"61 yaşlı bir müəllim sertifikasiyaya cəlb olunub. Məsələ belədir, keçən il parkinson xəstəliyindən müalicə almaq üçün məzuniyyətə çıxıb. 60 yaşı olduğundan məzuniyyətdə olmasına rəğmən Sertifikasiyaya cəlb olunub..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış təhsil eksperti Sakit Muradov qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Yaxşılaşmadığı üçün Türkiyəyə göndərilib və məlum olub ki, xərçəng xəstəsidir. İndi hər iki xəstəlikdən müalicə alır: həm parkinson, həm xərçəng.
61 yaşı var və Sertifikasiyaya cəlb olunub, hansı ki, keçməsə ikinci ili olduğu üçün işdən azad ediləcək. İş yoldaşları, əhatəsində olan yoldaşlar ETN-in qaynar xəttinə zəng vurmasını və əslində azad edilməli olduğunu bildiriblər. Amma həmin şəxs qaynar xəttə zəng vursa da, sizin xəstəliyinizin bizə heç bir aidiyyatı yoxdu, kəsilirsiniz, işdən azad edilirsiniz, bu qədər! Deyə kobudcasına reaksiya veriblər.
Əslində bu haqda iki ildir yazı paylaşırıq. Sizin xəstəliyiniz bizi maraqlandırmır nədir??? Ömrünü təhsilə vermiş, övladlarımızın tərbiyə ilə məşğul olmuş, ömrü sinif otağında keçmiş birinə xəstədir deyə üz döndərmək TƏHSİLDİR?! TƏRBİYƏDİR?!
Sizin dərdiniz təhsil keyfiyyətini artırmaq üçün sertifikasiya keçirməkdir, yoxsa müəllimlərlə düşmənçilik etmək???
Bu qədər qəddarlıq, bu qədər düşmanlıq niyə???
Ümumiyyətlə, niyə sertifikasiyada bu hallar nəzərə alınmır? Dərdiniz nədir?
Söz tapa bilmirəm.
AYIB OLSUN..."








