"Ürəyimin üç damarını dəyişiblər..." .....                     Bakı-Moskva arasında yeni dövr .....                     Ekologiyanın “boz kardinal”ı Vüqar Kərimova qarşı ağır ittihamlar .....                     Naxçıvanda məmurların qəbuluna düşmək İMKANSIZDIR... .....                     Təcili Tibbi Yardımın TƏCİLİ YARDIMINA ümidli olsaq.... .....                     "Sədərək Yusif" üçün bu ölkənin qanunları İŞLƏMİR... .....                     Siyəzəndə dövlətin əmlakı belə QARƏT OLUNUR... .....                     Qorxmaz Hüseynovun OĞURLADIĞI PULLAR .....                     İraqda daha bir İsrail hərbi bazası aşkarlanıb .....                     Deputatın GİZLƏTDİYİ GERÇƏKLİK... .....                     Azərbaycanda minimum əməkhaqqı ilə nə qədər uzağa getmək olar... .....                     1-ci Qarabağ savaşı qaziləri UNUDULUB? .....                     Ukraynanın Moskvaya qisas hücumu .....                     "Baxdım ki, məndən başqa heç kəs heç nə etməyəcək,..." .....                     Avropada milli maraqlarımızı hədəfə alan SAPI MİLLİ BALTALAR... .....                     İctimai yayımın baş direktorunun seçilməsi İctimai prosesin nəticəsi olmalıdır... .....                     Hər 3 uşaqdan 2-i sovet dövründən qalma məktəb binalarında oxuyur .....                     Məktəb uşağın özünü təhlükəsiz hiss etdiyi yer olmalıdır... .....                     Bakının dərdi var... Bakı xəstədir... .....                     AZAL hava şəraiti ilə əlaqədar təxirə salınmış Naxçıvan reyslərini bərpa edib .....                     Ermənistanı yeni müharibəyə hazırlayırlar .....                     SAT imtahanlarında şok iddialar: saxtakarlıq harada baş verir? .....                     İranın bayraq əndişəsi .....                     Azərbaycana qarşı sistemli PLAN .....                     Köçəryan seçki ilə bağlı əmlak bəyannaməsində Xankəndindəki mənzilini də təqdim etdi... .....                     Vüsal Aslanov hökumətin şəhərsalma siyasətini bir cümlə ilə kəskin tənqid edib .....                     Kremldən İrəvana sərt xəbərdarlıq .....                     Tramp Çinin mövqeyini gücləndirir .....                     Dünyanın gələcəyi qlobal cənub ölkələrinə məxsusdur .....                     AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb .....                     Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı .....                     Bu mövsüm cəzalandırılan hakimlər .....                     Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir .....                     Dövlət qurumu 20 mənzil alır .....                     "Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR .....                     Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar .....                     Köçəryanın HƏBSİ GÜNDƏMDƏ .....                     “Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” .....                     Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı .....                     Rusiya dərin böhran içində və: .....                 

Pezeşkian TARİX açıqladı: Azərbaycan da İŞİN içində... - NƏ BAŞ VERİR?
Tarix: 17-02-2026, 08:44 | Çap et

İran üzərində qara buludlar getdikcə sıxlaşsa da, Tehran iqtisadi layihələrin icrası sahəsində fəaliyyətini dayandırmır.

Musavat.com xəbər verir ki, bir neçə gün əvvəl prezident Məsud Pezeşkian mart ayının sonuna qədər Şimal-Cənub Nəqliyyat Dəhlizi layihəsinə əngəl olan bütün maneələri aradan qaldıracaqlarına söz verib.

“Tasnim” Agentliyinin məlumatına görə, o, xüsusilə İran-Azərbaycan-Rusiya dəmiryollarını əlaqələndirəcək Rəşt-Astara dəmiryol xəttinin tikintisini önə çəkib: “İran və Rusiya arasında münasibətlər möhkəmdir. Çoxsaylı müqavilələr imzalanıb və həyata keçirilir. Dəmir yolu marşrutunun tikilib istifadəyə verilməsi üçün ilin sonuna qədər maneələri aradan qaldıracağıq (İran təqviminə görə ilin sonu 20 mart 2026-cı ilə təsadüf edir – red.)”.

Qeyd edək ki, 2023-cü ildə Rusiya və İran Şimal-Cənub layihəsinin tərkib hissəsi olan və Fars körfəzi limanlarına tranzit nəqliyyatı təmin etmək üçün nəzərdə tutulan Rəşt-Astara dəmir yolunun 160 kilometrlik hissəsini birgə inşa etmək barədə müqavilə imzalayıb. Layihənin ümumi dəyəri 1,6 milyard avrodur. Bunun 1,3 milyard avrosunu dövlət krediti şəklində ayıran Moskva tikinti işlərini də özü həyata keçirəcək.

Lakin sazişin imzalanmasından ötən 3 ildə İran tərəfi dəmiryol xəttinin keçəcəyi ərazidə torpaq alınması işlərini hələ də başa çatdıra bilməyib. Ötən ilin oktyabrında məlum olub ki, dəmir yolu xəttinin marşrutunu dəyişdirib. Rusiya, İran və Azərbaycan hökumət rəsmilərinin 13-14 oktyabr tarixlərində Bakıda keçirilən görüşünün nəticələri ilə tanış olan mənbə RBK-ya bildirib ki, dəyişikliklər 80 km-dən çox hissəyə və ya bu perspektivli dəmir yolu xəttinin uzunluğunun yarısından çoxuna (162,4 km) təsir edəcək.

Rusiya Nəqliyyat Nazirliyi dəyişiklikləri təsdiqləyib:

“Layihənin marşrutu İran tərəfi tərəfindən həyata keçirilən torpaq alma fəaliyyətləri zamanı dəyişdirilib”. Nazirliyin sözçüsü Nikolay Şestakov deyib ki, “müxtəlif hallarla bağlı bu cür dəyişikliklər belə layihələr üçün standart təcrübədir”.

Sözçü həmçinin, qeyd edib ki, layihə həlləri və xərcləri İranla müqavilədə nəzərdə tutulduğu kimi, layihənin maksimum dəyəri olan 1,6 milyard avronu keçməyəcək:

“Süni tikililərin - körpülərin, yol ötürücülərinin və digər obyektlərin köçürülməsi ilə bağlı müəyyən texniki həllər dəyişdirilə bilər. İran tərəfi ilə razılığa gəldik ki, tədqiqatların və layihələndirmənin nəticələrinə əsasən, layihə üçün İran tərəfinin verdiyi vergi və rüsumlardan azadolma nəzərə alınmaqla, maksimum məbləğ daxilində layihə həllərini və xərcləri dəqiqləşdirəcəyik”.

Bir ay sonra İran Dəmir Yollarının rəhbəri Cabar Əli Zakeri elan edib ki, İran və Azərbaycan arasında Rəşt-Astara dəmir yolu xəttinin tikintisinə 2026-cı ilin mart ayının ikinci yarısında başlana bilər:

“Əsas məsələ dəmir yolu xəttinin tikintisi üçün torpaq sahəsinin alınması idi. Deyə bilərəm ki, planlaşdırılan 161 kilometrlik marşrutun 95 kilometri artıq alınıb. Rusiya Dəmir Yollarının tikintiyə başlaya bilməsi üçün hər həftə üç kilometr alınır. Novruz bayramına qədər torpaq sahəsinin alınması prosesinin başa çatacağını və torpaq sahəsinin Rusiya Dəmir Yollarına təhvil veriləcəyini gözləyirik”.

Onun sözlərinə görə, rusiyalı mühəndislər ərazidə işləyir, geotexniki sınaqlar və layihələndirmə işləri aparırlar:

“Tikinti işlərinə Novruz bayramından sonra başlamaq planlaşdırılır”.

12 dekabr 2025-ci ildə Vladimir Putinlə görüşündə Pezeşkian Rəşt-Astara magistral yolunun 100 km-dən çox hissəsinin tikinti üçün alındığını və prosesin 2026-cı ilin mart ayına qədər başa çatdırılmasını planlaşdırdığını elan edib. Eyni zamanda, dekabrda İran Nəqliyyat İnfrastrukturunun Tikinti və İnkişafı üzrə direktoru Xuşanq Bəzvənd bildirib ki, İran nümayəndə heyəti bir ay ərzində Rəşt-Astara dəmir yolu xəttinin tikintisi üçün müqavilə imzalamaq üçün Rusiyaya səfər edəcək: “Bir aydan az müddətdə müqaviləni yekunlaşdırmaq üçün İran nümayəndə heyətinin Rusiyaya göndəriləcəyi və bundan sonra Rəşt-Astara dəmir yolunun tikintisinə faktiki olaraq başlanacağı gözlənilir”.

Bəzvəndin sözlərinə görə, İran tərəfi Rusiyanın dəmir yolu hissəsinin layihələndirilməsi və tikintisi ilə bağlı təkliflərinin təxminən 70 faizini qəbul edib. O əlavə edib ki, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bir hissəsi olan Xatəm əl-Ənbiya tikinti şirkəti baş podratçı seçilib...

Göründüyü kimi, İran tərəfinin nikbinliyinə baxmayaraq, fevral ayının ikinci yarısıdır və Bəzvəndin haqqında bəhs etdiyi səfər, saziş imzalanması hələ də baş tutmayıb. Buna İranda dekabrın sonu-yanvarın əvvəli baş verən etirazlarla yanaşı, ölkənin maliyyə sistemindəki çöküş də imkan verməyib.

ABŞ maliyyə naziri Skott Bessentin açıqlamasından aydın olur ki, Vaşinqton İrana dollar axınlarının qarşısını tam alıb, ölkənin ən böyük bankı çöküb. Belə vəziyyətdə Rəşt-Astara üçün torpaq alınması və İranın üzərinə düşən digər fəaliyyətlərin icrası imkanları kəskin məhdudlaşıb.

Digər məsələ dəmiryolunun tikintisininn baş podratçısı olan şirkətin sahibi SEPAH-ın Avropa İttifaqı tərəfindən terrorçu təşkilat elan edilməsidir.

Nəhayət, ABŞ-ın danışıqlarda İrana çox sərt tələblər qoyması, bölgəyə əlavə qüvvə yığmağa davam etməsi, hazırkı rejimi əvəzləyəcək qüvvə kimi Rza Pəhləvinin önə çəkilməsi İrana qarşı yeni hücum ehtimalını getdikcə artırır. Bütün bunlar Rəşt-Astara xəttinin tikintisi ilə bağlı gözləntilərin doğrulma ehtimalını kəskin azaldır.

Hazırda yüklər Rəştə qədər dəmiryolla, oradan Azərbaycan sərhədinə qədər avtomobillərlə çatdırılır. Azərbaycanda isə bir hissəsi yenə avtomobillərlə, digər hissəsi isə dəmiryolu ilə daşınır...

İrana yeni hücum olarsa, xüsusilə də rejim dəyişikliyi baş verərsə, bu, bütün iqtisadi layihələrin ən yaxşı halda 5-6 ay arxa plana keçməsinə gətirib çıxara bilər. Azərbaycan üçün bu vəziyyət tranzit gəlirlərində müəyyən itkilərə səbəb ola bilər. Dövlət Statistika Komitəsindən Musavat.com-a verilən məlumata görə, 2025-ci ildə Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərində dəmir yolu nəqliyyatı ilə 14 milyon 261,4 min ton, avtomobil nəqliyyatı ilə 11 milyon 46,1 min ton və dəniz nəqliyyatı ilə 7 milyon 229,7 min ton yük daşınıb. Bu yüklərin 9 milyon 289 min tonu Şimal-Cənub, 16 milyon 909,8 min tonu Şərq-Qərb nəqliyyat dəhlizi ilə daşınıb.

Komitənin məlumatına əsasən, dəmir yolu nəqliyyatı ilə daşınmış yüklərin 46,2 faizini, avtomobil nəqliyyatı ilə daşınmış yüklərin 42,3 faizini, dəniz nəqliyyatı ilə daşınmış yüklərin isə 93,3 faizini tranzit yüklər təşkil edib.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Ürəyimin üç damarını dəyişiblər..." - İntiqam Soltan
Bu gün, 06:53
Bakı-Moskva arasında yeni dövr – “Soyuq praqmatizm”
Bu gün, 06:50
Ekologiyanın “boz kardinal”ı Vüqar Kərimova qarşı ağır ittihamlar - Dövlətin yaşıl siyasətini “qara biznes”ə çevirənlər…
Bu gün, 06:48
Naxçıvanda məmurların qəbuluna düşmək İMKANSIZDIR... - GİLEY
Bu gün, 06:35
Təcili Tibbi Yardımın TƏCİLİ YARDIMINA ümidli olsaq.... - ETİRAZ VAR!
Bu gün, 06:29
"Sədərək Yusif" üçün bu ölkənin qanunları İŞLƏMİR... - İLGİNC FAKTLAR
Bu gün, 06:22
Siyəzəndə dövlətin əmlakı belə QARƏT OLUNUR... - İTTİHAM VAR...
Bu gün, 06:18
Qorxmaz Hüseynovun OĞURLADIĞI PULLAR - görün, harda imiş...
Bu gün, 06:07
İraqda daha bir İsrail hərbi bazası aşkarlanıb - KİV
Bu gün, 06:00
Deputatın GİZLƏTDİYİ GERÇƏKLİK... - yəni bilmirmi ki...
Bu gün, 01:23
Azərbaycanda minimum əməkhaqqı ilə nə qədər uzağa getmək olar... - AKTUAL
Bu gün, 01:13
1-ci Qarabağ savaşı qaziləri UNUDULUB? - GİLEY
Bu gün, 01:07
Ukraynanın Moskvaya qisas hücumu - FOTO
Bu gün, 00:59
"Baxdım ki, məndən başqa heç kəs heç nə etməyəcək,..." - Nura Suri
Bu gün, 00:50
Avropada milli maraqlarımızı hədəfə alan SAPI MİLLİ BALTALAR... - AXI NİYƏ?..
Bu gün, 00:45
İctimai yayımın baş direktorunun seçilməsi İctimai prosesin nəticəsi olmalıdır... - ÇÜNKİ...
Bu gün, 00:40
Hər 3 uşaqdan 2-i sovet dövründən qalma məktəb binalarında oxuyur - MALƏSƏF...
Bu gün, 00:35
Məktəb uşağın özünü təhlükəsiz hiss etdiyi yer olmalıdır... - qorxu zonası yox...
Bu gün, 00:27
Bakının dərdi var... Bakı xəstədir... - FAKT BUDUR!
Bu gün, 00:14
AZAL hava şəraiti ilə əlaqədar təxirə salınmış Naxçıvan reyslərini bərpa edib - DİQQƏT
Dünən, 10:39
Ermənistanı yeni müharibəyə hazırlayırlar - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 08:36
SAT imtahanlarında şok iddialar: saxtakarlıq harada baş verir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:35
İranın bayraq əndişəsi - AXI NİYƏ?..
Dünən, 08:25
Azərbaycana qarşı sistemli PLAN - GƏLİŞMƏ
Dünən, 08:21
Köçəryan seçki ilə bağlı əmlak bəyannaməsində Xankəndindəki mənzilini də təqdim etdi... -Növbəti həyasızlıq...
Dünən, 08:19
Vüsal Aslanov hökumətin şəhərsalma siyasətini bir cümlə ilə kəskin tənqid edib - Natiq Cəfərli
Dünən, 08:16
Kremldən İrəvana sərt xəbərdarlıq – 5 milyard dollarlıq təhlükə sizi gözləyir
Dünən, 08:11
Tramp Çinin mövqeyini gücləndirir - Səbəblər
Dünən, 08:07
Dünyanın gələcəyi qlobal cənub ölkələrinə məxsusdur - Qalibaf
Dünən, 08:04
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb
16-05-2026, 18:02
Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı - FOTO
16-05-2026, 14:45
Bu mövsüm cəzalandırılan hakimlər - SİYAHI
16-05-2026, 14:00
Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir - Video
16-05-2026, 13:53
Dövlət qurumu 20 mənzil alır – 2 MİLYONLUQ TENDER
16-05-2026, 13:19
"Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR - Danışıqlar son mərhələdə
16-05-2026, 13:15
Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar - Tunel çökdü, ölənlər var
16-05-2026, 12:57
Köçəryanın HƏBSİ GÜNDƏMDƏ – Azərbaycana təhvil verilə bilər?
16-05-2026, 12:53
“Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” - Sarkisyan
16-05-2026, 12:33
Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı
16-05-2026, 12:31
Rusiya dərin böhran içində və: - "müharibə iqtisadiyyatı"nın əzabı
16-05-2026, 12:27
Məktəbdə distant oxumaq olar, universitetdə yox?
16-05-2026, 12:03
Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... - Qanun qarşısında isə BƏRABƏRİK...
16-05-2026, 11:53
Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib - FOTO
16-05-2026, 11:47
Çin dünyaya hakim olmaq istəyir, ABŞ qarşılıq verməlidir
16-05-2026, 11:41
Erməni qısqanclığı: - Rusiya bizə və Azərbaycana niyə fərqli yanaşır?
16-05-2026, 11:35
“Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” - ŞƏRH
16-05-2026, 11:19
Gələn həftə İrana hücumlar bərpa oluna bilər – NYT
16-05-2026, 11:17
“Mən rus deyiləm, yarı azərbaycanlıyam” - Video
16-05-2026, 11:12
Sürücülər cərimələrdən beziblər - Ermənistan qəzeti
16-05-2026, 11:06
Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib
16-05-2026, 10:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru