"Yerli KİV-də deputat Əlibala Məhərrəmzadə barədə "Həkimlər dərman qiymətlərini bahalaşdırır" başlıqlı yazı yayımlanıb.
Təəccüblüdür, görəsən hörmətli millət vəkili doğrudan da hələ bilmir, dərmanları xaricdən həkimlər yox, onunla bir məclisdə iştirak edən bir sıra deputatlar və digər dərman firmaları gətirir..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tibb işçisi Faiq Məmmədli qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Eyni zamanda dərman qiymətlərini həkimlər yox, TARİF Şurası müəyyən edir.
Əgər Əlibala müəllim dərmanların qiymətinin aşağı düşməsini istəyirsə gərək aşağıdakı suala cavab axtaraydı: Dərmanları xaricdən ölkəmizə niyə Səhiyyə nazirliyi yox, kimlərəsə məxsus dərman firmaları gətirir?
Başlıcası isə nə vaxt biz dərman idxalından xilas olub, öz milli əczaçılıq komplekslərini yaradacağıq.
Ancaq millət vəkili bir sozü düz deyib: Həkimlər xəstələrə çox dərman yazırlar.
Bunu bəzi neqativ hallarla yanaşı, həm də dərmanların effektivsizliyi ilə də izah etmək olar.."








