"FORMAG-BAKU" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə külli miqdarda vergi borcunun olduğu məlum olub.
32gun.az-ın əldə etdiyi məlumata görə, logistika xidmətləri sahəsində fəaliyyət göstərən şirkətin ümumi vergi borcu hazırda 1782385.7 AZN təşkil edir.
Qeyd edək ki, nizamnamə kapitalı cəmi 100 AZN olan və Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, ev 37 ünvanında hüquqi qeydiyyatda qeyd olunan bu şirkətin qanuni təmsilçisi Nəcəf Məlikov Surxay oğludur.
İnternet resurslarında aparılan araşdırmalar zamanı diqqətçəkən digər bir məqam isə "FORMAG-BAKU" MMC-nin "Marsol Group"un partnyor şirkətlərindən biri olmasıdır.
Hətta müxtəlif dövrlərdə "Marsol Group" partnyorlarının "FORMAG-BAKU" MMC-nin ofisində bir neçə dəfə rəsmi görüşləri də baş tutub.
Məlumat üçün bildirək ki, "Marsol Group"un təsisçisi və rəhbəri, eyni zamanda İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) İdarə Heyətinin sədri olan Tural Mustafayevdir. Hüquqi sənədlərdə isə nizamnamə kapitalı 40 manat olan "Marsol Group"un qanuni təmsilçisi kimi Bilal Qasımlı Mahir oğlunun adı qeyd olunub.








