbaycandan alınan karbohidrogen məhsulları Ermənistanın həm Rusiyadan, həm də İrandan bu yöndəki asılılığını ortadan qaldıracaq.
Dördüncüsü, Ermənistanın kənd təsərrüfatı məhsullarını satmaq üçün Rusiya bazarından mövcud olan asılılığıdır. Bu məsələdə də Paşinyan hökuməti Avropa partnyorlarının köməyi ilə situasiyanı əsasən normal axara yönəldə bilmişdir. Həm Avropa bazarlarının Ermənistan məhsullarının üzünə açılması, həm də Avropa Birliyinin maddi dəstəyi sayəsində Ermənistanın kənd təsərrüfatı Rusiya məhdudiyyətlərini az zərərlə bağlaya bildi.
Beşinci, Ermənistanın gerçək suverenliyini təhdid edən insan faktorudur. İstər ölkənin daxilində, istərsə də xaricdə Rusiya maraqlarını müdafiə edən çox sayda uzun illər boyu yetişdirilmiş siyasətçi, hərbiçi, din və diaspora nümayəndəsi vardır. Paşinyanın Rusiya agenturasına qarşı mübarizəsi artıq bir neçə ildir ki davam edir və bu istiqamətdə də nəzərə çarpan uğurlar əldə edilmişdir. Ordunu Rusiya bağlılığı olan general və yüksək rütbəli zabitlərdən təmizləyən Paşinyan kilsəni də əsasən nəzarət altına ala bilmişdir. Diasporanın daxili siyasətə təsirini qismən zəiflədən hökumət artıq Rusiyaya bağlı siyasətçilərin məsələsini də birdəfəlik həll etmək istəyir. Bu günlərdə Köçəryanın və Sarkisyanın saxlanılması hökumətin bu yöndəki fəaliyyətində qərarlı olduğunun göstəricisidir.
Altıncı, Ermənistan dəmir yollarının və digər vacib iqtisadi və kommunikasiya vasitələrinin Rusiyanın idarəçiliyində olması səbəbindən mövcud olan asılılıqdır. Bu bağların ortadan qalxması üçün Paşinyan hökuməti radikal mövqe ortaya qoymağa başlayıb və həll yolları axtarışındadır.
Ermənistan hökumətinin həyata keçirdiyi siyasət Rusiyanı heç cür qane etmir və bu ölkənin siyasi dairələri etirazlarını və narahatlıqlarını açıq şəkildə dilə gətirirlər. Rusiyanın Ermənistandan, onun timsalında isə Cənubi Qafqazdan asanlıqla gedəcəyini düşünmək sadəlöhvlük olardı. Ermənistanı təsir dairəsində saxlamaq üçün Rusiyanın cəhdləri davam edəcəkdir. Bu cəhdlərin bəzən radikal addımlar şəklində biruzə verməsi də istisna deyil. Bütün bunlara rəğmən düşünürəm ki, Ermənistan Azərbaycanın da ciddi dəstəyi və təminatı ilə Rusiaya ilə mövcud olan təsiretmə bağlarının tamamilə ortadan qalxmasına nail olacaqdır.
Elçin Ağamalı - "DİA-AZ"








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistan Azərbaycandan elektrik enerjisi ala bilərmi? - AÇIQLAMA
Bu gün, 09:19
Jurnalist TƏBİB şefinə müraciət etdi - NARAZILIQ VAR...
Bu gün, 09:13
Azərbaycanla əlaqələri yeni səviyyəyə qaldıra bilərik – Pezeşkian belə deyir...
Bu gün, 09:07
“Best Energy Group“ MMC-nin tenderləri yoxlanılır - Sahib Süleymanov çətin durumda
Bu gün, 09:05
Kəndlərin boşalmasının qarşısını almaq qeyri-mümkündür - İqtisadçıdan XƏBƏRDARLIQ
Bu gün, 09:03
Təhsil haqqını artıran universitetlər:
Bu gün, 09:01
Ermənistan MN-də “cadugər ovu” - Generallar yola salınır
Bu gün, 08:58
Dövlət Agentliyi "Diri baba" türbəsinin bərpasını 10 manatlıq mənzil şirkətinə həvalə etdi — 427 minlik tender
Bu gün, 08:55
ABŞ İranla müharibə zamanı geri çağırdığı diplomatlarını Yaxın Şərqə qaytarmağa başlayıb
Bu gün, 08:50
Möhtəkirlər ətin qiymətini yenidən qaldırdı - Rəsmi qurumlar isə SEYR EDİR...
Bu gün, 08:49
Xəzərdə “15 mil” məsələsi Tehranı ayağa qaldırdı: Zəngəzur dəhlizinə təhlükə - NƏ BAŞ VERİR?
Bu gün, 08:46
Rusiya reaktiv mühərrikli dronlarla hücum edir - İqnat
Bu gün, 08:44
Azərbaycanda un bahalaşa bilər – XƏBƏRDARLIQ
Bu gün, 08:42
Bakı metrosunu partladan şəxsi kim azad etdirdi? – Maxaçevin Qarabağ DOSYESİ
Bu gün, 08:40
Səfirliyimizə qarşı təxribatın arxasındakı qüvvə... - Görünəni odur ki...
Bu gün, 08:36
Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər – TARİX
Bu gün, 08:34
Oğlu Dilqəm Əsgərovu həbs etdirmək istəyir - TƏFƏRRÜAT
Bu gün, 08:32
"5 iş günü artıq bitdi, nəticə yoxdur" - "Kapital Bank" çiləsi davam edir...
Bu gün, 08:19
FETÖ Azərbaycan futboluna "əl" qoyur! - İTTİHAM VAR...
Bu gün, 08:12
Kremlin hədəfinə çevrilən İrəvan üçün BAKI NƏFƏSLİYİ... - İNCƏLƏMƏ
Bu gün, 07:56
İranda müxalif fikirlilər üçün YENİ CƏZA - DƏLİXANADIR, VALLAH...
Bu gün, 07:53
Ünvanlı sosial yardım alanların sayı azalırsa... - AKTUAL
Bu gün, 07:51
"Futbola keçici əyləncə kimi baxmasanız, əsəbi olacaqsınız" - deputat
Bu gün, 07:47
"Əslində cənab Qurbanov, Etibar müəllimə təşəkkür etsə, haqqı var..." - REPLİKA
Bu gün, 07:44
"Ortada nə pul var, nə də televizor!" - GİLEY
Bu gün, 07:39
"Nədən nə nazirin, nə də dövlət qurumlarının təklifləri nəzərə alınmır?" - ARKA-ya KORRUPSİYA İTTİHAMI
Bu gün, 07:33
SOCAR-da YIRTICILARIN QAÇIŞ PLANI - Batan gəmini ilk olaraq siçovullar tərk edir...
Bu gün, 07:19
Qarabağa gedən partiya sədri hökumətə səsləndi - "Fəxr dolu 2 gün keçirdik, amma..."
Bu gün, 06:55
“DƏSTƏK" Fonduna ŞÜBHƏ VAR! - Naxçıvanda NARAZILIQ!
Bu gün, 06:49
TƏBİB-in rəhbər sarıdan bəxti gətirmir - MALƏSƏF...
Bu gün, 06:33
İrəvanın mərkəzində "Artsax": - NİYƏ QALMALIDIR?
Dünən, 18:03
SOCAR-ın idarəsinin dövlətə 40 MİLYON VERGİ BORCU YARANDI - TƏFƏRRÜAT
Dünən, 18:02
Müəllimlə valideynin birləşib şagirdə öyrətdiyi DƏRS
Dünən, 17:58
Əminəm ki, Rusiyanın təxribat xarakterli addımları davam edəcək - Tofiq Zülfüqarov
Dünən, 17:50
Abşeronda qəribə qəza - Qadın öldü, yeniyetmə sürücü qaçdı
Dünən, 17:38
“Mismarla gözünü çıxarmaq istəyirdim...” - Evli ola-ola elçi göndəribmiş
Dünən, 17:36
Azərbaycan səfirliyinə qarşı təxribatın arxasında nə dayanır? - Moskvanın təhlükəli oyunu...
Dünən, 17:19
Bu şirkətin 150 min vergi borcu üzə çıxdı - DETALLAR
Dünən, 17:14
Kəmaləddin Heydərov komandiri vəzifəsindən azad etdi - ƏMR
Dünən, 17:13
Tarix və sərt reallıq istisnasız olaraq hər kəsi mühakimə edəcək: - hər bir Xocalı cəlladı layiq olduğu cəzanı alacaq
Dünən, 17:09
100 min dollarlıq duet QALMAQALI - Yıldız Tilbe Vəfa Şərifovanı məhkəməyə verib?
Dünən, 17:07
24 ton qızılın arxasında nə var? - Şiryayevin iddialarının rəqəmlərlə təkzibi
Dünən, 17:00
“Okean” restoranında qardaşları bıçaqlayan gənc: “Onunla çiyin-çiyinə dəydik və...” - TƏFƏRRÜAT
Dünən, 16:56
Sahib Süleymanovun başı dərddə - “Best Energy Group“ MMC-nin tenderləri yoxlanılır
Dünən, 16:52
ETN “köhnə dostla” yenidən anlaşdı: Bu dəfə 3.7 milyona - ARAŞDIRMA
Dünən, 16:29
Ölkənin ən böyük ixracatçıları kimdir? – Milyonlarla dövriyyə, milyonlarla borc müəmması...
Dünən, 16:25
Köçəryanla Sərkisyana Azərbaycandan pis xəbər: - Bu, sübut olunsa, təhvil veriləcəklər
Dünən, 16:18
İranın nüvə silahı əldə etməsi yəhudilərin sonu deməkdir - Netanyahu
Dünən, 16:13
“GoldenPay”in rəhbəri vəzifəsini tərk etdi – Yeni təyinat
Dünən, 16:10
17 manatlıq şokolad 36 manat oldu – Qiymətlər "od tutub yanır"
Dünən, 16:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru