İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq əmrlər imzalanıb.
Əmrə əsasən, Fərhad Həsənli Baş İdarənin Məlumatlandırma idarəsinin rəisi vəzifəsinə təyin olunub.
Eyni zamanda, digər əmrlə Baş İdarənin Sənədlərlə iş və icra intizamına nəzarət şöbəsinin rəisi İmanverdi Abdullayev vəzifəsindən azad olunub. Daha bir əmrlə isə onun yerinəElmira Əzizova təyin olunub.









