İLHAM ƏLİYEV ZİYA MƏMMƏDOVUN RAYONUNDA
Tarix: 30-10-2011, 14:51 | Çap et
UCARDA HEYDƏR ƏLİYEV MƏRKƏZİ AÇILIB
AzərTAc xəbər verir ki, oktyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ucar rayonuna səfərə gəlmişdir.
Dövlətimizin başçısı əvvəlcə Heydər Əliyevin Ucar şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.
Prezident İlham Əliyevə abidənin ətrafında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verildi. Bildirildi ki, ərazi əsaslı surətdə yenidən qurulmuş, geniş yaşıllaşdırma və abadlıq işləri aparılmış, müasir park salınmışdır. Üç hektara yaxın sahəsi olan parkda dörd müasir fəvvarə, işıqlandırma sistemi quraşdırılmış, dekorativ ağac və gül kolları əkilmişdir. Müasir görkəm almış park ucarlılarla yanaşı, rayona gələn qonaqların da sevimli istirahət guşəsinə çevrilmişdir.
Parkın ərazisində ulu öndərin adının əbədiləşdirilməsi və onun xalqımız və dövlətimiz qarşısındakı böyük xidmətlərinin təbliği və gələcək nəsillərə çatdırılması üçün Heydər Əliyev Mərkəzi inşa olunmuşdur. Şərq memarlıq üslubunda inşa olunan üçmərtəbəli mərkəzin tikintisinə 2009-cu ilin fevralında başlanmışdır. Şəhərin ümumi görünüşünə xüsusi gözəllik verən mərkəz Heydər Əliyevin zəngin həyat yolunu öyrənməyə, Azərbaycan tarixinin bütöv bir mərhələsinə nəzər salmağa imkan verir.
Prezident İlham Əliyev Heydər Əliyev abidəsinin müəllifi, Xalq Rəssamı Ömər Eldarov ilə görüşdü.
Dövlətimizin başçısı Heydər Əliyev Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsdi. Azərbaycan Prezidentinə məlumat verildi ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan mərkəzdə ümummilli liderin zəngin irsinə həsr olunmuş ekspozisiya zalı vardır. Burada ulu öndərin həyat və fəaliyyətinin bütün dövrlərini, eləcə də onun müxtəlif illərdə respublikamızın bölgələrinə, o cümlədən Ucar rayonuna səfərlərini əks etdirən fotoguşələr yaradılmışdır. Zalda, həmçinin Heydər Əliyevin zəngin irsinin gələcək nəsillərə çatdırılması üçün iki virtual tədris sinfi, kitabxana, ümummilli liderə aid sənədlərin saxlandığı xüsusi guşə fəaliyyət göstərir.
Prezident İlham Əliyev mərkəzin akt zalına baxdı. Orijinal dizaynda yaradılan 200 nəfərlik zal rayon və respublika səviyyəli tədbirlərin keçirilməsi üçün nəzərdə tutulmuşdur. Mərkəzin ikinci mərtəbəsində ümummilli liderin büstü ucaldılmışdır. Buradakı tədris siniflərində ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti öyrənilməklə yanaşı, onun mədəniyyətə, incəsənətə, idmana və digər sahələrə diqqət və qayğısı barədə məlumat veriləcəkdir. Burada, həmçinin xarici dillər mərkəzi, xalça və rəsm studiyaları yerləşir. Mərkəzdə gənclərin müasir texnoloji yeniliklərlə yaxından tanış olmaları, bilik və bacarıqlarını inkişaf etdirmələri üçün kurslar da təşkil olunacaqdır. Bunun üçün internet sinfi və kompyuter mərkəzi qurulmuşdur.
Mərkəzin üçüncü mərtəbəsində müasir Azərbaycan rəssamlarının əsərlərinin nümayiş olunduğu rəsm qalereyası fəaliyyət göstərir. Gələcəkdə burada müxtəlif sərgilərin təşkili də nəzərdə tutulmuşdur.
Mərkəzlə yaxından tanış olan Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
Rayon ictimaiyyəti adından çıxış edən Gülzar İsrayılova dövlətimizin başçısına ucarlılar adından minnətdarlıq etdi. Sonda xatirə şəkli çəkdirildi.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • ABŞ İranla müharibə zamanı geri çağırdığı diplomatlarını Yaxın Şərqə qaytarmağa başlayıb
Bu gün, 08:50 |
|
|
|
| • Möhtəkirlər ətin qiymətini yenidən qaldırdı - Rəsmi qurumlar isə SEYR EDİR...
Bu gün, 08:49 |
|
|
|
| • Xəzərdə “15 mil” məsələsi Tehranı ayağa qaldırdı: Zəngəzur dəhlizinə təhlükə - NƏ BAŞ VERİR?
Bu gün, 08:46 |
|
|
|
| • Rusiya reaktiv mühərrikli dronlarla hücum edir - İqnat
Bu gün, 08:44 |
|
|
|
| • Azərbaycanda un bahalaşa bilər – XƏBƏRDARLIQ
Bu gün, 08:42 |
|
|
|
| • Bakı metrosunu partladan şəxsi kim azad etdirdi? – Maxaçevin Qarabağ DOSYESİ
Bu gün, 08:40 |
|
|
|
| • Səfirliyimizə qarşı təxribatın arxasındakı qüvvə... - Görünəni odur ki...
Bu gün, 08:36 |
|
|
|
| • Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər – TARİX
Bu gün, 08:34 |
|
|
|
| • Oğlu Dilqəm Əsgərovu həbs etdirmək istəyir - TƏFƏRRÜAT
Bu gün, 08:32 |
|
|
|
| • "5 iş günü artıq bitdi, nəticə yoxdur" - "Kapital Bank" çiləsi davam edir...
Bu gün, 08:19 |
|
|
|
| • FETÖ Azərbaycan futboluna "əl" qoyur! - İTTİHAM VAR...
Bu gün, 08:12 |
|
|
|
| • Kremlin hədəfinə çevrilən İrəvan üçün BAKI NƏFƏSLİYİ... - İNCƏLƏMƏ
Bu gün, 07:56 |
|
|
|
| • İranda müxalif fikirlilər üçün YENİ CƏZA - DƏLİXANADIR, VALLAH...
Bu gün, 07:53 |
|
|
|
| • Ünvanlı sosial yardım alanların sayı azalırsa... - AKTUAL
Bu gün, 07:51 |
|
|
|
| • "Futbola keçici əyləncə kimi baxmasanız, əsəbi olacaqsınız" - deputat
Bu gün, 07:47 |
|
|
|
| • "Əslində cənab Qurbanov, Etibar müəllimə təşəkkür etsə, haqqı var..." - REPLİKA
Bu gün, 07:44 |
|
|
|
| • "Ortada nə pul var, nə də televizor!" - GİLEY
Bu gün, 07:39 |
|
|
|
| • "Nədən nə nazirin, nə də dövlət qurumlarının təklifləri nəzərə alınmır?" - ARKA-ya KORRUPSİYA İTTİHAMI
Bu gün, 07:33 |
|
|
|
| • SOCAR-da YIRTICILARIN QAÇIŞ PLANI - Batan gəmini ilk olaraq siçovullar tərk edir...
Bu gün, 07:19 |
|
|
|
| • Qarabağa gedən partiya sədri hökumətə səsləndi - "Fəxr dolu 2 gün keçirdik, amma..."
Bu gün, 06:55 |
|
|
|
| • “DƏSTƏK" Fonduna ŞÜBHƏ VAR! - Naxçıvanda NARAZILIQ!
Bu gün, 06:49 |
|
|
|
| • TƏBİB-in rəhbər sarıdan bəxti gətirmir - MALƏSƏF...
Bu gün, 06:33 |
|
|
|
| • İrəvanın mərkəzində "Artsax": - NİYƏ QALMALIDIR?
Dünən, 18:03 |
|
|
|
| • SOCAR-ın idarəsinin dövlətə 40 MİLYON VERGİ BORCU YARANDI - TƏFƏRRÜAT
Dünən, 18:02 |
|
|
|
| • Müəllimlə valideynin birləşib şagirdə öyrətdiyi DƏRS
Dünən, 17:58 |
|
|
|
| • Əminəm ki, Rusiyanın təxribat xarakterli addımları davam edəcək - Tofiq Zülfüqarov
Dünən, 17:50 |
|
|
|
| • Abşeronda qəribə qəza - Qadın öldü, yeniyetmə sürücü qaçdı
Dünən, 17:38 |
|
|
|
| • “Mismarla gözünü çıxarmaq istəyirdim...” - Evli ola-ola elçi göndəribmiş
Dünən, 17:36 |
|
|
|
| • Azərbaycan səfirliyinə qarşı təxribatın arxasında nə dayanır? - Moskvanın təhlükəli oyunu...
Dünən, 17:19 |
|
|
|
| • Bu şirkətin 150 min vergi borcu üzə çıxdı - DETALLAR
Dünən, 17:14 |
|
|
|
| • Kəmaləddin Heydərov komandiri vəzifəsindən azad etdi - ƏMR
Dünən, 17:13 |
|
|
|
| • Tarix və sərt reallıq istisnasız olaraq hər kəsi mühakimə edəcək: - hər bir Xocalı cəlladı layiq olduğu cəzanı alacaq
Dünən, 17:09 |
|
|
|
| • 100 min dollarlıq duet QALMAQALI - Yıldız Tilbe Vəfa Şərifovanı məhkəməyə verib?
Dünən, 17:07 |
|
|
|
| • 24 ton qızılın arxasında nə var? - Şiryayevin iddialarının rəqəmlərlə təkzibi
Dünən, 17:00 |
|
|
|
| • “Okean” restoranında qardaşları bıçaqlayan gənc: “Onunla çiyin-çiyinə dəydik və...” - TƏFƏRRÜAT
Dünən, 16:56 |
|
|
|
| • Sahib Süleymanovun başı dərddə - “Best Energy Group“ MMC-nin tenderləri yoxlanılır
Dünən, 16:52 |
|
|
|
| • ETN “köhnə dostla” yenidən anlaşdı: Bu dəfə 3.7 milyona - ARAŞDIRMA
Dünən, 16:29 |
|
|
|
| • Ölkənin ən böyük ixracatçıları kimdir? – Milyonlarla dövriyyə, milyonlarla borc müəmması...
Dünən, 16:25 |
|
|
|
| • Köçəryanla Sərkisyana Azərbaycandan pis xəbər: - Bu, sübut olunsa, təhvil veriləcəklər
Dünən, 16:18 |
|
|
|
| • İranın nüvə silahı əldə etməsi yəhudilərin sonu deməkdir - Netanyahu
Dünən, 16:13 |
|
|
|
| • “GoldenPay”in rəhbəri vəzifəsini tərk etdi – Yeni təyinat
Dünən, 16:10 |
|
|
|
| • 17 manatlıq şokolad 36 manat oldu – Qiymətlər "od tutub yanır"
Dünən, 16:01 |
|
|
|
| • Putin Ukraynada “bataqlığa” düşdü, Tramp İranda ilişib qaldı - iki savaşın ŞOK fərqləri
Dünən, 15:57 |
|
|
|
| • "SOCAR Polymer" 7 ayda ixracdan 154 milyon dollardan çox gəlir əldə edib
Dünən, 15:53 |
|
|
|
| • Azərbaycanda insanlar ən çox hansı kompüterdən istifadə edirlər?
Dünən, 14:52 |
|
|
|
| • SOCAR prezidentinə müşavir təyin edildi - ƏMR
Dünən, 14:48 |
|
|
|
| • İki şirkət 1,5 milyon kubmetrlik qum-çınqıl ehtiyatını 172 min manata istismar edəcək - QALİB ŞİRKƏTLƏR
Dünən, 14:45 |
|
|
|
| • Yeməyi gec hazırlayan arvadının saçlarını yoldu - Bakıda
Dünən, 14:37 |
|
|
|
| • “Qızımla eyni balı toplayıb, amma işə onu götürüblər” - NARAZILIQ VAR...
Dünən, 14:33 |
|
|
|
| • Nigar Fərhad sərbəst buraxıldı
Dünən, 14:27 |
|
|
|
|