Səfirliyimizə qarşı təxribatın arxasındakı qüvvə... .....                     Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər .....                     Oğlu Dilqəm Əsgərovu həbs etdirmək istəyir .....                     "5 iş günü artıq bitdi, nəticə yoxdur" .....                     FETÖ Azərbaycan futboluna "əl" qoyur! .....                     Kremlin hədəfinə çevrilən İrəvan üçün BAKI NƏFƏSLİYİ... .....                     İranda müxalif fikirlilər üçün YENİ CƏZA .....                     Ünvanlı sosial yardım alanların sayı azalırsa... .....                     "Futbola keçici əyləncə kimi baxmasanız, əsəbi olacaqsınız" .....                     "Əslində cənab Qurbanov, Etibar müəllimə təşəkkür etsə, haqqı var..." .....                     "Ortada nə pul var, nə də televizor!" .....                     "Nədən nə nazirin, nə də dövlət qurumlarının təklifləri nəzərə alınmır?" .....                     SOCAR-da YIRTICILARIN QAÇIŞ PLANI .....                     Qarabağa gedən partiya sədri hökumətə səsləndi .....                     “DƏSTƏK" Fonduna ŞÜBHƏ VAR! .....                     TƏBİB-in rəhbər sarıdan bəxti gətirmir .....                     İrəvanın mərkəzində "Artsax": .....                     SOCAR-ın idarəsinin dövlətə 40 MİLYON VERGİ BORCU YARANDI .....                     Müəllimlə valideynin birləşib şagirdə öyrətdiyi .....                     Əminəm ki, Rusiyanın təxribat xarakterli addımları davam edəcək .....                     Abşeronda qəribə qəza .....                     “Mismarla gözünü çıxarmaq istəyirdim...” .....                     Azərbaycan səfirliyinə qarşı təxribatın arxasında nə dayanır? .....                     Bu şirkətin 150 min vergi borcu üzə çıxdı .....                     Kəmaləddin Heydərov komandiri vəzifəsindən azad etdi .....                     Tarix və sərt reallıq istisnasız olaraq hər kəsi mühakimə edəcək: .....                     100 min dollarlıq duet QALMAQALI .....                     24 ton qızılın arxasında nə var? .....                     “Okean” restoranında qardaşları bıçaqlayan gənc: “Onunla çiyin-çiyinə dəydik və...” .....                     Sahib Süleymanovun başı dərddə .....                     ETN “köhnə dostla” yenidən anlaşdı: Bu dəfə 3.7 milyona .....                     Ölkənin ən böyük ixracatçıları kimdir? .....                     Köçəryanla Sərkisyana Azərbaycandan pis xəbər: .....                     İranın nüvə silahı əldə etməsi yəhudilərin sonu deməkdir .....                     “GoldenPay”in rəhbəri vəzifəsini tərk etdi .....                     17 manatlıq şokolad 36 manat oldu .....                     Putin Ukraynada “bataqlığa” düşdü, Tramp İranda ilişib qaldı .....                     "SOCAR Polymer" 7 ayda ixracdan 154 milyon dollardan çox gəlir əldə edib .....                     Azərbaycanda insanlar ən çox hansı kompüterdən istifadə edirlər? .....                     SOCAR prezidentinə müşavir təyin edildi .....                 

Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri
Tarix: 13-03-2026, 11:22 | Çap et

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üzrə qrant müsabiqələrinin nəticələrini və layihələrin icrasını təhlil etdikcə daha ciddi və narahatedici mənzərə ortaya çıxır. Kağız üzərində sosial problemlərin həlli üçün ayrılan vəsaitlər praktikada ya formal tədbirlərə çevrilir, ya da layihənin adı ilə icra olunan fəaliyyətlər arasında açıq uyğunsuzluq yaranır. Təəssüf ki, bu artıq tək-tük hal deyil. Bir neçə layihənin təhlili göstərir ki, layihənin təqdimat mərhələsində yazılan məqsəd və vəzifələrlə real fəaliyyət arasında ciddi fərqlər var. Daha təhlükəlisi isə odur ki, bu uyğunsuzluqlar donor qurum tərəfindən ya görülmür, ya da görməzliyə vurulur(?)

Görünür tapşırıq böyük yerdən olur.

2025-ci ildə maliyyələşdirilmiş layihələrdən biri də “Üfüq” Xeyriyyə Cəmiyyətinin həyata keçirdiyi “Bullinqə məruz qalan məktəblilər arasında ictimai vəkillik” adlı layihədir. Layihənin adı ilk baxışdan çox həssas və vacib sosial problemə yönəldiyini göstərir. Məktəblərdə bullinqə məruz qalan uşaqlarla işləmək, onların hüquqlarını müdafiə etmək və bu istiqamətdə ictimai vəkillik aparmaq olduqca ciddi, həssas və peşəkar yanaşma tələb edən sahədir. Bu cür layihələrdə uşaqların məxfiliyi, psixoloji vəziyyəti və təhlükəsizliyi əsas prioritetlərdən biri olmalıdır.

Lakin layihə barədə ictimaiyyətə açıqlanan cəmi iki media məlumatı və Yenixeber.org-a ötürülən faktlar göstərir ki, layihənin adı ilə faktiki icrası arasında ciddi uyğunsuzluq var....

Birinci, açıqlamada tədbirin Bakı şəhərində yerləşən 83 saylı məktəb-liseydə keçirildiyi və əsas iştirakçıların valideynlər olduğu qeyd olunur. Təlimdə bullinq haqqında ümumi məlumat verildiyi, valideynlər arasında müzakirələr və rol oyunları keçirildiyi bildirilir. Daha sonra psixoloq tərəfindən “Kaktus” terapiyasında çəkilmiş rəsmlərin izahı aparıldığı qeyd edilir.

Burada ilk sual ortaya çıxır: əgər layihə “bullinqə məruz qalan məktəblilər arasında ictimai vəkillik” adlanırsa, niyə əsas fəaliyyət valideynlər üçün keçirilən maarifləndirici təlimlə məhdudlaşır? Bu, mahiyyət etibarilə sadə maarifləndirmə tədbiridir və ictimai vəkillik fəaliyyəti ilə ciddi şəkildə fərqlənir. İctimai vəkillik dedikdə sistemli problemlərin qaldırılması, qərarverici qurumlara təsir, siyasət və ya qaydalarda dəyişiklik təşəbbüsləri nəzərdə tutulur. Verilən məlumatlarda isə belə bir fəaliyyətin izinə belə rast gəlinmir.

İkinci açıqlama isə vəziyyəti daha da problemli göstərir. Xırdalan şəhərində yerləşən 1 saylı məktəbdə keçirilən tədbirdə 25-dən çox məktəblinin iştirak etdiyi, onlara bullinq barədə məlumat verildiyi və praktiki oyunlar keçirildiyi bildirilir. Daha sonra psixoloq tərəfindən “Kaktus” modeli adlı qrup terapiyası keçirildiyi qeyd olunur və sosial işçi ilə hüquqşünas tərəfindən 15 məktəblinin sosial və hüquqi qiymətləndirilməsinin aparıldığı bildirilir.

Əgər layihə doğrudan da bullinqə məruz qalan uşaqlarla işləməyi nəzərdə tutursa, burada çox ciddi etik və hüquqi suallar yaranır. Bullinq qurbanları ilə işləyən layihələrdə uşaqların şəxsiyyəti, məktəbi, hətta çox vaxt onların iştirak faktı belə məxfi saxlanılır. Çünki belə məlumatların açıq şəkildə paylaşılması uşağın məktəb mühitində daha böyük təzyiq və stiqmatizasiya ilə üzləşməsinə səbəb ola bilər. Lakin layihə barədə yayılan məlumatlarda tədbirin keçirildiyi məktəbin adı açıq göstərilir, iştirak edən uşaqların fotoları paylaşılır. Bu isə uşaqların məxfiliyinin qorunması baxımından ciddi problemlər yaradır.

Daha bir ciddi məqam “sosial və hüquqi qiymətləndirmə” məsələsidir. Media məlumatında bildirilir ki, sosial işçi və hüquqşünas tərəfindən 15 məktəblinin sosial və hüquqi qiymətləndirilməsi aparılıb.

Burada sual yaranır: bu qiymətləndirmə hansı metodologiya əsasında aparılıb? Valideynlərin yazılı razılığı varmı? Məktəb rəhbərliyi və ya müvafiq dövlət qurumlarının iştirakı təmin olunubmu? Uşaqların hüquqi və psixoloji vəziyyətinin qiymətləndirilməsi çox ciddi peşəkar standartlar tələb edən prosesdir və bunu sadə bir layihə tədbiri çərçivəsində formal şəkildə həyata keçirmək ciddi məsuliyyət yarada bilər.

Bütün bunlar göstərir ki, layihənin təqdim olunan konsepsiyası ilə real fəaliyyətlər arasında ciddi fərq var. Layihənin adı ictimai vəkillikdən bəhs edir, amma icra sadə maarifləndirmə təlimlərindən ibarət görünür. Hətta bu təlimlərin də bullinq qurbanlarının məxfiliyini qoruyan peşəkar standartlara uyğun keçirilib-keçirilmədiyi ciddi şübhə doğurur.

Bu vəziyyət eyni zamanda QHT-lərə Dövlət Dəstəyi Agentliyinin layihələrin icrasına nəzarət mexanizmlərinin nə qədər zəif olduğunu göstərir. Layihə idarəetməsi və monitorinq sahəsində kifayət qədər təcrübəsi olmayan şəxslər belə həssas mövzular üzrə layihələrin keyfiyyətini və risklərini düzgün qiymətləndirə bilmirlər. Nəticədə isə kağız üzərində sosial problemlərin həlli üçün ayrılan dövlət vəsaitləri formal tədbirlərlə “hesabatlaşdırılır”.

Digər tərəfdən, burada QHT-nin donor qurumu faktiki olaraq yanıltması ehtimalı da görünür. Layihə təqdim olunarkən bullinq qurbanlarının hüquqlarının müdafiəsi və ictimai vəkillik kimi ciddi fəaliyyətlər vəd edilir, lakin icra mərhələsində bu fəaliyyətlər sadə seminar və təlim formatına endirilir. Bu isə layihənin məqsəd və nəticələrinin şişirdildiyini göstərir.

Məsuliyyət yalnız donor qurumun və QHT-nin üzərinə düşmür. Layihələrin məktəblərdə keçirilməsi üçün müəyyən razılıqların verildiyi də aydındır. Bu baxımdan Elm və Təhsil Nazirliyinin və yerli təhsil strukturlarının da məsuliyyəti ortaya çıxır. Məktəblərdə belə həssas mövzular üzrə fəaliyyətlərə icazə verilərkən layihənin metodologiyası, uşaqların hüquqlarının qorunması və etik standartlara uyğunluğu ciddi şəkildə qiymətləndirilməlidir.

Təəssüf ki, görünən mənzərə ondan ibarətdir ki, nə donor qurum, nə layihəni icra edən təşkilat, nə də məktəb mühiti bu prosesdə tələb olunan peşəkarlıq və məsuliyyət səviyyəsini nümayiş etdirir. Layihənin adı ilə real fəaliyyəti arasında uçurum var, uşaqların məxfiliyi isə faktiki olaraq nəzərə alınmır. Bu isə təkcə bir layihənin problemi deyil – QHT sektorunda dövlət vəsaitlərinin necə xərcləndiyi ilə bağlı daha geniş və sistemli suallar doğuran bir nümunədir.

QHT-lərə Dövlət Dəstəyi Agentliyi “Üfüq” Xeyriyyə Cəmiyyətinin bu layihəsi üçün 10 min manat vəsait ayırıb.

Qeyd edək ki, “Üfüq” Xeyriyyə Cəmiyyətinin 29 dekabr 1999-cu ildə dövlət qeydiyyatına alınıb. QHT-nin təsisçiləri Akif Əhmədov, Şəhla Əhmədova, Dilarə Vəzirova və Fuad Süleymanov olub. Təşkilatın sədri Akif Əhmədov əvvəllər Avropa Birliyinin hüquqşünası vəzifəsində çalışıb.

Hazırda təşkilatın sədri Nuriyya Abbasovadır. O, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin 2021-2025-ci illərdə Müşahidə Şurasının üzvü olmuş Günel Səfərovanın xalası qızıdır(?)

Yenixeber.org









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Səfirliyimizə qarşı təxribatın arxasındakı qüvvə... - Görünəni odur ki...
Bu gün, 08:36
Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər – TARİX
Bu gün, 08:34
Oğlu Dilqəm Əsgərovu həbs etdirmək istəyir - TƏFƏRRÜAT
Bu gün, 08:32
"5 iş günü artıq bitdi, nəticə yoxdur" - "Kapital Bank" çiləsi davam edir...
Bu gün, 08:19
FETÖ Azərbaycan futboluna "əl" qoyur! - İTTİHAM VAR...
Bu gün, 08:12
Kremlin hədəfinə çevrilən İrəvan üçün BAKI NƏFƏSLİYİ... - İNCƏLƏMƏ
Bu gün, 07:56
İranda müxalif fikirlilər üçün YENİ CƏZA - DƏLİXANADIR, VALLAH...
Bu gün, 07:53
Ünvanlı sosial yardım alanların sayı azalırsa... - AKTUAL
Bu gün, 07:51
"Futbola keçici əyləncə kimi baxmasanız, əsəbi olacaqsınız" - deputat
Bu gün, 07:47
"Əslində cənab Qurbanov, Etibar müəllimə təşəkkür etsə, haqqı var..." - REPLİKA
Bu gün, 07:44
"Ortada nə pul var, nə də televizor!" - GİLEY
Bu gün, 07:39
"Nədən nə nazirin, nə də dövlət qurumlarının təklifləri nəzərə alınmır?" - ARKA-ya KORRUPSİYA İTTİHAMI
Bu gün, 07:33
SOCAR-da YIRTICILARIN QAÇIŞ PLANI - Batan gəmini ilk olaraq siçovullar tərk edir...
Bu gün, 07:19
Qarabağa gedən partiya sədri hökumətə səsləndi - "Fəxr dolu 2 gün keçirdik, amma..."
Bu gün, 06:55
“DƏSTƏK" Fonduna ŞÜBHƏ VAR! - Naxçıvanda NARAZILIQ!
Bu gün, 06:49
TƏBİB-in rəhbər sarıdan bəxti gətirmir - MALƏSƏF...
Bu gün, 06:33
İrəvanın mərkəzində "Artsax": - NİYƏ QALMALIDIR?
Dünən, 18:03
SOCAR-ın idarəsinin dövlətə 40 MİLYON VERGİ BORCU YARANDI - TƏFƏRRÜAT
Dünən, 18:02
Müəllimlə valideynin birləşib şagirdə öyrətdiyi DƏRS
Dünən, 17:58
Əminəm ki, Rusiyanın təxribat xarakterli addımları davam edəcək - Tofiq Zülfüqarov
Dünən, 17:50
Abşeronda qəribə qəza - Qadın öldü, yeniyetmə sürücü qaçdı
Dünən, 17:38
“Mismarla gözünü çıxarmaq istəyirdim...” - Evli ola-ola elçi göndəribmiş
Dünən, 17:36
Azərbaycan səfirliyinə qarşı təxribatın arxasında nə dayanır? - Moskvanın təhlükəli oyunu...
Dünən, 17:19
Bu şirkətin 150 min vergi borcu üzə çıxdı - DETALLAR
Dünən, 17:14
Kəmaləddin Heydərov komandiri vəzifəsindən azad etdi - ƏMR
Dünən, 17:13
Tarix və sərt reallıq istisnasız olaraq hər kəsi mühakimə edəcək: - hər bir Xocalı cəlladı layiq olduğu cəzanı alacaq
Dünən, 17:09
100 min dollarlıq duet QALMAQALI - Yıldız Tilbe Vəfa Şərifovanı məhkəməyə verib?
Dünən, 17:07
24 ton qızılın arxasında nə var? - Şiryayevin iddialarının rəqəmlərlə təkzibi
Dünən, 17:00
“Okean” restoranında qardaşları bıçaqlayan gənc: “Onunla çiyin-çiyinə dəydik və...” - TƏFƏRRÜAT
Dünən, 16:56
Sahib Süleymanovun başı dərddə - “Best Energy Group“ MMC-nin tenderləri yoxlanılır
Dünən, 16:52
ETN “köhnə dostla” yenidən anlaşdı: Bu dəfə 3.7 milyona - ARAŞDIRMA
Dünən, 16:29
Ölkənin ən böyük ixracatçıları kimdir? – Milyonlarla dövriyyə, milyonlarla borc müəmması...
Dünən, 16:25
Köçəryanla Sərkisyana Azərbaycandan pis xəbər: - Bu, sübut olunsa, təhvil veriləcəklər
Dünən, 16:18
İranın nüvə silahı əldə etməsi yəhudilərin sonu deməkdir - Netanyahu
Dünən, 16:13
“GoldenPay”in rəhbəri vəzifəsini tərk etdi – Yeni təyinat
Dünən, 16:10
17 manatlıq şokolad 36 manat oldu – Qiymətlər "od tutub yanır"
Dünən, 16:01
Putin Ukraynada “bataqlığa” düşdü, Tramp İranda ilişib qaldı - iki savaşın ŞOK fərqləri
Dünən, 15:57
"SOCAR Polymer" 7 ayda ixracdan 154 milyon dollardan çox gəlir əldə edib
Dünən, 15:53
Azərbaycanda insanlar ən çox hansı kompüterdən istifadə edirlər?
Dünən, 14:52
SOCAR prezidentinə müşavir təyin edildi - ƏMR
Dünən, 14:48
İki şirkət 1,5 milyon kubmetrlik qum-çınqıl ehtiyatını 172 min manata istismar edəcək - QALİB ŞİRKƏTLƏR
Dünən, 14:45
Yeməyi gec hazırlayan arvadının saçlarını yoldu - Bakıda
Dünən, 14:37
“Qızımla eyni balı toplayıb, amma işə onu götürüblər” - NARAZILIQ VAR...
Dünən, 14:33
Nigar Fərhad sərbəst buraxıldı
Dünən, 14:27
Əli İsa Cabbarov AKİ sədrliyindən namizədliyini geri götürüb, işdən çıxmaqla bağlı ərizə yazıb
Dünən, 14:25
Gəncədə oğul anasını QƏTLƏ YETİRDİ - TƏFƏRRÜAT
Dünən, 13:14
Bakıda 25 milyonluq obyekti 16 milyona hərraca çıxarıblar – Fotolar
Dünən, 13:08
"Həkimlər deyir özünü qorumalısan" - Əsabəli Mustafayev
Dünən, 13:05
“Azəriqaz”ın işçisini döyən şəxsə elektron qolbaq taxıldı
Dünən, 12:53
Rus bölmələrində oxuyan şagirdlər üçün yeni DƏYİŞİKLİK
Dünən, 12:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru