"Yağış yağıb, yenə aləm dəyib bir-birinə. 112-yə zəng etsəz, şəhərdəki vəziyyəti anlayacaqsınız..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış sənət adamı Nura Suri qeyd edib.
O daha sonra bildirir: "4-5 dəqiqə telefonda gözləməli olacaqsınız, zənglər çoxdur. Robot deyir ki, siz Fövqəladə Hallar Nazirliyinin 112 qaynar xəttinə zəng vurmusunuz, zənglərin çoxluğundan bir az xətdə gözləyin.
Operator xanım çox mehriban və ümidverici danışdı. Binanın qarajını su basıb. Baxdım ki, məndən başqa heç kəs heç nə etməyəcək, zəng etdim 112-yə..."









