“Biz müharibəsiz və qansız iqtisadi rəqabətlə Azərbaycanı məğlub etməyi təklif edirik”.
Tribuna.az xəbər verir ki, bunu Ermənistanın “Respublika” partiyasının baş nazirliyə namizədi Aram Sarkisyan deyib.
Onun sözlərinə görə, əgər Ermənistan resurslarından səmərəli istifadə edərsə, 5 il ərzində büdcəsini 45 milyard dollara çatdıra bilər. “Təbii sərvətlərdən – mis, qızıl, gümüş, su ehtiyatlarından düzgün istifadə etməklə ölkə büdcəsi beş il ərzində 45 milyard dollara çatacaq. Bu da Azərbaycanın hazırkı büdcəsindən iki dəfə çoxdur. Belə bir vəziyyətdə Əliyev artıq bizimlə imperativ tonda danışmayacaq”.
Sarkisyan etiraf edib ki, 44 günlük müharibədə Azərbaycan aşağı qiymətli silahlarla Ermənistanın çox bahalı silahlarını məhv edib. “100-150 min dollar dəyərində olan Azərbaycan “Bayraqdar”ları hər raketinin qiyməti bir milyondan çox olan S-300-lərimizi üç gün ərzində məhv etdi”.









