Pentaqon Tramp üçün İrana zərbə planları hazırlayıb .....                     Saatlıq maaş sistemi işçilərə nə qazandıracaq? .....                     “Mikrorayon” serialını sevənlərə üzücü xəbər .....                     Xaraba günə qalan Goranboy: Başçıdan soruşan yoxdur ki... .....                     "Ürəyimin üç damarını dəyişiblər..." .....                     Bakı-Moskva arasında yeni dövr .....                     Ekologiyanın “boz kardinal”ı Vüqar Kərimova qarşı ağır ittihamlar .....                     Naxçıvanda məmurların qəbuluna düşmək İMKANSIZDIR... .....                     Təcili Tibbi Yardımın TƏCİLİ YARDIMINA ümidli olsaq.... .....                     "Sədərək Yusif" üçün bu ölkənin qanunları İŞLƏMİR... .....                     Siyəzəndə dövlətin əmlakı belə QARƏT OLUNUR... .....                     Qorxmaz Hüseynovun OĞURLADIĞI PULLAR .....                     İraqda daha bir İsrail hərbi bazası aşkarlanıb .....                     Deputatın GİZLƏTDİYİ GERÇƏKLİK... .....                     Azərbaycanda minimum əməkhaqqı ilə nə qədər uzağa getmək olar... .....                     1-ci Qarabağ savaşı qaziləri UNUDULUB? .....                     Ukraynanın Moskvaya qisas hücumu .....                     "Baxdım ki, məndən başqa heç kəs heç nə etməyəcək,..." .....                     Avropada milli maraqlarımızı hədəfə alan SAPI MİLLİ BALTALAR... .....                     İctimai yayımın baş direktorunun seçilməsi İctimai prosesin nəticəsi olmalıdır... .....                     Hər 3 uşaqdan 2-i sovet dövründən qalma məktəb binalarında oxuyur .....                     Məktəb uşağın özünü təhlükəsiz hiss etdiyi yer olmalıdır... .....                     Bakının dərdi var... Bakı xəstədir... .....                     AZAL hava şəraiti ilə əlaqədar təxirə salınmış Naxçıvan reyslərini bərpa edib .....                     Ermənistanı yeni müharibəyə hazırlayırlar .....                     SAT imtahanlarında şok iddialar: saxtakarlıq harada baş verir? .....                     İranın bayraq əndişəsi .....                     Azərbaycana qarşı sistemli PLAN .....                     Köçəryan seçki ilə bağlı əmlak bəyannaməsində Xankəndindəki mənzilini də təqdim etdi... .....                     Vüsal Aslanov hökumətin şəhərsalma siyasətini bir cümlə ilə kəskin tənqid edib .....                     Kremldən İrəvana sərt xəbərdarlıq .....                     Tramp Çinin mövqeyini gücləndirir .....                     Dünyanın gələcəyi qlobal cənub ölkələrinə məxsusdur .....                     AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb .....                     Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı .....                     Bu mövsüm cəzalandırılan hakimlər .....                     Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir .....                     Dövlət qurumu 20 mənzil alır .....                     "Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR .....                     Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar .....                 

Bakı-Moskva arasında yeni dövr – “Soyuq praqmatizm”
Tarix: Bu gün, 06:50 | Çap et

Bakı məhkəməsi Rusiya vətəndaşları İqor Zabolotskix və İlnur Valitovu cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasında təqsirli bilərək üç il müddətinə azadlıqdan məhrum edib. Adları çəkilən şəxslər, eləcə də Rusiya vətəndaşı olan daha doqquz şəxs AZAL təyyarəsinin 2024-cü ilin dekabrında Çeçenistan üzərində hava hücumundan müdafiə sistemi tərəfindən vurulmasından sonra Moskva ilə Bakı arasında yaranmış gərginlik fonunda saxlanılıblar. Məhkəmənin qərarına görə, Zabolotskix və Valitovun kibercinayət nəticəsində əldə edilmiş 98 min manatı (təxminən 4,2 milyon rubl) leqallaşdırılmağa cəhd etdikləri sübuta yetirilib.

2025-ci ilin yayında Bakıda Rusiya vətəndaşlarının saxlanılması Rusiya hüquq-mühafizə orqanlarının Yekaterinburqda Azərbaycan diasporuna qarşı keçirdiyi reydlərdən qısa müddət sonra baş verib. Xatırladaq ki, həmin reydlər zamanı diasporun iki üzvü öldürülüb. The Moscow Times-ın iddiasına görə, Azərbaycanda saxlanılanların əksəriyyəti bir-birini tanımayan, müharibədən qaçan fərarilər, proqramçılar və turistlərdir. Məsələn, Zabolotskix guya İjevsk şəhərindəndir, biznesin təşviqi üçün ClickChat servisinin yaradıcısı olan IT-sahibkarıdır. Bununla belə, Azərbaycan Rusiya vətəndaşlarını cinayətkar qrup yaratmaqda, narkotik qaçaqmalçılığında və kiberdələduzluqda ittiham edib.

Azərbaycan prezidenti İlham Əliyevlə Vladimir Putin arasında 2025-ci ilin payızında baş tutan şəxsi görüşdən sonra ölkələr arasında gərginlik sanki azalmağa başlayıb. Lakin nə rusiyalılar azadlığa buraxılıb, nə də Yekaterinburqda azərbaycanlılar barəsində çıxarılan çox sərt hökm dəyişib. Yəni, “barışığın” sərt hökmlərlə necə uzlaşdığını anlamaq çətindir.

Ortaya sual çıxır – bu fonda Bakı ilə Moskva arasında əvvəlki münasibətlərin bərpası barədə deyilənlər necə görünür? Axı hər iki tərəfin addımlarını “bir addım irəli, iki addım geri” kimi xarakterizə etmək olar.

Gürcüstan Strateji Analiz Mərkəzinin (GSAC) aparıcı eksperti Gela Vasadze bununla bağlı fikirlərini Pressklub.az-la bölüşüb.

İlk növbədə onu deyim ki, mən bunu Bakı ilə Moskva arasındakı münasibətlərin siyasi göstəricisi kimi qiymətləndirməzdim. Həddindən artıq kiçik məsələdir. Bu, böyük siyasi oyunun elementi olmaqdan daha çox adi kriminal hadisəyə bənzəyir.

Bəli, kontekst əlbəttə ki, siyasidir. Bu şəxslər AZAL təyyarəsi ilə bağlı hadisədən sonra Azərbaycanla Rusiya arasında münasibətlərin kəskinləşdiyi bir vaxtda saxlanılıblar. Buna görə də, bu gün Bakıda rusiyalılara çıxarılan istənilən hökm avtomatik olaraq ikitərəfli böhran prizmasından qəbul edilir. Amma bu o demək deyil ki, hər cinayət işi Kremlə göndərilən siyasi siqnal və ya Moskvaya cavabdır.

Bakı ilə Moskva arasında münasibətlərin bərpası prosesi həqiqətən də qeyri-bərabər gedir. Amma mən bunu “bir addım irəli, iki addım geri” adlandırmazdım. Bu, münasibətlərin əvvəlki modelinə qayıtmaqdan daha çox işgüzar kommunikasiya yaratmaq cəhdidir. Əvvəlki model artıq yoxdur. Təyyarə hadisəsindən, qarşılıqlı ittihamlardan, saxlanılmalardan və nümayişkaranə addımlardan sonra etimad bitib. Onu bir telefon zəngi, bir görüş və ya bir diplomatik bəyanatla geri qaytarmaq mümkün deyil”, – ekspert hesab edir.

Onun sözlərinə görə, burada əsas məqamı anlamaq vacibdir: Bakı ilə Moskva dostluqda deyil, münaqişənin idarəolunan formada qalmasında maraqlıdır. “Rusiyaya Azərbaycanla münasibətlərin tam qırılması lazım deyil, çünki Azərbaycan logistika, Cənubi Qafqaz, Türkiyə və İranla münasibətlər baxımından vacibdir. Azərbaycana da Rusiya ilə nəzarətsiz münaqişə lazım deyil, çünki Rusiya təhlükəsizlik, miqrasiya, ticarət və regional təzyiq amili olaraq qalır. Amma bunlar artıq etimada deyil, hesablanmış maraqlara əsaslanan münasibətlərdir.

Buna görə də zahirdə ziddiyyətli mənzərə görürük: haradasa təmaslar davam edir, haradasa normallaşma ilə bağlı bəyanatlar verilir, haradasa iqtisadi və diplomatik kanallar işləyir, paralel olaraq isə cinayət işləri, sərt açıqlamalar, informasiya hücumları və güc nümayişi ortaya çıxır. Bu təsadüf deyil, münasibətlərin yeni reallığıdır.

Konkret olaraq Zabolotskix və Valitovla bağlı hökmə gəldikdə, mən onun əhəmiyyətini şişirtməzdim. Əgər söhbət həqiqətən kibercinayətlər yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılmasından gedirsə, bu, cinayət işidir. Amma indiki atmosferdə hətta cinayət işi belə siyasi fonun bir hissəsinə çevrilir. Siyasi fonla siyasi sifariş isə eyni şey deyil.

Əsas nəticə budur: Bakı ilə Moskva arasındakı münasibətlər əvvəlki formada bərpa olunmur. Onlar soyuq praqmatizm rejiminə keçirilir. Tərəflər özlərinə sərf edən yerdə razılığa gələcək, lazım bildikləri yerdə isə bir-birlərinə təzyiq göstərəcəklər. Buna görə də ziddiyyətlər qalmaqda davam edəcək. Bu artıq əvvəlki illərin müttəfiqlik ritorikası deyil, münaqişənin qiymətini anlayan, amma artıq aralarında hər şeyin əvvəlki kimi olduğunu göstərməyə hazır olmayan iki oyunçunun münasibətləridir”, – Vasadze bildirib.












 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Pentaqon Tramp üçün İrana zərbə planları hazırlayıb - İDDİA
Bu gün, 07:42
Saatlıq maaş sistemi işçilərə nə qazandıracaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:41
“Mikrorayon” serialını sevənlərə üzücü xəbər – Həmin kadrlara görə…
Bu gün, 07:39
Xaraba günə qalan Goranboy: Başçıdan soruşan yoxdur ki... - DÖVLƏTİN PULLARI HANI?
Bu gün, 07:19
"Ürəyimin üç damarını dəyişiblər..." - İntiqam Soltan
Bu gün, 06:53
Bakı-Moskva arasında yeni dövr – “Soyuq praqmatizm”
Bu gün, 06:50
Ekologiyanın “boz kardinal”ı Vüqar Kərimova qarşı ağır ittihamlar - Dövlətin yaşıl siyasətini “qara biznes”ə çevirənlər…
Bu gün, 06:48
Naxçıvanda məmurların qəbuluna düşmək İMKANSIZDIR... - GİLEY
Bu gün, 06:35
Təcili Tibbi Yardımın TƏCİLİ YARDIMINA ümidli olsaq.... - ETİRAZ VAR!
Bu gün, 06:29
"Sədərək Yusif" üçün bu ölkənin qanunları İŞLƏMİR... - İLGİNC FAKTLAR
Bu gün, 06:22
Siyəzəndə dövlətin əmlakı belə QARƏT OLUNUR... - İTTİHAM VAR...
Bu gün, 06:18
Qorxmaz Hüseynovun OĞURLADIĞI PULLAR - görün, harda imiş...
Bu gün, 06:07
İraqda daha bir İsrail hərbi bazası aşkarlanıb - KİV
Bu gün, 06:00
Deputatın GİZLƏTDİYİ GERÇƏKLİK... - yəni bilmirmi ki...
Bu gün, 01:23
Azərbaycanda minimum əməkhaqqı ilə nə qədər uzağa getmək olar... - AKTUAL
Bu gün, 01:13
1-ci Qarabağ savaşı qaziləri UNUDULUB? - GİLEY
Bu gün, 01:07
Ukraynanın Moskvaya qisas hücumu - FOTO
Bu gün, 00:59
"Baxdım ki, məndən başqa heç kəs heç nə etməyəcək,..." - Nura Suri
Bu gün, 00:50
Avropada milli maraqlarımızı hədəfə alan SAPI MİLLİ BALTALAR... - AXI NİYƏ?..
Bu gün, 00:45
İctimai yayımın baş direktorunun seçilməsi İctimai prosesin nəticəsi olmalıdır... - ÇÜNKİ...
Bu gün, 00:40
Hər 3 uşaqdan 2-i sovet dövründən qalma məktəb binalarında oxuyur - MALƏSƏF...
Bu gün, 00:35
Məktəb uşağın özünü təhlükəsiz hiss etdiyi yer olmalıdır... - qorxu zonası yox...
Bu gün, 00:27
Bakının dərdi var... Bakı xəstədir... - FAKT BUDUR!
Bu gün, 00:14
AZAL hava şəraiti ilə əlaqədar təxirə salınmış Naxçıvan reyslərini bərpa edib - DİQQƏT
Dünən, 10:39
Ermənistanı yeni müharibəyə hazırlayırlar - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 08:36
SAT imtahanlarında şok iddialar: saxtakarlıq harada baş verir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:35
İranın bayraq əndişəsi - AXI NİYƏ?..
Dünən, 08:25
Azərbaycana qarşı sistemli PLAN - GƏLİŞMƏ
Dünən, 08:21
Köçəryan seçki ilə bağlı əmlak bəyannaməsində Xankəndindəki mənzilini də təqdim etdi... -Növbəti həyasızlıq...
Dünən, 08:19
Vüsal Aslanov hökumətin şəhərsalma siyasətini bir cümlə ilə kəskin tənqid edib - Natiq Cəfərli
Dünən, 08:16
Kremldən İrəvana sərt xəbərdarlıq – 5 milyard dollarlıq təhlükə sizi gözləyir
Dünən, 08:11
Tramp Çinin mövqeyini gücləndirir - Səbəblər
Dünən, 08:07
Dünyanın gələcəyi qlobal cənub ölkələrinə məxsusdur - Qalibaf
Dünən, 08:04
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb
16-05-2026, 18:02
Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı - FOTO
16-05-2026, 14:45
Bu mövsüm cəzalandırılan hakimlər - SİYAHI
16-05-2026, 14:00
Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir - Video
16-05-2026, 13:53
Dövlət qurumu 20 mənzil alır – 2 MİLYONLUQ TENDER
16-05-2026, 13:19
"Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR - Danışıqlar son mərhələdə
16-05-2026, 13:15
Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar - Tunel çökdü, ölənlər var
16-05-2026, 12:57
Köçəryanın HƏBSİ GÜNDƏMDƏ – Azərbaycana təhvil verilə bilər?
16-05-2026, 12:53
“Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” - Sarkisyan
16-05-2026, 12:33
Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı
16-05-2026, 12:31
Rusiya dərin böhran içində və: - "müharibə iqtisadiyyatı"nın əzabı
16-05-2026, 12:27
Məktəbdə distant oxumaq olar, universitetdə yox?
16-05-2026, 12:03
Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... - Qanun qarşısında isə BƏRABƏRİK...
16-05-2026, 11:53
Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib - FOTO
16-05-2026, 11:47
Çin dünyaya hakim olmaq istəyir, ABŞ qarşılıq verməlidir
16-05-2026, 11:41
Erməni qısqanclığı: - Rusiya bizə və Azərbaycana niyə fərqli yanaşır?
16-05-2026, 11:35
“Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” - ŞƏRH
16-05-2026, 11:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru