"Prezident İlham Əliyevin məşhur bir ifadəsi var: "Biz istəyirik ki, neft Azərbaycana sülh, inkişaf gətirsin, əməkdaşlıq gətirsin, xalqımızın rifah halı yaxşılaşsın..."Bu fikir dövlətin neft siyasətinin əsas məqsədini açıq şəkildə ifadə edir..." "DİA-AZ" xəbər verir ki, bu barədə öz müraciətində SOCAR "Siyəzənneft" NQÇİ-nin işçisi Zamiq Əliyev qeyd edib.
Müraciətdə daha sonra bildirilir: "Neft sərvətləri ilk növbədə Azərbaycan vətəndaşının rifahına xidmət etməlidir. Lakin əgər SOCAR kimi ölkənin strateji şirkətində çalışan minlərlə işçinin əməkhaqqı illərlə artırılmırsa, lakin bəzi yuxarı vəzifəli şəxslərin rifahı yaxşılaşdırlırsa,inflyasiya səbəbindən fəhlə heyyətinin real gəlirləri azalırsa, bu vəziyyət həmin məqsədlə ciddi ziddiyyət təşkil edir.O zaman məqsəd xalqın deyil bir qurup imtiyazlı təbəqənin rifahını yaxşllaşdırmağa hesablanıb.
Beş il və ya daha uzun müddət ərzində əməkhaqqının artırılmaması faktiki olaraq işçilərin həyat səviyyəsinin aşağı düşməsi deməkdir. Çünki qiymətlər, kommunal xərclər, ərzaq və xidmət haqları davamlı şəkildə artır, lakin işçinin gəliri yerində qalır. Nəticədə neft sənayesində çalışan insanlar ölkənin yaratdığı iqtisadi dəyərdən adekvat pay ala bilmirlər.Yenə də rifah halını günü gündən pisləşən fəhlə heyyəti yəni xalqdır.
Sonda onu deyim ki SOCAR-ın sosial məsuliyyəti yalnız hasilat və ixrac göstəricilərindən ibarət deyil. Şirkətin ən böyük sərvəti onun işçiləridir. Əməkhaqqının uzun müddət indeksləşdirilməməsi və ya artırılmaması işçilərin rifahına zərbə vurmaqla yanaşı, dövlət başçısının dəfələrlə vurğuladığı sosial rifah siyasətinin mahiyyətinə də kölgə salır..."








