Niyazi Bayramov Gəncəyə QƏNİM KƏSİLİB .....                     Özündən sonra həyat yoldaşı da işdən çıxarıldı .....                     Ermənistan Azərbaycandan elektrik enerjisi ala bilərmi? .....                     Jurnalist TƏBİB şefinə müraciət etdi .....                     Azərbaycanla əlaqələri yeni səviyyəyə qaldıra bilərik .....                     “Best Energy Group“ MMC-nin tenderləri yoxlanılır .....                     Kəndlərin boşalmasının qarşısını almaq qeyri-mümkündür .....                     Təhsil haqqını artıran universitetlər: .....                     Ermənistan MN-də “cadugər ovu” .....                     Dövlət Agentliyi "Diri baba" türbəsinin bərpasını 10 manatlıq mənzil şirkətinə həvalə etdi .....                     ABŞ İranla müharibə zamanı geri çağırdığı diplomatlarını .....                     Möhtəkirlər ətin qiymətini yenidən qaldırdı .....                     Xəzərdə “15 mil” məsələsi Tehranı ayağa qaldırdı: Zəngəzur dəhlizinə təhlükə .....                     Rusiya reaktiv mühərrikli dronlarla hücum edir .....                     Azərbaycanda un bahalaşa bilər .....                     Bakı metrosunu partladan şəxsi kim azad etdirdi? .....                     Səfirliyimizə qarşı təxribatın arxasındakı qüvvə... .....                     Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər .....                     Oğlu Dilqəm Əsgərovu həbs etdirmək istəyir .....                     "5 iş günü artıq bitdi, nəticə yoxdur" .....                     FETÖ Azərbaycan futboluna "əl" qoyur! .....                     Kremlin hədəfinə çevrilən İrəvan üçün BAKI NƏFƏSLİYİ... .....                     İranda müxalif fikirlilər üçün YENİ CƏZA .....                     Ünvanlı sosial yardım alanların sayı azalırsa... .....                     "Futbola keçici əyləncə kimi baxmasanız, əsəbi olacaqsınız" .....                     "Əslində cənab Qurbanov, Etibar müəllimə təşəkkür etsə, haqqı var..." .....                     "Ortada nə pul var, nə də televizor!" .....                     "Nədən nə nazirin, nə də dövlət qurumlarının təklifləri nəzərə alınmır?" .....                     SOCAR-da YIRTICILARIN QAÇIŞ PLANI .....                     Qarabağa gedən partiya sədri hökumətə səsləndi .....                     “DƏSTƏK" Fonduna ŞÜBHƏ VAR! .....                     TƏBİB-in rəhbər sarıdan bəxti gətirmir .....                     İrəvanın mərkəzində "Artsax": .....                     SOCAR-ın idarəsinin dövlətə 40 MİLYON VERGİ BORCU YARANDI .....                     Müəllimlə valideynin birləşib şagirdə öyrətdiyi .....                     Əminəm ki, Rusiyanın təxribat xarakterli addımları davam edəcək .....                     Abşeronda qəribə qəza .....                     “Mismarla gözünü çıxarmaq istəyirdim...” .....                     Azərbaycan səfirliyinə qarşı təxribatın arxasında nə dayanır? .....                     Bu şirkətin 150 min vergi borcu üzə çıxdı .....                 

Təhsil haqqını artıran universitetlər:
Tarix: Bu gün, 09:01 | Çap et

2026/2027-ci tədris ili üzrə Azərbaycanın ali təhsil müəssisələrində bakalavriat səviyyəsində ixtisas seçiminin nəticələri artıq məlumdur.

Bu il 58 947 nəfər ali məktəblərə qəbul olub. Qəbul nəticələrinin açıqlanmasından sonra ödənişli əsaslarla təhsil alacaq tələbələri və onların valideynlərini düşündürən əsas məsələlərdən biri isə illik təhsil haqqıdır.

Dövlət İmtahan Mərkəzinin “Abituriyent” jurnalında dərc olunan qəbul planlarına əsasən, bu il də bir sıra universitetlərdə təhsil haqları artırılıb. Artım universitet və ixtisasdan asılı olaraq 100 manatdan 500 manatadək dəyişir.

Belə ki, Azərbaycan Texniki Universitetində təhsil haqları 100-300 manat, Bakı Mühəndislik Universitetində 100-500 manat, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində 200-300 manat, Azərbaycan Turizm və Menecment Universitetində 100 manat, Azərbaycan İdman Akademiyasında 500 manat, Sumqayıt Dövlət Universitetində 100 manat, Lənkəran Dövlət Universitetində 200-300 manat, Azərbaycan Kooperasiya Universitetində 100-300 manat, “Azərbaycan” Universitetində 300-500 manat, Bakı Avrasiya Universitetində 200-300 manat, Odlar Yurdu Universitetində 200-500 manat, Bakı Biznes Universitetində 300 manat, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında isə 100 manat artırılıb.

Hazırda universitetlərdə illik təhsil haqları bəzi proqramlarda 2 min manatdan başlasa da, ayrı-ayrı ixtisaslarda bu məbləğ 5 500 manatadək yüksəlir. Ən yüksək təhsil haqlarından biri Xəzər Universitetində qeydə alınıb.

Universitetdə bəzi ixtisaslar üzrə illik ödəniş 4 500, 5 000 və 5 500 manat təşkil edir. Bu rəqəmlər göstərir ki, ödənişli əsaslarla ali təhsil almaq ailələr üçün yalnız təhsil haqqından ibarət xərc deyil.

Təhsil haqqı ilə yanaşı, tələbənin nəqliyyat, qidalanma, yaşayış, dərs vəsaitləri və digər gündəlik xərcləri də ailə büdcəsindən qarşılanmalıdır. Onsuz da yüksək olan illik təhsil haqlarının daha da artırılması valideynlər üçün əlavə maliyyə yükü yaradır.

Xüsusilə bir neçə il ərzində ödəniləcək ümumi məbləğ nəzərə alındıqda, ali təhsil xərcləri ailə büdcəsi üçün kifayət qədər ciddi rəqəmə çevrilir.

Hazırkı gəlir və xərcləri nəzərə alsaq, bir ailənin övladının illik 4-5 min manat təhsil haqqını ödəməsi nə dərəcədə realdır?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında iqtisadçı-ekspert Günay Hüseynova bildirib ki, ali təhsil seçimi həm də maddi baxımdan ciddi qərardır:

“İllik təhsil haqqı 4-5 min manat arasında dəyişən universiteti seçən abituriyentin digər xərclərini də əlavə etsək, illik yekun xərc 9-10 min manat arasında olur.

Bu isə 4 il ərzində 40 min manat və üzəri məbləğ deməkdir. Təbii ki, şəxs və onun valideyni seçim etməkdə sərbəstdir, yəni heç kəs qadağa qoya bilməz ki, ildə bu qədər məbləğ ödə, təhsil al və ya onu iqtisadi kapitala çevir.

Əgər şəxs həmin ixtisas üzrə mütəxəssis olmayacaqsa və ya təhsil müddətindən sonra bunu kapitala çevirə bilməyəcəksə, həmin məbləği iqtisadi aktivə çevirməyi və digər bilik və bacarıqlarının inkişafına yönəltməsi məqsədəuyğundur.

İllik təhsil haqqı məbləğinin yüksəlməsinə gəldikdə isə hər il xərclər artdıqca buna uyğun olaraq təhsil haqqı məbləği də artır”.

Ekspert qeyd edib ki, bir sıra ölkələrdə olduğu kimi, xərclərin hamısı dövlət hesabına qarşılansaydı, ali təhsil tamamilə pulsuz olardı:

“Hazırkı gəlir və xərcləri nəzərə alaraq bir ailənin övladının illik 4-5 min manat təhsil haqqı ödəməsinə gəldikdə isə demək ki, şəxsin gəliri buna imkan verir ki, illik ödənişi 4-5 min manat olan universiteti seçsin.

Şəxsi təcrübəmədən nümunə göstərərək deyim ki, ali məktəbə sənəd verdiyim il qəbul balı, ixtisas balı çox yüksəlmişdi. İllik ödənişlər isə həmin ilin rəqəmlərinə əsasən bizim üçün çox yüksək məbləğ sayılırdı.

Əslində, valideynlərim çətinliklə də olsa, ödəməyi düşünmüşdülər. O zaman 4 illik təhsil haqqı və yekun xərcləri toplasaq, həmin məbləğə 1 otaqlı ev almaq mümkün idi. Təbii ki, seçim etmədim və növbəti il sənədlərimi verdim.

Ali təhsil, tələbə olmaq, övladını tələbə kimi görmək hər kəsin arzusudur. Lakin iqtisadi imkanlar buna imkan vermirsə və ailənin maliyyə yükü daha da artırsa, şəxs bunu nəzərə almalıdır. Ən azından dövlət universitetlərinin ödənişli ixtisasları özəl universitetlərə nisbətən daha münasibdir”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Niyazi Bayramov Gəncəyə QƏNİM KƏSİLİB - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:33
Özündən sonra həyat yoldaşı da işdən çıxarıldı - ƏMR
Bu gün, 09:28
Ermənistan Azərbaycandan elektrik enerjisi ala bilərmi? - AÇIQLAMA
Bu gün, 09:19
Jurnalist TƏBİB şefinə müraciət etdi - NARAZILIQ VAR...
Bu gün, 09:13
Azərbaycanla əlaqələri yeni səviyyəyə qaldıra bilərik – Pezeşkian belə deyir...
Bu gün, 09:07
“Best Energy Group“ MMC-nin tenderləri yoxlanılır - Sahib Süleymanov çətin durumda
Bu gün, 09:05
Kəndlərin boşalmasının qarşısını almaq qeyri-mümkündür - İqtisadçıdan XƏBƏRDARLIQ
Bu gün, 09:03
Təhsil haqqını artıran universitetlər:
Bu gün, 09:01
Ermənistan MN-də “cadugər ovu” - Generallar yola salınır
Bu gün, 08:58
Dövlət Agentliyi "Diri baba" türbəsinin bərpasını 10 manatlıq mənzil şirkətinə həvalə etdi — 427 minlik tender
Bu gün, 08:55
ABŞ İranla müharibə zamanı geri çağırdığı diplomatlarını Yaxın Şərqə qaytarmağa başlayıb
Bu gün, 08:50
Möhtəkirlər ətin qiymətini yenidən qaldırdı - Rəsmi qurumlar isə SEYR EDİR...
Bu gün, 08:49
Xəzərdə “15 mil” məsələsi Tehranı ayağa qaldırdı: Zəngəzur dəhlizinə təhlükə - NƏ BAŞ VERİR?
Bu gün, 08:46
Rusiya reaktiv mühərrikli dronlarla hücum edir - İqnat
Bu gün, 08:44
Azərbaycanda un bahalaşa bilər – XƏBƏRDARLIQ
Bu gün, 08:42
Bakı metrosunu partladan şəxsi kim azad etdirdi? – Maxaçevin Qarabağ DOSYESİ
Bu gün, 08:40
Səfirliyimizə qarşı təxribatın arxasındakı qüvvə... - Görünəni odur ki...
Bu gün, 08:36
Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər – TARİX
Bu gün, 08:34
Oğlu Dilqəm Əsgərovu həbs etdirmək istəyir - TƏFƏRRÜAT
Bu gün, 08:32
"5 iş günü artıq bitdi, nəticə yoxdur" - "Kapital Bank" çiləsi davam edir...
Bu gün, 08:19
FETÖ Azərbaycan futboluna "əl" qoyur! - İTTİHAM VAR...
Bu gün, 08:12
Kremlin hədəfinə çevrilən İrəvan üçün BAKI NƏFƏSLİYİ... - İNCƏLƏMƏ
Bu gün, 07:56
İranda müxalif fikirlilər üçün YENİ CƏZA - DƏLİXANADIR, VALLAH...
Bu gün, 07:53
Ünvanlı sosial yardım alanların sayı azalırsa... - AKTUAL
Bu gün, 07:51
"Futbola keçici əyləncə kimi baxmasanız, əsəbi olacaqsınız" - deputat
Bu gün, 07:47
"Əslində cənab Qurbanov, Etibar müəllimə təşəkkür etsə, haqqı var..." - REPLİKA
Bu gün, 07:44
"Ortada nə pul var, nə də televizor!" - GİLEY
Bu gün, 07:39
"Nədən nə nazirin, nə də dövlət qurumlarının təklifləri nəzərə alınmır?" - ARKA-ya KORRUPSİYA İTTİHAMI
Bu gün, 07:33
SOCAR-da YIRTICILARIN QAÇIŞ PLANI - Batan gəmini ilk olaraq siçovullar tərk edir...
Bu gün, 07:19
Qarabağa gedən partiya sədri hökumətə səsləndi - "Fəxr dolu 2 gün keçirdik, amma..."
Bu gün, 06:55
“DƏSTƏK" Fonduna ŞÜBHƏ VAR! - Naxçıvanda NARAZILIQ!
Bu gün, 06:49
TƏBİB-in rəhbər sarıdan bəxti gətirmir - MALƏSƏF...
Bu gün, 06:33
İrəvanın mərkəzində "Artsax": - NİYƏ QALMALIDIR?
Dünən, 18:03
SOCAR-ın idarəsinin dövlətə 40 MİLYON VERGİ BORCU YARANDI - TƏFƏRRÜAT
Dünən, 18:02
Müəllimlə valideynin birləşib şagirdə öyrətdiyi DƏRS
Dünən, 17:58
Əminəm ki, Rusiyanın təxribat xarakterli addımları davam edəcək - Tofiq Zülfüqarov
Dünən, 17:50
Abşeronda qəribə qəza - Qadın öldü, yeniyetmə sürücü qaçdı
Dünən, 17:38
“Mismarla gözünü çıxarmaq istəyirdim...” - Evli ola-ola elçi göndəribmiş
Dünən, 17:36
Azərbaycan səfirliyinə qarşı təxribatın arxasında nə dayanır? - Moskvanın təhlükəli oyunu...
Dünən, 17:19
Bu şirkətin 150 min vergi borcu üzə çıxdı - DETALLAR
Dünən, 17:14
Kəmaləddin Heydərov komandiri vəzifəsindən azad etdi - ƏMR
Dünən, 17:13
Tarix və sərt reallıq istisnasız olaraq hər kəsi mühakimə edəcək: - hər bir Xocalı cəlladı layiq olduğu cəzanı alacaq
Dünən, 17:09
100 min dollarlıq duet QALMAQALI - Yıldız Tilbe Vəfa Şərifovanı məhkəməyə verib?
Dünən, 17:07
24 ton qızılın arxasında nə var? - Şiryayevin iddialarının rəqəmlərlə təkzibi
Dünən, 17:00
“Okean” restoranında qardaşları bıçaqlayan gənc: “Onunla çiyin-çiyinə dəydik və...” - TƏFƏRRÜAT
Dünən, 16:56
Sahib Süleymanovun başı dərddə - “Best Energy Group“ MMC-nin tenderləri yoxlanılır
Dünən, 16:52
ETN “köhnə dostla” yenidən anlaşdı: Bu dəfə 3.7 milyona - ARAŞDIRMA
Dünən, 16:29
Ölkənin ən böyük ixracatçıları kimdir? – Milyonlarla dövriyyə, milyonlarla borc müəmması...
Dünən, 16:25
Köçəryanla Sərkisyana Azərbaycandan pis xəbər: - Bu, sübut olunsa, təhvil veriləcəklər
Dünən, 16:18
İranın nüvə silahı əldə etməsi yəhudilərin sonu deməkdir - Netanyahu
Dünən, 16:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru