40 millət vəkili Qalibafa qarşı bəyanat imzaladı .....                     Azərbaycanda kredit faizləri artıb .....                     Bakıda kişi ondan pul istəyən sevgilisini döydü .....                     Kreml “qaranlıq tunelə” geri dönür, dünyanı dağıtmaqla qorxudur: .....                     Lukaşenko bu yaxınlarda Zelenskinin nümayəndələri ilə görüşdüyünü bildirib .....                     İkisi həbsdə, ikisi azadlıqda olan İbrahimovların milyondan çox vergi borcu var .....                     Azərbaycanda baxça müdirəsi otağında BIÇAQLANDI: keçmiş əri həbs olundu .....                     Qalibaf İranın azad olunmuş vəsaiti ilə ABŞ məhsulları alacağını təkzib edib .....                     “Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirilib .....                     Azərbaycan Prezidenti şəhid hərbçiləri təltif edib .....                     Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularını təltif edib .....                     Müdafiə Nazirliyinin 5 hərbçisinə “general-mayor” ali hərbi rütbəsi verilib .....                     Erməni lobbisi AŞPA-da illərdir Azərbaycana qarşı işləyir .....                     İrəvanda “ay aman, azərbaycanlılar gəlir” isterikası .....                     Ən radikal “erməni”nin Bakıya növbəti hücumu .....                     SEPAH İsraili müharibə ilə təhdid etdi .....                     Azərbaycan elektrik enerjisini Gürcüstana 9,8, Rusiyaya isə 8,1 qəpiyə satıb .....                     “Azərbaycan” sözünü təhqir kimi işlətmək forpost təfəkkürüdür .....                     BDU tələbələri PULLARINI TƏLƏB EDİR... .....                     “Elza Seyidcahanın yeri səhv düşüb” .....                     Həvəsinə görə məhkəməlik oldu .....                     "Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi mənə qadağa qoyub" .....                     "DOST Agentliyi şəhid ailəsinə DOST DEYİL? .....                     Aİ Bakının İrəvana şərtlərini niyə görməzdən gəlir? .....                     Kılıçdaroğlunun CHP-nin başına gətirilməsindən sonra ilk dəfə görüşdülər .....                     Türkiyədə Almaniyaya aid “Patriot” HHM sistemi yerləşdirilib .....                     BU NƏDİ BELƏ: Aşağıda ixtisarlar gedir... Mərkəzi ofisdə daha bir qurum YARADILDI! .....                     Ermənistan hökumətinin tərkibində dəyişiklik olmayacaq .....                     BDU-nun məzun gecəsi son anda ləğv edildi: 46 min manatlıq dələduzluq .....                     Yevlaxda 69 yaşlı kişi həmkəndlisini niyə qətlə yetirib? .....                     Şimal-qərb küləyi əsəcək .....                     Paşinyan Putin, Japarov və Tokayevə: .....                     Gəncə Beynalxalq Hava Limanının direktoru təqaüdə göndərildi .....                     Azərbaycanlı müəllim qapalı məhkəmədən .....                     Paşinyan Aİİ-nin bəyanatını sərt tənqid edib: .....                     "O gecə Eldar Mahmudov da evinə getmir..." .....                     Novxanıda yarğanlar, Buzovnada "şlaqbaum"lar .....                     "Sea Breeze"dəki "Port d’Azur" layihəsini tikən şirkətin hesabına .....                     "14 gündür hər gün yazıram... yola verirlər...." .....                     “Dünyanın heç bir yerində pulsuz təhsil yoxdur" deyən nazirə CAVAB: .....                 

Erməni lobbisi AŞPA-da illərdir Azərbaycana qarşı işləyir - ŞƏRH
Tarix: Bu gün, 16:02 | Çap et

Avropa Şurası Parlament Assambleyası Azərbaycana qarşı qərəzli və böhtan xarakterli piar kampaniyasını davam etdirir. Qurum mütəmadi olaraq, Azərbaycana qarşı reallığı əks etdirməyən sənədlər əsasında qərarlar qəbul edir. Bu sənədlər əsasən Azərbaycana qarşı qərəzli mövqe sərgiləyən şəxslərin subyektiv və əsassız iddiaları üzərində qurulur.

Təşkilatın iyunun 24-də Azərbaycana dair qəbul etdiyi son qətnamə də uzun illərdir davam etdirdiyi xəttinin növbəti təzahürüdür. Rəsmi olaraq insan hüquqları, ifadə azadlığı və vətəndaş cəmiyyətinin vəziyyətinə həsr olunan sənəd, əslində, Azərbaycana qarşı formalaşmış siyasi yanaşmanın davamı təsiri bağışlayır. Qətnamənin məzmunu, müzakirələrin gedişi və son illərdə qəbul olunan analoji qərarlar göstərir ki, burada hüquqi qiymətləndirmədən daha çox qərəzli siyasi mövqe üstünlük təşkil edir.

Qətnamədə Azərbaycanda jurnalistlərin, vətəndaş cəmiyyəti nümayəndələrinin və hökuməti tənqid edən şəxslərin guya təzyiqə məruz qalması, ifadə azadlığının məhdudlaşdırılması və siyasi məhbusların mövcudluğu ilə bağlı iddialar yer alır. Lakin sənəddə bu məsələlərə yalnız bir tərəfin prizmasından yanaşılıb, bəzi qeyri-hökumət təşkilatlarının, ayrı-ayrı siyasi qrupların və Azərbaycana qarşı sərt mövqeyi ilə tanınan deputatların iddiaları əsas götürülüb, rəsmi Bakının mövqeyi, Azərbaycan hökumətinin hüquqi arqumentləri və qanunvericilik çərçivəsi nəzərə alınmayıb. Bu isə sənədin balanslı deyil, birtərəfli hazırlandığı barədə qənaəti gücləndirir.

Qətnamədə Azərbaycana qarşı irəli sürülən iddialar birtərəfli qaydada hazırlanıb, əsasən ölkəyə qarşı sərt mövqeyi ilə seçilən siyasi dairələrin və bəzi qeyri-hökumət təşkilatlarının fikirlərinə üstünlük verilib, rəsmi Bakının hüquqi arqumentləri isə nəzərə alınmayıb.

Qətnamənin müzakirələri zamanı baş verənlər də sənədin hansı mühitdə qəbul olunduğunu nümayiş etdirir. Azərbaycana qarşı qərəzli mövqeyi ilə tanınan Frank Şvabe çıxışı zamanı yalnız Azərbaycanı tənqid etməklə kifayətlənməyib, o, Azərbaycanın mövqeyini müdafiə edən deputata qarşı da aqressiv və sərt ritorikadan istifadə etməkdən də çəkinməyib.

Bu davranış isə AŞPA daxilində fərqli mövqelərə münasibətin necə formalaşdığını göstərən mühüm nümunədir. Parlament diplomatiyasının mahiyyəti fikir müxtəlifliyinin təmin olunmasıdır. Əgər fərqli mövqe nümayiş etdirən deputat emosional hücumlarla qarşılanırsa, bu, müzakirələrin obyektiv platformadan uzaqlaşdığını göstərir.

Belə hallar Assambleyada müəyyən siyasi dairələrin mövqeyinin dominant olduğunu və alternativ baxışlara kifayət qədər imkan verilmədiyini göstərir.

Qətnamənin əsas hissəsi jurnalistlər, bloqerlər və vətəndaş cəmiyyəti nümayəndələri ilə bağlı cinayət işlərinə həsr olunub. Lakin burada mühüm hüquqi məqam diqqətdən kənarda saxlanılır. Həmin şəxslər jurnalist olduqları və ya hökuməti tənqid etdikləri üçün deyil, qanunvericiliyin pozulması ilə bağlı konkret ittihamlar əsasında istintaqa cəlb ediliblər.

AŞPA-nın fəaliyyətində, xüsusilə Azərbaycana münasibətdə yol verdiyi əsas yanlışlıqlardan biri də uzun illərdir, davam edən ikili standartlardır.

Son illər Avropanın müxtəlif ölkələrində jurnalistlərin saxlanılması, media qurumlarına qarşı hüquqi tədbirlər, etiraz aksiyalarının dağıdılması və siyasi hüquqların məhdudlaşdırılması ilə bağlı kifayət qədər ciddi faktlar qeydə alınıb. Bununla belə, həmin ölkələrə münasibətdə AŞPA-nın reaksiyası heç vaxt Azərbaycana olduğu qədər sərt olmayıb.

Bu fərqli yanaşma istər-istəməz haqlı sual yaradır: əgər eyni hüquqi prinsiplər mövcuddursa, niyə onların tətbiqi müxtəlif dövlətlər üçün fərqli olur?

Məhz bu fərqliliyə görə AŞPA-nın qərarlar verərkən siyasi selektivliyə yol verməsi göz qabağındadır.

Qeyd edək ki, oxşar tendensiya Avropa Parlamentində də müşahidə olunur.

AŞPA-nın yanaşması Avropa Parlamentinin mövqeyi ilə də üst-üstə düşür.

Son beş il ərzində bu Avropa institutunda da Azərbaycanla bağlı qəbul edilən çoxsaylı qətnamə, əsasən, tənqidi və qərəzli xarakter daşıyıb. Hətta Avropa Parlamentində qəbul olunmuş qətnamənin adı “Ermənistanın dəstəkləməsi” olsa da, sənəddə Azərbaycan əleyhinə çoxlu müddəa yer alıb. Ermənistanın dəstəklənməsinə həsr olunmuş sənədlərdə belə Azərbaycana qarşı çoxsaylı müddəalara yer verilməsi bu tendensiyanın təsadüfi olmadığını ortaya qoyur.

Belə mənzərə onu göstərir ki, bəzi Avropa institutlarında Azərbaycana qarşı birtərəfli, qərəzli və açıq-aşkar düşmən münasibət formalaşıb.

Mətbuat Şurası İdarə Heyətinin üzvü, Beynəlxalq Əlaqələr Komissiyasının sədri Müşfiq Ələsgərli Sherg.az-a bildirib ki, Avropa Şurası və onun Parlament Assambleyası Azərbaycana münasibətdə heç vaxt obyektiv və səmimi mövqe nümayiş etdirməyib. Onun sözlərinə görə, Azərbaycan Avropa Şurasına üzv olduğu gündən bu günə qədər təşkilat ölkənin üzləşdiyi problemlərin həllinə dəstək vermək əvəzinə, daha çox əsassız ittihamlar və siyasi təzyiqlərlə çıxış edib:

“Azərbaycan torpaqları uzun illər işğal altında qaldığı, bir milyondan artıq qaçqın və məcburi köçkünün fundamental hüquqları pozulduğu dövrdə AŞPA bu məsələlərə adekvat münasibət sərgiləməyib. Əksinə, təşkilat daha çox Azərbaycana qarşı qərəzli qətnamələr və siyasi ittihamlarla gündəmə gəlib. Bu yanaşma təsadüfi deyil və məqsədli xarakter daşıyır. Avropa Şurası daxilində beynəlxalq erməni diaspor təşkilatlarının, erməni lobbi qruplarının və müxtəlif güc mərkəzlərinin təsiri altında fəaliyyət göstərən dairələr mövcuddur. Məhz həmin qrupların təsiri nəticəsində AŞPA uzun illərdir Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirir. Əvvəllər Azərbaycanın bu təşkilata qarşı səsləndirdiyi etirazlar bəzi dairələr tərəfindən subyektiv yanaşma kimi təqdim olunsa da, son dövrlərdə ortaya çıxan faktlar Azərbaycanın iradlarının əsaslı olduğunu göstərir. Ötən bir il müddətində dünya siyasətini möhkəm şəkildə silkələyən “Epşteyn dosye”lərinin üzə çıxmasından sonra məlum oldu ki, həmin qalmaqallı siyahılarda Avropa Şurasına uzun illər rəhbərlik etmiş şəxslərin, o cümlədən keçmiş baş katib Torbyorn Yaqlandın adı yer alır. Bu şəxslərin adının sözügedən cinayətlərdə hallanması təşkilatın nüfuzuna ciddi zərbə vurub. Əgər Avropa Şuraslı kimi beynəlxalq əhəmiyyətli bir qurumun rəhbərliyində təmsil olunan şəxslər “Epşteyn dosyesi” kimi qalmaqallı hadisələrdə ittiham olunursa, həmin təşkilatda qəbul edilən qərar və qətnamələrin obyektivliyi haqlı olaraq şübhə yaradır.

Bu həm də o deməkdir ki, Azərbaycanın Avropa Şurasına qarşı səsləndirdiyi arqumentlər tam əsaslıdır. Təşkilat artıq müəyyən beynəlxalq güclərin və lobbi dairələrinin təsiri altına düşüb və bəzi hallarda siyasi sifarişlərin icraçısına çevrilib. Kim çoxlu pul verirsə, onun sifarişləri yerinə yetirilir, maraqları təmin edilir”.

M. Ələsgərli hazırda Qarabağda separatçılıq və hərbi cinayətlərdə ittiham olunan şəxslərlə bağlı davam edən məhkəmə proseslərinə də toxunub. O bildirib ki, beynəlxalq erməni təşkilatları və onların təsiri altında olan bəzi dairələr həmin şəxsləri “əsir” kimi təqdim etməyə çalışır, halbuki söhbət terror və hərbi cinayətlərdə ittiham olunan şəxslərdən gedir: “Onların azadlığa çıxarılmasını istəyirlər və bununla bağlı Azərbaycana qarşı zaman- zaman yersiz müraciətlər və əsassız ittihamlar müşahidə edirik. Azərbaycana qarşı vaxtaşırı irəli sürülən ittihamlar və AŞPA-nın son qətnaməsi də məhz bu siyasi təzyiq kampaniyasının tərkib hissəsidir. Bu baxımdan AŞPA-nın yeni qətnaməsi də təəccüblü deyil.

Dediyim kimi Avropa Şurası və onun Parlament Assambleyası obyektiv beynəlxalq platformadan daha çox, müxtəlif siyasi və geosiyasi maraqların təsiri altında fəaliyyət göstərən alətə çevrilib”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
40 millət vəkili Qalibafa qarşı bəyanat imzaladı
Bu gün, 17:26
Azərbaycanda kredit faizləri artıb - BELƏ HARA GEDİRİK?
Bu gün, 17:15
Bakıda kişi ondan pul istəyən sevgilisini döydü
Bu gün, 17:14
Kreml “qaranlıq tunelə” geri dönür, dünyanı dağıtmaqla qorxudur: - Ukrayna savaşı Rusiyanı artıq daxildən çökdürür
Bu gün, 17:10
Lukaşenko bu yaxınlarda Zelenskinin nümayəndələri ilə görüşdüyünü bildirib
Bu gün, 17:07
İkisi həbsdə, ikisi azadlıqda olan İbrahimovların milyondan çox vergi borcu var - DETALLAR
Bu gün, 17:00
Azərbaycanda baxça müdirəsi otağında BIÇAQLANDI: keçmiş əri həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 16:53
Qalibaf İranın azad olunmuş vəsaiti ilə ABŞ məhsulları alacağını təkzib edib
Bu gün, 16:40
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirilib - FOTO
Bu gün, 16:37
Azərbaycan Prezidenti şəhid hərbçiləri təltif edib - SƏRƏNCAM
Bu gün, 16:35
Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularını təltif edib - SİYAHI
Bu gün, 16:33
Müdafiə Nazirliyinin 5 hərbçisinə “general-mayor” ali hərbi rütbəsi verilib - ADLAR
Bu gün, 16:31
Erməni lobbisi AŞPA-da illərdir Azərbaycana qarşı işləyir - ŞƏRH
Bu gün, 16:02
İrəvanda “ay aman, azərbaycanlılar gəlir” isterikası - BAŞLARI QAÇIB...
Bu gün, 16:01
Ən radikal “erməni”nin Bakıya növbəti hücumu – O, nəyə çalışır?
Bu gün, 15:58
SEPAH İsraili müharibə ilə təhdid etdi
Bu gün, 15:56
Azərbaycan elektrik enerjisini Gürcüstana 9,8, Rusiyaya isə 8,1 qəpiyə satıb - SİYAHI
Bu gün, 15:55
“Azərbaycan” sözünü təhqir kimi işlətmək forpost təfəkkürüdür - Paşinyan
Bu gün, 15:53
BDU tələbələri PULLARINI TƏLƏB EDİR... - TƏFƏRRÜAT
Bu gün, 15:50
“Elza Seyidcahanın yeri səhv düşüb” - AYB rəsmisi
Bu gün, 15:45
Həvəsinə görə məhkəməlik oldu - Bakıda gənc oğlanın ŞOK ƏMƏLİ
Bu gün, 15:43
"Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi mənə qadağa qoyub" - Seyid Taleh Boradigahi
Bu gün, 15:42
"DOST Agentliyi şəhid ailəsinə DOST DEYİL? - NARAZILIQ VAR...
Bu gün, 15:34
Aİ Bakının İrəvana şərtlərini niyə görməzdən gəlir? - ŞƏRH
Bu gün, 13:31
Kılıçdaroğlunun CHP-nin başına gətirilməsindən sonra ilk dəfə görüşdülər
Bu gün, 13:27
Türkiyədə Almaniyaya aid “Patriot” HHM sistemi yerləşdirilib - MN
Bu gün, 13:24
BU NƏDİ BELƏ: Aşağıda ixtisarlar gedir... Mərkəzi ofisdə daha bir qurum YARADILDI! - DƏLİXANADIR, VALLAH...
Bu gün, 13:20
Ermənistan hökumətinin tərkibində dəyişiklik olmayacaq - Paşinyan
Bu gün, 13:10
BDU-nun məzun gecəsi son anda ləğv edildi: 46 min manatlıq dələduzluq - BU NƏDİ BELƏ?
Bu gün, 13:05
Yevlaxda 69 yaşlı kişi həmkəndlisini niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Bu gün, 13:00
Şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:54
Paşinyan Putin, Japarov və Tokayevə: - Belə qərar olar?
Bu gün, 12:52
Gəncə Beynalxalq Hava Limanının direktoru təqaüdə göndərildi - ƏMR
Bu gün, 12:52
Azərbaycanlı müəllim qapalı məhkəmədən İMTİNA ETDİ
Bu gün, 12:50
Paşinyan Aİİ-nin bəyanatını sərt tənqid edib: - Cavab verməlidirlər ki, təşkilat mövcuddurmu, yoxsa yox?
Bu gün, 12:49
"O gecə Eldar Mahmudov da evinə getmir..." - Pərviz Həşimli azadlığa çıxan Elçin Quliyevdən yazdı…
Bu gün, 12:44
Novxanıda yarğanlar, Buzovnada "şlaqbaum"lar – çimərliklərdə nə baş verir?
Bu gün, 12:28
"Sea Breeze"dəki "Port d’Azur" layihəsini tikən şirkətin hesabına HƏBS QOYULDU
Bu gün, 12:25
"14 gündür hər gün yazıram... yola verirlər...." - GİLEY
Bu gün, 12:17
“Dünyanın heç bir yerində pulsuz təhsil yoxdur" deyən nazirə CAVAB: - "Nazir dövlətlə vətəndaş arasında UÇURUM YARADIR!"
Bu gün, 12:10
Saxta diplomu olan direktorun 98 minini ələ keçirən şəxs şikayətini geri götürdü
Bu gün, 12:05
Apple məhsullarını rəsmi olaraq Bakcell Shop-da əldə et!
Bu gün, 12:04
Moskvanı Tramp bombaladıb? - “Financial Times”
Bu gün, 12:02
Türkiyə millisi son oyuna çıxır - Baş məşqçi dəstək istədi
Bu gün, 11:56
Belarusdan Azərbaycana 42 ton ətdən hazırlanan un gətirilib
Bu gün, 11:52
İran gələcək münaqişənin toxumunu səpir - Qarqaş
Bu gün, 11:51
SEPAH yeni Hörmüz marşrutundan istifadə edən gəmiləri hədəf alacağı ilə hədələyir
Bu gün, 11:47
Uğursuz olmağı da bacarmayan Nemət Pənahlı - Saffari yazır...
Bu gün, 11:45
“AFB Bank”ın filial müdiri 12 min “otkat” alıb - TƏFƏRRÜAT
Bu gün, 11:35
İçməli suyun məmur bağlarına və villalara yönləndirilməsi sakinləri susuz qoyub - ETİRAZ VAR...
Bu gün, 11:27
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru