Ermənistan Dövlət Gəlirlər Komitəsi “Artsax Vətəni” adlı qondarma QHT-ni 200 min dram və ya 600 dollar cərimələyib. Tribuna.az xəbər verir ki, cərimələnmənin səbəbi QHT-nin adındakı “Artsax” sözü olub.
Belə ki, təşkilat daha çox separatçıların mövqeyindən çıxş edərək, maliyyə mənbələrini də oradan təmin edib. Komitə isə onun hesabat və sənədlərinin qaydasında olduğunu, lakin istifadə etdiyi adının problem yaratdığını qeyd edib. Hətta komitə QHT-yə adını dəyişdirməsini də təklif edib.









