"Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 11 mart 2025-ci il qərarı ilə ölkəyə idxal edilən armaturun hər tonu ücün 150 manat , katinka və şüşə məhsullarının hər tonu ücün əlavə 100 manat rüsum tətbiq edilib. Baş nazir Əli Əsədovun imzaladığı Qərara görə 1 aprel 2025-ci ildə qüvvəyə minən qərar, 1 yanvar 2026-cı ilədək qüvvədədir..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında iqtisadçı ekspert Şahin Nəcəfov qeyd edib.
O daha sonra bildirir: "Amma bizim hörmətli Gömrük Komitəsi bu gün də həmin 150 manatlıq rüsumu tələb edib yığmaqdadır.
Sahibkar gömrük rəsmilərinə NK qərarını göstərir ki, bu qərar 1 yanvar 2026-cı ildə qüvvədən düşüb. Sizin tələbiniz qanunsuzdur.
Gömrük rəsmisi deyir ki, siz də düz deyirsiniz. Amma rüsumu ödəyin, sonra məhkəməyə verib, geri tələb edərsiniz..
Gömrük Komitəsi qanunun tələblərinə niyə əməl etmək istəmir?
Niyə öz fəaliyyətlə məşğul olur?
Bu cür yarıtmaz idarəcilik ucbatından ölkə iqtisadiyyatı böyümək əvəzinə hər il bir az da kiçilir.
Biznes axar çaydı, qarşısını kəsərsən, başqa ölkəyə axacaq.
İş adamı bar verən ağacdır. Bar verən ağacı kəsməzlər.
Gömrük Komitəsinin təməli əvvəldən elə səhv qoyulub ki, heç cür düzəlmir ki, düzəlmir.
Müsəlmanın problemi qurtaranda özünə sünnət edib, özünə əlavə problem yaradır.
Hörmətli Gömrük Komitəsi bu yazıq sahibkarın problemi azdır ki, bundan qanunsuz rüsum alıb, hələ buna məhkəmənin yolunu da göstərirsən?"









