Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi Qobustan şəhərində yerləşən ölkə əhəmiyyətli “Diri baba” türbəsinin bərpası işlərinin satın alınması üzrə keçirdiyi tender müsabiqəsinə yekun vurub.
32gun.az-ın məlumatına görə, 427.223,87 AZN dəyərində olan iri satınalma müqaviləsi "OMAR NN GROUP" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə imzalanıb.
Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsindəki mənzillərdən birində hüquqi ünvanı olan qalib şirkətin nizamnamə kapitalı cəmi 10 AZN, qanuni təmsilçisi isə Namiq Nüsrət oğlu Ömərovdu.

























