"Metro City Hotel"in sahibi dələduzluqda ittiham olunur... - Müraciət
Tarix: 28-08-2018, 08:50 | Çap et
 Bir qrup peşəkar hotel işçisi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri S.Möhbalıyevdən kömək istəyir
"Metro City Hotel"i təşkil edən bir qrup peşəkar hotel personalı tərəfindən "Təzadlar"ın elektron poçtuna Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri cənab Səttar Möhbalıyevə ünvanlı müraciət daxil olub.
Müraciətdə deyilir:
"Hörmətli Səttar müəllim!
Biz yeni açılacaq "Metro City Hotel"in təşkili və açılışı üçün dəvət edilmişdik. Dəvət edən isə "Azəri Türk Hotellər" qrupunun rəhbəri olmuş Murad adlı şəxsin dostu Mehmet Ayan idi.
Biz hoteldə işləyəcək peşəkar personal yığaraq son ay yarımda gecə-gündüz çalışdıq ki, "Metro City Hotel"in bütün çatışmayan işlərini avqustun 16-a kimi başa çatdıraq. Biz öz şəxsi büdcəmizdən nəqliyyata, qidalanmaya, rabitəyə və s. müxtəlif maddi xərclər tələb olunan yerlərə məsrəf etməklə həvəslə işlədik ki, gələcəkdə burada işimizi rahat davam etdirək.
Çox təəssüflər olsun ki, hotelin açılışına bir gün qalmış (15 avqustda) Murad adlı şəxs "Riyad" mühafizə şirkətinin və əvvəldən planlaşdırdığı işçi əməkdaşlarla birlikdə hotelə daxil olaraq bütün depertament rəhbərlərinə ağır şərtlər irəli sürdü.
Belə ki, personalın iş saatı yükünün 15 saata qədər artırılmasını, məvacibin 50 faiz azaldılmasını və əvvəlcədən təlim və treyninq görmüş peşəkar heyətin ən azı yarısının saxlanmasını depertament rəhbərliyinə tapşırdı. Biz otel sisteminin peşəkarları olaraq belə əsassız və "5 ulduzlu" hotel standartlarına cavab verməyən məntiqsiz tələbə qəti etirazımızı bildirdik. Bu zaman hər gün hotelə gəlib gördüyümüz işlərə "Allah köməyiniz olsun!" deyən şəxs (Murad) bizi tanımadığını və bizə gördüyümüz işlərin qarşılığında heç bir borcunun olmadığını və əlində hazır kadrların olduğunu bildirərək "Riyad" mühafizə şirkətinin əməkdaşlarına dərhal bizi hoteldən uzaqlaşdırılmağımızı əmr etdi. Biz isə qarşılığında belə hotel təcrübəsi kasad olan, mədəniyyəti, qabiliyyəti olmayan Murad adlı şəxslə bir nəfər kimi özümüzə hörmət əlaməti olaraq heç vaxt işləyə bilməyəcəyimizi bildidik. Sonra da əziyyət çəkib В«Metro City HotelВ»i tam hazır vəziyyətə gətirdiyimiz günlərin haqqının dərhal ödənilməsini tələb etdikdə, Murad "Mən sizi işə dəvət etməmişəm, sizi tanimiram" cavabını verdi.
Muradın əvvəlcədən bizə qarşı planlaşdırdığı bu hərəkəti o anlama gəlir ki, bu adam bizim etibarımızdan və peşəkarlığımızdan süi-istifdə etdikdən, yəni iş başa çatdıqdan sonra o öz təcrübəsiz adamlarını bizim əvəzimizə rəhbəri olduğu hotelə təyin edib hoteli əvvəl və indi idarə etdiyi otellərin – "Hotel 28 Baku", "Gorgud time", "Oscar", "Riva", "Sarg Plaza", "Iva", "Old Baku" kimi hotellərin pis gününə salsın. Yəni o, bizim peşəkarlığımızdan istifadə edərək, sonra da qovmaqla birbaşa dələduzluq etmiş, hətta haqqımızı verməmişdir. Eyni zamanda, adları çəkilən və Murada həvalə edilən bu hotellərdə də xarici vətəndaşları işə qanunsuz cəlb etməklə qul kimi işlətdiyini, vergi və gömrük rüsumlarından yayındığını, təcrübəsiz işçiləri 15 saat az əməkhaqqı ilə işlətməyi nəticəsində xidmət keyfiyyətinin necə aşağı düşməsi nəticəsində hotellərin imiclərini zərbələr altına qoymuşdur.
Hörmətli Səttar müəllim!
Siz bir ağsaqqal olaraq "Metro City Hotel"in vəziyyətilə yerində tanış olmaq üçün son günər etdiyiniz ziyarətlər zamanı özünüz şəxsən bizim gördüyümüz işlərin canlı şahidi olmuşsunuz. Bu barədə nəsə deməyə ehtiyac görmürük. Sadəcə, sizdən bir ağsaqqal kimi xahiş edirik ki, yuxarı dövlət orqanlarına müraciət etməmişdən əvvəl bizimlə Murad arasında olan əməkhaqqı ilə bağlı problemin tezliklə həll olunmasına köməklik göstərəsiniz.
Əvvəlcədən sizə təşəkkür edirik.
Hörmətlə,
"Metro City Hotel"in yaradıcı işçi heyəti olmuş şəxsər: Yaqub Əzizov, Təhmasib Həmidzadə, Rüstəm İbrahimov, Rəfael Rzayev, Nizami Qasımov, Fərid Quliyev, Özal Əliyev, Nəzifə Abbasova, Sevil Hacıyeva və Nəbi İsayev".
Qeyd: Şikayətçilərin redaksiyamıza prezident cənab İlham Əliyevə, I vitse-prezident Mehriban Əliyevaya, eləcə də digər aidiyyəti dövlət qurumlarının rəhbərlərinə ünvanlanmış müraciəti də daxil olub. Həmin müraciət çapa hazırlanır.
Şikayətlə bağlı daha geniş yazını "Təzadlar" qəzetinin sabahkı sayında oxuya bilərsiniz. Bizi izləyin.
Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Sarayda camaatın dil-dodağı quruyub... - MÜRACİƏT
Bu gün, 20:08 |
|
|
|
| • Siyasi ekspert suya görə icra başçısına SƏSLƏNDİ - "Bu insanlara yazığın gəlsin!"
Bu gün, 20:00 |
|
|
|
| • Krım tam böhran şəraitində... - "Krım Realiyi"
Bu gün, 16:23 |
|
|
|
| • "Bloger, qey və fahişələri dövlət tədbirlərinə dəvət etməyin" - ÇAĞIRIŞ
Bu gün, 15:06 |
|
|
|
| • "Bayırşəhərdə tarixi abidələr siyahıdan çıxarılıb məhv edilir..." - NARAZILIQ VAR...
Bu gün, 14:42 |
|
|
|
| • Aqil Abbas DÜZMÜ BUYURUR?.. - AKTUAL
Bu gün, 14:24 |
|
|
|
| • Kir Starmer bazar ertəsi istefaya gedə bilər - "Observer"
Bu gün, 12:44 |
|
|
|
| • Bu təfəkkürlə TƏHSİLİMİZİ HARA APARIRSINIZ? - ETİRAZ VAR!
Bu gün, 12:17 |
|
|
|
| • Bir şair yaşadı Mingəçevirdə... - VİDA SÖZÜ...
Bu gün, 11:44 |
|
|
|
| • AYNA 29 milyon manatlıq tenderə cəmi 7 gün vaxt verdi - QALİB ŞİRKƏT BÖYÜK SİFARİŞ ALDI
Bu gün, 11:39 |
|
|
|
| • Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasından 25 il ötür...
Bu gün, 11:36 |
|
|
|
| • Təhsil Tələbə Krediti Fondu auditor tapa bilmədi – TENDER LƏĞV EDİLDİ
Bu gün, 11:33 |
|
|
|
| • "Zaur Mikayılova deyin, Yeni Günəşliyə məhsul göndərsin, tükənib" - MÜRACİƏT
Bu gün, 11:31 |
|
|
|
| • "İstedadlı adam nə yazır yazsın, onu istedadla yazır" - Elxan Zal
Bu gün, 09:48 |
|
|
|
| • "Yaxşı, deyək ki, tələbələri apardınız müftə fəhləliyə..." - ŞƏRH
Bu gün, 09:26 |
|
|
|
| • DİQQƏT: pul yalnız bank köçürməsi yolu ilə verilə bilər... - ƏKS HALDA...
Bu gün, 09:19 |
|
|
|
| • SEPAH-ın əl-qolu açılır... - "Reuter"
Bu gün, 09:13 |
|
|
|
| • "Onlar əsl apokalipsis təlxəkləridir..." - Yuri Şevçuk
Bu gün, 08:46 |
|
|
|
| • Təhsildə Keyfiyyət Təminatı Agentliyinın KEYFİYYƏTSİZLİYİ... - "Bu qurum elə hesab edir ki..."
Bu gün, 08:37 |
|
|
|
| • Bir dövlət qurumunda verilən şiddətli töhmət digərində KEÇƏRSİZDİR? - DƏLİXANADIR, VALLAH...
Bu gün, 08:24 |
|
|
|
| • "Təsəvvür eləyin, göydən od yağır, avtobus beş saata gəlir..." - AXI NİYƏ?..
Bu gün, 08:17 |
|
|
|
| • General Həzi Aslanovun şəxsi sənədlərində nə yazılırdı ? - FOTOFAKT
Bu gün, 08:07 |
|
|
|
| • "Yəqin ki, daha “World-Telecom” şirkətindən məhsul alan olmyacaq..." - ÇÜNKİ...
Bu gün, 08:00 |
|
|
|
| • Saatlı uzaqdır, yoxsa MARS? - NARAZILIQ VAR...
Bu gün, 07:50 |
|
|
|
| • Rusiyaya qarşı BİR OLSALAR DA... - aradakı uçurum ÇOX TARİXİDİR...
Bu gün, 07:35 |
|
|
|
| • "Burdan nəsə alanda İKİ DƏFƏ fikirləşin" - ÇAĞIRIŞ
Bu gün, 07:23 |
|
|
|
| • Xırdalan sakinlərinə SU ÇİLƏSİ - GİLEY
Bu gün, 07:16 |
|
|
|
| • Zərgərlinin absurd və təhlükəli KADIROV SEVDASI... - BU NƏDİ BELƏ?
Bu gün, 07:07 |
|
|
|
| • "Əgər neftçinin maaşı 5 ildir artırılmırsa..." - ETİRAZ VAR!
Bu gün, 06:58 |
|
|
|
| • Xaqani Bəşirliin nə qanunlardan və nə də ki qaydalardan xəbəri yoxdur... - BU DA FAKT...
Bu gün, 06:48 |
|
|
|
| • Səməd Vurğunun 120 illiyinə həsr olunmuş I Qazax Kitab Sərgisi keçirilib - FOTO
Bu gün, 06:31 |
|
|
|
| • Binəqədidə “makler istilası”: “Qurbanlar” arasında icra başçısı da var... - GÖRÜN, NƏ EDİRLƏR...
Bu gün, 06:26 |
|
|
|
| • DİM bu gün ümumi orta təhsil səviyyəsi üzrə müxtəlif növ imtahanlar keçirəcək
Bu gün, 06:19 |
|
|
|
| • Bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçiriləcək
Bu gün, 06:18 |
|
|
|
| • ABŞ-İran danışıqları yenidən başlaya bilər? - ŞƏRH
Dünən, 13:30 |
|
|
|
| • “Rossotrudniçestvo”nun “Troya atı” - Mədəniyyət mərkəzi, yoxsa casus yuvası?
Dünən, 13:23 |
|
|
|
| • “Sonuna qədər gedəcəyəm, Mədəniyyət Nazirliyindəkilər özlərini eşitməməzliyə vururlar” - Məlik Dadaşovun qızı
Dünən, 13:14 |
|
|
|
| • Nazir Dilqəm Məhərrəmovu bu klinikaya direktor təyin etdi - BUNDAN SONRA...
Dünən, 13:07 |
|
|
|
| • Köçəryan Mərkəzi Seçki Komissiyasını məhkəməyə verdi
Dünən, 13:05 |
|
|
|
| • Arif Babayevin muzeyi Ağdamda nə vaxt yaradılacaq? - AÇIQLAMA
Dünən, 11:11 |
|
|
|
| • Keçmiş arvadına görə həmkəndlisini bıçaqladı - Zaqataladakı qətlin TƏFƏRRÜATI
Dünən, 11:08 |
|
|
|
| • Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması üçün koalisiya yaradılır - “Hraparak”
Dünən, 11:03 |
|
|
|
| • Özünü prokurorluq əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs həbs edilib - TƏFƏRRÜAT
Dünən, 11:01 |
|
|
|
| • Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb
Dünən, 10:57 |
|
|
|
| • Kinomatoqrafçılar İttifaqının yeni sədri nə zaman seçiləcək? - KATİBDƏN AÇIQLAMA
Dünən, 10:45 |
|
|
|
| • Şəkidə kəndi su basdı – Sakinlər köçürüləcək (FOTO)
Dünən, 10:38 |
|
|
|
| • “Qədir indi də gedib cənnətdə oxuyur, onunla bağlı arzularım çox idi...”
Dünən, 10:33 |
|
|
|
| • “Pilgrim Education” şirkətindən şikayətlər artır - NARAZILIQ VAR...
Dünən, 10:09 |
|
|
|
| • Səki bazara çevrilib, piyadalar yola çıxmağa məcbur qalır - FOTO
Dünən, 10:01 |
|
|
|
| • Moskva Köçəryan və Karapetyanı qurban verəcək - Tumasyan
Dünən, 09:59 |
|
|
|
|