“Biz Türkiyəyə getməyi, onların da Ermənistana gəlməsini normal qəbul etməyi öyrənməliyik”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
O bildirib ki, artıq minlərlə Ermənistan vətəndaşı turist kimi Turkeyyə səfər edir və əks istiqamətdə də hərəkət mövcuddur.
Paşinyan siyasi mübarizədə “Türkiyə” və ya “Azərbaycan” sözlərindən təhqir və ya mənfi etiket kimi istifadə olunmasını tənqid edərək, bunu “forpost təfəkkürü” adlandırıb.
“Hələ 2021-2022-ci illərdə demişdim ki, məni “türk” adlandırıb təhqir etdiyinizi düşünməyin. Bu, yanlış, forpost təfəkkürüdür. Biz dövlət olduğumuzu anlamalı və daha ciddi davranmalıyıq. Mən sizin Türkiyəyə, Rusiyaya və ya Avropaya getmək hüququnuzu müdafiə edirəm. İnsanların öz fikirlərini ifadə etmək hüququ var. Amma hər birimiz özümüzə nəzarət etsək, heç kəsi məhdudlaşdırmağa ehtiyac qalmaz”, - Baş nazir əlavə edib.








